Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-875/2024 14.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X3 xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Donetsk Xalq Respublikası Qorodnoy şəhərində olduğu zaman, döyüş əməliyyatları nəticəsində mərminin partlamasından döş qəfəsi orqanları zədələnərək şoka düşüb vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X7 xx.xx.1990-cı ildə Dəvəçi (Şabran) rayonu Ağbaş kəndində anadan olmuşdur. xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Donetsk Xalq Respublikası Qorodnoy rayonu Qorlovka şəhərində olduğu zaman, döyüş əməliyyatları nəticəsində mərminin partlamasından döş qəfəsi orqanları zədələnərək, şoka düşüb vəfat etmişdir. Donetsik Xalq Respublikası Məhkəmə Tibbi Ekspertiza Bürosunun xx.xx.2024-cü il tarixli 628 saylı ölüm haqqında tibbi arayışında oğlunun vəfat etməsi təsdiq edilmişdir. Mərhum övladının ölüm haqqında şəhadətnaməsini almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı Ərizəçi iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək oğlu X3 22 fevral 2024-cü il tarixdə Ukrayna Respublikasının Donesk vilayətində, Qorlovka şəhərində döyüş əməliyyatları nəticəsində mərminin partlanmasından döş qəfəsi orqanlarının zədələnərək, şoka düşüb vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, Şəmsiyyə onun qapı qonşusudur. X7 isə Şəmsiyyənin oğludur. X7 xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Donetsik Xalq Respublikası Qorodnoy şəhərində vəfat etmişdir. Rusiya Federasiyasından Aqilin ölüsünü əmisi gətirmişdir. Onun üçün yas mərasimi verilmiş, dəfinində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, X7 onun qaynıdır. Aqil anası ilə birlikdə yaşamışdır. xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Donetsk Xalq Respublikası Qorodnoy şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Ərizəçi onun bibisidir. X7 isə bibisi oğludur. Aqil Rusiyya Federasiyasına işləmək məqsədilə getmişdir. xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Donetsk Xalq Respublikası Qorodnoy şəhərində vəfat etmişdir. Onlarda olan məlumata görə əmisi Rusiya Federasiyasına gedib orada Aqili meçitdə yüdüzdürmüş, bura gətirəndə yalnız onu qutudan çıxarıb dəfn etmişlər. Evə gətirilərkən evdə açılmamışdır. İş materiallarında olan XV-JQ seriyalı 255104 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 yanvar 1990-cı ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan 06 avqust 2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Donetsk Xalq Respublika Məhkəmə Tibbi Ekspertiza Bürosu tərəfindən verilmiş ölüm haqqında tibbi arayışdan görünür ki, 25 yanvar 1990-cı il təvəllüdlü X7 22 fevral 2024-cü il tarixdə döyüş əməliyyatları zamanı ölmüşdür, ölüm səbəbi –Şok. Döş qəsəsi orlanlarının zədələnməsi ilə partlayış travması. İş materiallarında olan Şabran rayonu İHB-nın Ağbaş İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən X7 xx.xx.2024-cü tarixdə Rusiya-Ukrayna müharibəsində vəfat etmişdir. Cənazəsi əmisi X2 tərəfindən Azərbaycan Respublikasına gətirilmiş, xx.xx.2024-cü il tarixində Şabran rayonunun Ağbaş kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan verilmiş sorğulara cavab məktublarından görünür ki, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" Azərbaycan ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, Bank BTB ASC-də, ExpressBank ASC-də, Yelo Bank ASC-də, Kapital Bank ASC-də, Xalq Bank ASC-də, Premium Bank ASC-də və AccessBank ASC-də, X3 adına Banklarda heç bir hesabları mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 08 oktyabr 2024-cü il tarixli 3-38-2/33-3693/24 nömrəli məktubundan görünür ki, 25 yanvar 1990-cı il təvəllüdlü X6övlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 11 sentyabr 2022-ci il tarixdə C03.74994 nömrəli ümumvətəndaş pasportu əsasında ölkə sərhədlərini tərk etmiş və 01 iyul 2024-cü il tarixdə 628 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən ölkə ərazisinə daxil olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də 25 yanvar 1990-cı il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixində Ukrayna Respublikası Qorodnoy şəhərində olduğu zaman, döyüş əməliyyatları nəticəsində mərminin partlamasından döş qəfəsi orqanları zədələnərək şoka düşüb vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi oğlu X3 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 yanvar 1990-cı il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Donetsk Xalq Respublikası Qorodnoy şəhərində olduğu zaman, döyüş əməliyyatları nəticəsində mərminin partlamasından döş qəfəsi orqanları zədələnərək şoka düşüb vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 yanvar 1990-cı il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixində Ukrayna Respublikası Donesk vilayətinin Qorlovka şəhərində olduğu zaman, döyüş əməliyyatları nəticəsində mərminin partlamasından döş qəfəsi orqanları zədələnərək şoka düşüb vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-875/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-875/2024
14.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver