Məhkəmə qərarları › İş №2(031)-882/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-882/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-882/2024 17.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə Ərizəçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4, Şabran rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4, Şabran rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-cı ildən xx.xx.2001-cil ilə kimi Dəvəçi rayon Yol İstehsalat İdarəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin edilməməsinin xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Ərizəçi əmək kitabçasının surətindən görünür ki, onun əmək kitabçasında xx.xx.1990-cı ildən xx.xx.2001-cil ilə kimi Dəvəçi rayon Yol İstehsalat İdarəsində işləməsinə dair qeydlər mövcuddur. - Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə məktub göndərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11.09.204-cü il tarixli ərizəsinə əsasən Ərizəçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4, Şabran rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair 2(031)-882/2024 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. - Şabran Rayon Məhkəməsinin 2(031)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Ərizəçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. - Şabran Rayon Məhkəməsinin 2(031)-501/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4, Şabran rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi haqqında 2(031)-501/2024 saylı mülki iş üzrə icraatın təzələnməsinə dair ərizəsi rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Ərizəçi əmək kitabçasında onun əmək kitabçasında xx.xx.1990-cı ildən xx.xx.2001-cil ilə kimi Dəvəçi rayon Yol İstehsalat İdarəsində işləməsinə dair qeydlər mövcuddur. Bununla yanaşı Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktub göndərilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 16.3-cü bəndinə əsasən Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının: 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə Dövlət Sosial Müdafiə Fondunun orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Ərizəçi əmək kitabçasında onun əmək kitabçasında xx.xx.1990-cı ildən xx.xx.2001-cil ilə kimi Dəvəçi rayon Yol İstehsalat İdarəsində işləməsinə dair qeydlər mövcud olduğundan və həmin qeydlər əsasında onun üçün əmək pensiyasının hesablnaması ilə bağlı yaranmış mübahisə ilə bağlı məhkəmə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilməli olduğundan, hazırki iş üzrə icraata xitam verilməlidir və hazırki iş üzrə tələb ilə bağlı məhkəmə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması və işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi Ərizəçi izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Ərizəçi tərəfindən hazırki iş üzrə ödənilmiş 100 (yüz manat) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 261,262, 263, 264, 268, 269 və 306-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4, Şabran rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xitam verilsin. Ərizəçi tərəfindən hazırki iş üzrə ödənilmiş 100 (yüz manat) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ona geri qaytarılsın. Ərizəçiyə hazırki iş üzrə tələb ilə bağlı məhkəmə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması və işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə Şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar