Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-899/2020 03.12.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə «xxxx» ASC-nin sədri Ərizəçi faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «xxxx» ASC-nin sədri Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinə əsasən «xxxx» ASC-nin tələbkar X1 məcburi iş buraxmaya görə əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın tamamilə hesablanıb ödənilməsi faktının, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinin və qətnaməyə əsasən verilmiş icra sənədinin icra olunması faktının, Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)- 906/2017 saylı qətnaməsinə əsasən verilmi icra sənədi üzrə tələbkar X1 «xxxx» ASC tərəfindən 10.614 manatın ödənilməsi və 3646 manat borcun qalması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən olundu ki, «xxxx» ASC-nin sədri Ərizəçi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə məhkəmə müdafiəsi hüququnun olmamasından, həmin işə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.2. və 1.3-cü bəndlərində göstərilir ki, hüquqiəhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki. qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasım istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normalan ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ona görə də məhkəmə belə nəticəyə ki, «xxxx» ASC-nin sədri Ərizəçi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALİDİ: «xxxx» ASC-nin sədri Ərizəçi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-899/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-899/2020
03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver