Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-90/2025 18.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü Leylanın Şabran rayonu, Dağbilici kəndində anadan olması, anasının X12, atasının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X12 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Bu nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə övladı X3, xx.xx.2014-cü il tarixdə övladı X7, xx.xx.2020-ci il tarixdə övladı X10, xx.xx.2021-ci il tarixdə övladı X11, xx.xx.2016-cı il tarixdə isə övladı Leyla dünyaya gəlmişdir. Leyladan savayı digər övladlarının hamısı üçün doğum haqqında şəhadətnamələr alınmışdır. Sonuncu övladı Leyla xx.xx.2016-cı ildə ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. O, qızı Leylanın doğumunun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs ona ünvanladığı xx.xx.2020-ci il tarixli, 9 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4- cü bəndlərinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin arayışına (feldşer sənədi) əsasən qeydə alınmalıdır. Lakin, o, qeydiyyat şöbəsinə yuxarıda adları çəkilən sənədləri təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydə alınması tərəflərindən mümkün deyildir. Bu səbəbdən də, doğumun qeydə alınması və ya doğumun bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməlidir. Qeyd etmək istəyir ki, o, məhkəmə qətnaməsi olmadan övladının doğum faktını müəyyən etdirə bilmir. Ona görə də doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4, X13 və X12 ayrı-ayrılıqda bildirdilər ki, həqiqətən də X12 ilə Ərizəçi ər-arvad münasibətlərindən xx.xx.2016-cı il tarixində ev şəraitində bir qız övladları dünyaya gəlmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 666667 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X12 19 may 2011-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İİ seriyalı, 939015 saylı, AZ-İİİ seriyalı, 829158 saylı, AZ-İV seriyalı, 393261 saylı, AZ-İV seriyalı, 671365 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X5 birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Şabran rayon İHB-nın Taxtalar İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2016-cı il tarixli 364, 365, 367 saylı arayışlardan görünür ki, X12, X3, X1 rayonu Dağbilici kəndində yaşayırlar. İş materiallarında olan Şabran Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarində Şabran RMX PHŞ ASM-nə gətirdiyi təxminən 6- 7 (altı-yeddi) yaşlarında bir qız uşağı həkim müayinəsindən keçmiş və sağlamdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 9 saylı məktubdan görünür ki, doğumun qeydə alınması ilə bağlı heç bir rəsmi sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınması tərəflərindən mümkün deyil. Bu barədə məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən 31 dekabr 2016-cı ildə Ərizəçi və X8 ailəsində qız uşağı dünyaya gəlmişdir. Aktın doğruluğunu A.Harunov, S.Xudaverdiyeva, R.Camalova, E.Həmidova, A.Əsədov öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də Ərizəçi ilə X5 ər-arvad münasibətlərindən xx.xx.2016-cı ildə ev şəraitində bir qız övladları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı qərarında qeyd olunur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün hallan aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, ona doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə soyadı Əliyeva, adı Leyla, ata adı Oktay, doğum tarixi xx.xx.2016-cı il, doğum yeri Azərbaycan Respublikası, Şabran rayonu Dağbilici kəndi, valideynlər qrafasında atası Ərizəçi, milliyyəti azərbaycanlı, anası X12, milliyyəti azərbaycanlı kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən, doğum yeri qrafasında “Azərbaycan Respublikası, Şabran rayonu Dağbilici kəndi”, doğum tarixi qrafasında “xx.xx.2016-cı il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ərizəçi”, milliyəti “azərbaycanlı”, anası qrafasında “X12”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-90/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-90/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver