Məhkəmə qərarları › İş №2(031)-907/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-907/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-907/2024 30.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına Şabran rayon İHB-nın Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamənin xx.xx.1951-ci ildə anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonu Təkiyyə kəndində anadan olmuşdur. Şabran rayon İHB-nın Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951 -ci il tarixli, 07 saylı doğum haqqında akt qeydində səhvən doğum tarixi xx.xx.1951-ci il, soyadı Maxsudov, adı Nizami olaraq qeyd olunmuşdur. Sübut olaraq qeyd edə bilər ki, nikahın bağlanması haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1951-ci il, soyadı Maqsudov, adı Nadirşah, ata adı Məlik oğlu olaraq qeyd olunmuşdur. Lakin, doğum haqqında akt qeydində məlumatlar səhf qeyd olunduğundan ziddiyyətli halın aradan qaldırılması üçün doğum haqqında akt qeydində müvafiq düzəlişlər aparılmalıdır. O, xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydində soyadının Maxsudovdan Maqsudova, adının Nizamidən Nadirşaha, doğum tarixinin xx.xx.1951-ci ildən xx.xx.1951-ci ilə dəyişiklik edilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 29 saylı cavab məktubunda ərizəsinə cavab olaraq göstərilmişdir ki, qeydiyyat şöbəsinə kifayət qədər sübut təqdim etmədiyi üçün Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydində soyad, ad, və doğum tarixinə dəyişiklik edilməsi mümkün deyildir. Bu səbəbdən də müvafiq dəyişiklik edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də Şabran rayon İHB-nın Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydinə əsasən ona verilmiş doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1951-ci ildə Dəvəçi rayonunun Təkiyyə kəndində anadan olmuş, Bakı şəhəri, E.Süleymanov küçəsi, ev 55, mənzil 29-da qeydiyyatdadır. İş materiallarında olan İ-JQ seriyalı 410944 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1951-ci ildə ildə anadan olmuş Ərizəçi ilə X1 01 aprel 1977-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Ərizəçi Maraqlı şəxsnə ünvanladığı ərizəsinə cavab olaraq qeydiyyat şöbəsinə kifayət qədər sübut təqdim edilmədiyi üçün Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1981-ci il tarixli 07 saylı doğum haqqında akt qeydində soyad, ad və doğum tarixinə dəyişiklik edilməsi mümkün deyildir. Bu barədə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Ərizəçi xx.xx.1951-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonu Təkiyyə kəndində anadan olmuşdur. Şabran rayon İHB-nın Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951 -ci il tarixli, 07 saylı doğum haqqında akt qeydində səhvən doğum tarixi xx.xx.1951-ci il, soyadı Maxsudov, adı Nizami olaraq qeyd olunmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1951-ci il, soyadı Maqsudov, adı Nadirşah, ata adı Məlik oğlu olaraq qeyd olunmuşdur. Lakin, doğum haqqında akt qeydində məlumatlar səhf qeyd olunduğundan ziddiyyətli halın aradan qaldırılması üçün doğum haqqında akt qeydində müvafiq düzəlişlər aparılmalıdır. O, xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydində soyadının Maxsudovdan Maqsudova, adının Nizamidən Nadirşaha, doğum tarixinin xx.xx.1951-ci ildən xx.xx.1951-ci ilə dəyişiklik edilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 29 saylı cavab məktubunda ərizəsinə cavab olaraq göstərilmişdir ki, qeydiyyat şöbəsinə kifayət qədər sübut təqdim etmədiyi üçün Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydində soyad, ad, və doğum tarixinə dəyişiklik edilməsi mümkün deyildir. Ona görə də Şabran rayon İHB-nın Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydinə əsasən ona verilmiş doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 adına Şabran rayon İHB-nın Ağbaş icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1951-ci il tarixli, 07 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamənin xx.xx.1951-ci ildə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar