Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-969/2024 04.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Şabran rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun taınması, payın müəyyən edilməsi tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Şabran rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, X1 miras qalmış **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan tam şəkildə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X2nun mülkiyyətində **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi olmuşdur. Bu barədə X2nun adına xx.xx.1998-ci il tarixdə AA №072454 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. X2 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. X1 ona məxsus olmuş **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi miras olaraq qalmışdır. Atası vəfat edəndən sonra həmin nəqliyyat vasitəsi onun sahibliyində olmuşdur. Yəni, həmin miras əmlakı vərəsəliklə o, qəbul etmişdir. Hal- hazırda ondan başqa birinci növbəli vərəsə yoxdur. Belə ki, anası X9 xx.xx.1973-cü il tarixində vəfat etmişdir. Atası sağlığında, xx.xx.2014cü il tarixində rəsmi nikahla ikinci dəfə ailə həyatı qurmuşdur ki, ikinci həyat yoldaşı X8 isə xx.xx.2016-cı il tarixində vəfat etmişdir. X4 miras əmlaka dair vəsiyyətnaməsi olmamışdır. Atasının sonuncu yaşayış yeri Şabran rayonu olduğundan miras onun yaşayış yeri üzrə açılmışdır. O, qeyd olunan miras əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsəsi ilə Şabran rayon Notariat Ofisinə müraciət etmişdir. Şabran rayon Notariat Ofisini notariusu tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 515 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 adına xx.xx.2016-cı il tarixdə 8V reyestrdə 30 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, həmin tarixdə arvadı: X5 2V reyestrdə 43 nömrə ilə qeyd olunmuş digər əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbədən sizə atanızdan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şabran rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunur. Notariusun məktubunda qeyd olunanlara münasibət bildirərək qeyd edir ki, X5 2V reyestrdə 43 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamıə digər əmlaka dair yəni, pay torpaq sahəsinə dair verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə atasından miras qalmış avtomobilə dair verilməmişdir, həmin şəhadətnamənin avtomobilə heç bir aidiyyatı yoxdur. Ona görə də **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi üzərində vərəsəlik hüququmu tanınması və mirasdan tam şəkildə pay hüququnun müəyyən edilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı 072454 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 707199 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 aprel 2015-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 416876 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 may 1973-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 983602 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 23 sentyabr 2014-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 151749 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 iyun 2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Şabran rayon Notariat Ofisini notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 515 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 adına xx.xx.2016-cı il tarixdə 8V reyestrdə 30 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, həmin tarixdə arvadı: X5 2V reyestrdə 43 nömrə ilə qeyd olunmuş digər əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş İE seriyalı 597580 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 birgə nikahlarından xx xxxx 1951-ci ilə Tofiq adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 mülkiyyətində **- EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi olmuşdur. Bu barədə X4 adına xx.xx.1998-ci il tarixdə AA №072454 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. X7 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. X3 ona məxsus olmuş **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi miras olaraq qalmışdır. Hal-hazırda İddiaçı başqa birinci növbəli vərəsə yoxdur. Belə ki, iddiaçının anası X9 xx.xx.1973-cü il tarixində vəfat etmişdir. İddiaçının atası sağlığında, xx.xx.2014-cü il tarixində rəsmi nikahla ikinci dəfə ailə həyatı qurmuşdur ki, ikinci həyat yoldaşı X8 isə xx.xx.2016-cı il tarixində vəfat etmişdir. X4 miras əmlaka dair vəsiyyətnaməsi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 miras qalmış **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınmalı və mirasdan tam şəkildə pay hüququ müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X3 miras qalmış **-EZ-*** qeydiyyat nömrəli, QAZ-24 minik markalı nəqliyyat vasitəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınsın və mirasdan tam şəkildə pay hüququ müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-969/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-969/2024
04.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver