Məhkəmə qərarları › İş №2(032)-1/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1/2025 21.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən bağ evinə 7200 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, övladları ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında çıxarışla tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh onun qızıdır. Hazırda qızı övladları ilə birlikdə ona məxsus bağ evində yaşayır. Lakin qızı ilə birlikdə yaşamaqları mümkün deyil. Cavabdeh onun bağ evində yaşamağına maneəçilik törədir. Mülkiyyətindən istifadə etməyinə, onunla bağlı sərəncam verməyinə imkan vermir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin iddiaçı bildirmişdir ki, Cavabdeh onun qızıdır. Qızının xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı iki uşağı vardır. Cavabdeh 2024-cü ilin iyul ayından etibarən onunla bir yerdə yaşamır. Qızı, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştriak edə bilməyəcəyini, azyaşlı övladı Şükürova Xədicənin səhhətində ciddi problem yarandığını, yüksək hərarəti olduğuna görə onun səhhəti ilə məşğul olduğunu və bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Xəqani 13 küçəsi, dalan 4, ev 305 İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Cavabdeh Əli qızının qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağı vardır. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Polis şöbəsinin 25 dekabr 2024-cü il tarixli, 3-13-111/2-33087/2024 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh Əli qızının fərdi uçot kartoçkasından görünür ki, o, Şirvan şəhəri, Xaqani-2, 235 ünvanında 2010-cu il tarixdən qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-866/2024 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanı ilə Şirvan şəhər Xaqani küçəsi-2, 235 ünvanı ilə eyni ünvandır. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 25 dekabr 2024-cü il tarixli, 3-21-3-38/2-5306/2024 nömrəli məktubundan görünür ki, tərəflərindən 13 saylı Şirvan Ərazi idarəsinin arxivi və eletron kadastr baza məlumatları əsasında ətraflı araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 6 ünvanı ilə ünvan 7ə edilmiş Şirvan şəhəri evlərin alqı-satqı xidməti sahibkar X3 (VÖEN:**********) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şirvan şəhəri Xəqani küçəsində fərdi yaşayış evlərinin boş əşyasız kirayə haqqı iki yüz - iki yüz iyirmi manat (200-220) manat civarında dəyişir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 9 əmlak İddiaçı mülkiyyətindədir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə Cavabdeh iddiaçının qızıdır və mübahisəli mənzildə 2010-cu ildən qeydiyyatdadır. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı iki uşağı vardır. Hazırda İddiaçı kompensasiya ödənilməklə Cavabdeh ünvan 9 fərdi yaşayış evinə mülkiyyət hüququna xitam verilməsi və uşağı ilə birlikdə mənzildən çıxarılmalı olduğunu iddia edir. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının qeyd edilən tələb irəli sürmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarına və yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyətçi olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. İddiaçının mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərindən göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirilmişdir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmçinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəalarını nəzərə alaraq qeyd edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Məhkəmə təqdim edilmiş olan arayışda fərdi yaşayış evinin yerləşdiyi ərazidə evin kirayə haqqı dəyərinin 200-220 manat olmasını, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evində iddiaçı ilə cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının mümkün olmamasını, iddiaçı tərəfindən təklif olunan məbləğlə cavabdehin başqa yerdə müəyyən müddət davamlı surətdə yaşamasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Cavabdeh 7200 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan ünvan 9 mənzilindən istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılması təmin olunmalıdır. İddia tələbinin cavabdehin övladları ilə birlikdə mənzildən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh ünvan 9 ünvandan istifadə hüququna 7200 manat kompensasiya verilməklə xitam verilməsi və onun mənzildən çıxarılması qət edildiyindən, hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideyninin istifadə hüququndan əmələ gələn hüquq olduğundan və valideynin istifadə hüququna xitam verildiyindən, cavabdehin uşaqlarınında həmin evdə yaşamağı üçün qanuni əsaslar qalmamış olması qənaətinə gəlməyə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 92 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi, 13, dalan 4, ev 305 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin və o, övladları (xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2) ilə birlikdə Şirvan şəhəri, Xaqani küçəsi, 13, dalan 4, ev 305 saylı fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş 92 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar