Məhkəmə qərarları › İş №2(032)-1026/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1026/2024

29.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1026/2024 29.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməklə məcburi pay hüququndan məhrum edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçının atası X12 mirasından məcburi pay almaq hüququndan məhrum edilməsi, ləyaqətsiz vərəsə hesab edilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X21 və X5 rəsmi nikahlarından X6, X10, iddiaçı və cavabdeh anadan olmuşdur. İddiaçının anası X13 xx.xx.2019-cu ildə atası X21 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı və bacıları bir həyat yoldaşı kimi atalarının qulluğunda durmuş, xəstə vaxtlarında isə atasının qayğısına qalmışlar. Onlardan fərqli olaraq cavabdeh atasının, anasının sözünə baxmamış, həmişə onlara qarşı hörmətsizlik etmiş, yaşadıqları müddət ərzində onları döymüş, bununla da iddiaçının cəmiyyətdə statusunu heç etmişdir. Belə ki, o valideynlərinə hörmət qoymayaraq ata-anasını hər gün söyərək, onu cəmiyyətdə rüsvay olma halına salmışdır. Çıxıb getdikdən sonra illərlə cavabdeh atası ilə nə maraqlanmış, nə övladlıq borcunu yerinə yetirmiş, nə olduğu, nə yaşadığı yer barədə məlumat vermişdir. Valideynlərinin yas mərasimlərinin heç birində iştirak etməmiş, övladlıq borcunu yerinə etirməmişdir. İddiaçının atası sağ olduğu dövrdə cavabdehin ailə üzvlərinin ünvan 1 ünvanında X2, X8 qeydiyyatdan çıxarılması ilə əlaqədar Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir, lakin ölümü ilə əlaqədar olaraq iddiaya baxılmamışdır. İddiaçı qardaşının atalarına qarşı hərəkətlərini çox ağrılı qəbul edərək, cavabdehin ona məxsus əmlaklarda ölümündən sonra yaranacaq miras payında haqqı olmadığını hesab edir. Belə ki, qanunvericilik miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Məhkəmə iclasında İddiaçı məhkəmə verdiyi izahatında iddia tələbinin əsaslı olduğunu bildirirərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, X21 və X5 birgə nikahdan dörd övladı olmuşdur. Səmidova Tamara xx.xx.2019-cu ildə və Səmidov Tofik isə xx.xx.2021-ci ildə vəfat etmişlər. İddiaçı və bacıları valideyinləri vəfat edənə qədər onlara qayğı göstərmiş və qulluğunda dayanmışlar. Lakin cavabdeh valideyinlərinin sağlığında onlara qarşı hörmətsizlik etmiş, hətta onları döymüş və cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir, cavabdeh ümumiyyətlə Qazaxstan Respublikasının vətəndaşıdır və neçə illərdir ki, orada yaşayır. Cavabdeh Azərbaycandan gedəndən sonra valideyinləri ilə maraqlanmamış, övladlıq borcunu yerinə yetirməmiş və özünün yeri barədə valideyinlərini məlumatlandırmamışdır. Bununla yanaşı valideyinləri vəfat edəndə onların yas mərasimlərində iştirak etməmişdir. Cavabdehin ailə üzvləri Nümayəndə və X27 şəhərində yerləşən L-nt İbrahimov küçəsi, ev 18, mənzil 60 ünvanda yerləşən evdə qeydiyyatdadırlar. İddiaçının atası sağ olduğu dövrdə qeyd olunan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş, lakin vəfat etdiyindən baxılmamış saxlanılmışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X16 məhkəmə verdiyi izahatında iddia tələbinin əsassız olduğunu qeyd etmiş və buna görə də onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, onun babası ilə aralarında heç bir problemimi olmamış, münasibətləri çox yaxşı olmuşdur. Qazaxıstanda yaşamaqlarına baxmayaraq onlar Azərbaycana gəlib-getmişlər, 2019cu ildə atası nənəsinin yas mərasimində iştirak etmişdir, yalnız babası vəfat edəndə onların yas mərasimlərində iştirak etməmə səbəbi isə pandemiya dövründə ölkəyə gediş-gəliş məhdudlaşdırıldığından ölkəyə bir müddət gələ bilməmələri olmuşdur. Ümumilikdə, onlar 1988-1989-cu illərdən ailəsi ilə birlikdə Qazaxıstan Respublikasına köçüb getmişlər. İddiaçı tərəf bildirir ki, cavabdeh Əflan Səmidov valideyinlərini döyüb, onlara hörmətsizlik edib, lakin bu iddia tamamilə əsassızdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 bildirdi ki, 2013-cü ildən 3 il müddətində kirayədə yaşamış, Cavabdeh da həmin evdə kirayədə qaldığı müddətdə tanımışdır. Evdə ailəsi ilə oturan zaman səs-küy eşitmiş, pəncərədən baxan zaman 3 nəfərin mübahisə etdiyini, atomobilin şüşəsinin vurub sındırdıqlarını, daha sonra həmin yerə təcili tibbi yardımın və polis əməkdaşlarının gəlməsini görmüşdür. Sonradan qonşulardan eşitdiyinə görə bilmişdir ki, mübahisə mülk məsələsidir , Əflan ata və anasını döymüşdür ki, evi onun adına keçirsinlər. Bir dəfə uşağını həkimə aparan zaman X21 ilə qarşılaşmış, X21 ona danışmışdır ki, oğlu onu döymüşdür ki, evi onun adına keçirsin. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları nəzərdən keçirib, tərəflərin izahatlarını, şahidin ifadəsini, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 18 nömrəli evin 60 saylı mənzili xüsusi mülkiyyət hüquqi üzrə X12 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 42 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Naxçıvan küçəsi 394 nömrəli evi xüsusi mülkiyyət hüquqi üzrə İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə 6 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 şəhərində durğunluq ürək çatmazlığı səbəbindən xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 97 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 şəhərində kəskin böyrək çatmazlığı səbəbindən xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 65 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1962-ci ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, atası X21, anası X9r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səmidova KamaləTofik qızı xx.xx.1975-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, atası X21, anası X9r. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-203/2021 saylı qərardadının surətindən görünür ki, X12 hüquqi varisi İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəni təqdim etdiyindən iddiaçı X12 cavabdehlər Nümayəndə və X11 qarşı isifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 (bir yüz) manat məbləğində pul ödəmişdir . Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. MM-in 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. MM-in 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. MM-in 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin belə qərara gəlinmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Mülki Məcəllənin müvafiq mübahisəni tənzimləyən normasının da məzmunundan görünür ki, ləyaqətsiz vərəsə-miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olmuş şəxs hesab oluna bilər. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab olunmasına səbəb olan hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehin öz ata, anasının sözünə baxmadığını, onları döydüyünü, onlara qarşı hörmətsizlik etdiyini bildirsə də, buna dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin şahid qismində X17 ifadəsini digər sübut vasitələri ilə təsdiq olunmamasına görə nəzərə almamışdır. İddiaçının atasının sağ olduğu dövrdə cavabdehin ailə üzvlərinin , yəni X2, X8 ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmasına dair Şirvan Şəhər Məhkəməsinə müraciəti ilə əlaqədar iddiasına münasibətdə məhkəmə bildirir ki, X12 hüquqi varisi İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəni təqdim etdiyindən həmin iddia ərizəsi Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-203/2021 saylı qərardadına əsasən baxılmamış saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi üçün hər hansı əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh atası X15 mirasından məcburi pay almaq hüququndan məhrun edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd olunan tələb MM-in 1203.2-ci maddəsinə zidd olmaqla əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Hazırkı iş üzrə İddiaçı Cavabdeh miras qoyan X3 iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsi, onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi heç bir sübut təqdim etmədiyindən, bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməklə məcburi pay hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar