Məhkəmə qərarları › İş №2(032)-104/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-104/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-104/2023 18.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailə üzvləri mülkiyyətində olan Şirvan şəhəri, L-NT İbrahimov küçəsində istifadədə olan 0,0831 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 18 nömrəli mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, L-NT İbrahimov küçəsində istifadədə olan 0,0831 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 18 nömrəli mənzil ona məxsusdur. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Artıq 14 ildir ki, ailə üzvləri ilə birgə Rusiyada yaşayır. Ona görə də mülkiyyətində olan Şirvan şəhəri, L-NT İbrahimov küçəsində yerləşən bina 20, 18 nömrəli 2 otaqlı mənzili, müvəqqəti yaşamaq üçün qardaşı Cavabdeh təhvil verdi. Halhazırda mülkiyyətində olan mənzildən ailə üzvləri ilə birgə yaşamaq zərurəti yaranmışdır. Dəfələrlə onlara mənzilin boşaldılması barədə xəbərdarlıq etsədə onlar onun haqlı tələblərinə əhəmiyyət verməyərək mənzildən çıxmırlar. Cavabdehlərin qanunsuz hərəkətləri bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh Şirvan şəhərində özünə məxsus həyət evi inşa edərək təmir etmiş və yaşamaq üçün tam şəraitlidir. Şirvan şəhəri, L-NT İbrahimov küçəsində yerləşən bina 20, 18 nömrəli mənzil İddiaçı adına xx.xx.1971-ci il tarixli “Şirvan Neft” NQÇİ tərəfindən verilmiş 934 saylı order əsasında xx.xx.2008-ci il tarixli ********** qeyidyyat nömrəli çıxarış verilmişdir. “ASAN” xidmət tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehlərin mübahisə predmeti olan mənzildə heç bir qeydiyyatları da yoxdur. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh, X10 və onların azyaşlı uşaqları X4 X5 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən mənzil onun atasına order əsasənda məxsus olub. O da digət bacı və qardaşları kimi orada daimi əsaslarla yaşamışdır. Sonradan Almaniyaya getmiş, orada müvəqqəti işləmiş təxminən 2009-cu ildən vətənə qayıdaraq sözügedən mənzildə yaşamış və 2011-ci ildə ailə qurmuşdur. Övladları da həmin mənzildə anadan olmuş və hal-hazıradək fasiləsiz olaraq həmin mənzildə yaşayır və evin bütün kommunal xərclərini ödəyirlər. Onun ailəsi ilə birgə yaşamağa başqa evi yoxdur. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək bildirmişdir ki, ünvan 3nında yerləşən mənzil “Şirvan Neft” NQÇİ tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, 934 saylı order əsasında X14 məxsus olmuşdur. X21 xx.xx.2007-ci ildə vəfat etmiş və bu barədə xx.xx.2007-ci il tarixli AZ-İ 258142 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 2007-2009-cu illərdə ölkə xaricində olmuş və 2009-cu ildə Şirvan şəhərinə qayıtmışdır və ailə üzvləri ilə birlikdə ünvan 3nında yerləşən mənzildə yaşayır. ünvan 3nında yerləşən mənzil Şirvan şəhəri 1 saylı Notariat Kontoru tərəfindən İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın Dövlət Reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh İddiaçı qanun üzrə vərəsə kimi tanınması və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı məlumatı olmamışdır. Şirvan şəhəri 1 saylı Notariat X1 vərəsələrinin dairəsini müəyyən etmədən qanunsuz olaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Odur ki, mülki iş üzrə icraatın dayandırıması barədə qərardad qəbul edilməsini xahiş etmiş, əks təqdirdə iddianın təmin edilməməsini, cavabdehin xarici ölkədə müvəqqəti yaşaması səbəbindən Azərbaycana geri qayıtdıqdan sonra hazırki mənzildə evlənərək ailə üzvləri ilə birlikdə yaşamasını bildirmiş, onun həmin mənzilə yaşamaq hüququnun olması səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən MH №0003634 çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində istifadədə olan 0,0831 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, ev 20, 18 nömrəli mənzil İddiaçı adına xx.xx.1971-ci il tarixli “Şirvan Neft” NQÇİ tərəfindən verilmiş 934 saylı order əsasında xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla təmin edilmişdir. Cavabdeh adına ölkə üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 882 № məktubunda göstərilmişdir ki, Cavabdeh, X22, X8 və X2 şəhəri, L.İbrahimov küçəsi ev 20, mənzil 18 ünvanında yaşayırlar. İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X33 arasında nikah Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 517 nömrə ilə qeydə alınmışdır, X33 nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmişdir. Abdullayev Şərifə məxsus (abonentin kodu **********00180) abonentin saldosunda **********9 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2010-cu il tarixdən 2023-cü il tarixədək ödənişlər edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin abonent kartından görünür ki, X14 məxsus ünvan 5 ünvanı üzrə 2020-ci il tarixdən 2023-cü il tarixə kimi aylıq ödənişləri mütəmadi olaraq ödənilmişdir. "xxxx" ASC-nin abonent saldosundan görünür ki, X14 məxsus ünvan 5 ünvanı üzrə 2009-cu il tarixdən 2023-cü il tarixədək aylıq ödənişləri mütəmadi olaraq ödənilmişdir. Şirvan Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci ildən, X25 isə xx.xx.2006-cı il tarixdən ünvan 3nında qeydiyyatdadırlar. xx.xx.2008-ci il tarixli 2.M.1.S nömrəli orderin surətindən görünür ki, ünvan 6 ünvanında X15, X9, X6, X16, X13 və X7 adları orderdə qeyd edilmişdir. X25, X15 və X3 şəhəri, L-NT İbrahimov küçəsi 20 saylı binanın 18 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, cavabdehlərin göstərilən ünvanda yaşamaları, şəxsi əşyalarının olması, mütəmadi olaraq kommunal xərclərin onlar tərəfindən ödənilməsi, bu faktı işdə olan sənədlərlə bərabər iddiaçı tərəfinin özünün də etiraf etməsi, həmçinin münasibətlərin yarandığı dövrdə tətbiq edilməli qanunvericilik normaları bir daha onu təsdiq etdi ki, cavabdehlərin sözügedən mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqları var, həmin hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olan istifadə hüququ olduğundan hazırkı iddia cavabdehləri yaşadıqları mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır göstərilən şərtlər daxilində isə Cavabdeh, X18 və onların azyaşlı uşaqları X4 X5 ünvan 3nından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdehlər Cavabdeh, X18 və onların azyaşlı uşaqları X4 X5 Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 20, 18 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar