Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1053/2024 19.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 1970-ci il təvəllüdlü X3nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 20 noyabr 1970-ci il təvəllüdlü X3 anadangəlmə “Orta dərəcəli əqli gerilik, əməyə qadir deyil, kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu ilə 2-ci qrup müddətsiz əlildir. X3 uşaqlıqdan ağır xəstədir, xəstəliyi ilə bağlı məktəbə getməyib, hərbi xidmətdə olmayıb. Qardaşı, ruhi-əsəb xəstəliyi ilə bağlı müxtəlif xəstəxanalarda müalicələr alıb, əqli-psixi inkişafı qüsurlu keçib, dəfələrlə ambulator və stasionar psixi müalicələr alsa da heç bir nəticəsi olmayıb, əksinə vəziyyəti getdikcə pisləşib, Şirvan şəhəri MRX-da həkim psixiatrın qeydiyyatındadır. Hal-hazırda da X3, 19 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixtatriya Xəstəxanasında stasionar müalicədədir və müalicəsi davam edir. Şirvan rayonlararası X1 də qeydiyyatdadır. Qardaşının hal-hazırda 54 yaşı var, xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir. X2 əvvəllər X4 qulluq edib. X4 08 yanvar 2015-ci il tarixdə, X5 isə 03 aprel 1993-cü il tarixdə vəfat ediblər. Anası vəfat edəndən sonra, bu günə kimi qardaşına özü baxır. Onun kənar şəxsin qulluğuna ehtiyyacı vardır. Ona özü qulluq edirəm. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Hal-hazırda, X2 2-ci dərəcə müddətsiz əlillik verilmişdir, sənədləşmənin aparılmasında qardaşı Tahirin də imzası tələb olunur. Lakin o, xəstə olduğuna görə müvafiq sənədləri dərk edərək imzalaya bilmir. Bu səbəbdən də hazırki ərizə ilə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 noyabr 1970-ci ildə doğulmuşdur. X5, X4dır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, X9 orta dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. xx.xx.1993-cü il tarixli ölüm haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 aprel 1993-cü il tarixdə ölmüşdür. Şirvan şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 yanvar 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloj X16 Şəxsin 18047 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi narkoloji qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 4008 nömrəli rəyində qeyd edilmişdir ki, X8 yüngül (kəskin debillik dərəcəsində oliqofreniya) kəmağıllıq müəyyən edilir. X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X11 öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X11 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1053/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1053/2024
19.11.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver