Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1088/2024 16.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Şirvan şəhəri M.Hüseynzadə küçəsi ev 30 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaydalarla Şirvan şəhəri M.Hüseynzadə küçəsi giriş 30 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 30, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin ev əvvəllər mülkiyyət hüququ əsasında atasına məxsus olub. Sonradan bütün ailə üzvlərinin razılığı ilə həmin ev notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında ona bağışlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qardaşlarıdır. Cavabdehlərdə evin ona bağışlanmasına razılıq vermişlər. Cavabdehlərin hal-hazırda özlərinə məxsus evləri var və həmin evdə də yaşayırlar. Cavabdehlər ona məxsus evdə pasport qeydiyyatında olsalar da, faktiki olaraq, ona məxsus evdə yaşamırlar. Onlar hazırda öz evlərində yaşayırlar. Onların ona məxsus evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. Bu səbəbdən də cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 izahat verərək iddia tələbi ilə razı olduğunu bildirdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 izahat verərək iddia tələbi ilə razı olduğunu , yaşamaq üçün başqa evə köçdüyünü bildirdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, ərizə verərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehlərin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri , baş memarın xx.xx.2013-cü il tarixli 11 saylı rəyinin surətindən görünür ki, ünvan 2 ünvanda özünə məxsus torpaq sahəsində 1969-cu ildə inşa etdiyi və 1998-ci ildə rekonstruksiya olunmuş fərdi yaşayış evi bünövrəsi beton, divarı mişar daşı, dam örtüyü a/şifer, 1(bir) mərtəbəli 2 (iki) yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 123,21 kv.m, yaşayış sahəsi 42,57 kv.m, köməkçi sahəsi 80,64 kv.m. təşkil edir. Fərdi yaşayış evi şəhərin memarlıq üslubuna və kommunikasiya xətlərinə heç bir xələl gətirmir. Odur ki, X8 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması məqsədəmüvəfiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına mülkiyyət hüququ əsasında 10 №-li reyestr kitabında 28 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Şirvan şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 şəhadətnamədə miras əmlakın – ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X8 verilmiş **********89-10301 reyestr nömrəli ,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanda 0,0145 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123.2 kv/m, yaşayış sahəsi 57.5 kv/m , yardımçı sahəsi 65.7 kv/m olan 3 (üç) otaqlı mənzildən ibarət olmasını, xx.xx.2014-cü il tarixdə ölmüş X3 vərəsələri İddiaçı, Cavabdeh2 və Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/3 irs almaları qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2020-ci il tarixli miras payının bağışlanması müqaviləsininin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Şirvan şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 2V-06 reyestrlə qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən onlara düşən paylarını qardaşları İddiaçı bağışlamışlar. İddiaçı həmin bağışlanan payları qardaşları Cavabdeh2 və Cavabdeh1 qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri M.Hüseynzadə küçəsi ev 30 (yeni qaydalarla AZ 1800, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 10 №-li reyestr kitabında 28 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şirvan şəhəri M.Hüseynzadə küçəsi 30 saylı evdə yaşayanlar X13 və X1 şəhəri M.Hüseynzadə küçəsi 30 saylı fərdi yaşayış evinin X10 tərəfindən İddiaçı bağışlanmasına razılıq vermişlər. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-8-1/2-530/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən ünvan 7 ünvanında X5, Cavabdeh1, İddiaçı, Cavabdeh2, X6, X2, X11, X12 qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ona qarşı olan istifadə hüququna xitam verilməsi tələbi ilə razıdır. İddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ona qarşı olan istifadə hüququna xitam verilməsi tələbi ilə razıdır. İddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə verməklə iddianı etiraf etmələrinə baxmayaraq, məhkəmə iddianın cavabdehlər tərəfindən etiraf edilməsini qanuna zidd olub-olmamasını,hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasını yoxlamalı olmuşdur. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında dövlət mənzil fonudan ail olmuş Şirvan şəhəri M.Hüseynzadə küçəsi 30 saylı fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu ilədək yaranmışdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ və İİİ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur.İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı olmuş atası X10 birlikdə yaşayaraq onunla bərabər mənzildən istifadə etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki,bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan «hüquqdan sui-istifadə qadağası»na zidd olar. «Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərdə) öz mülahizələrinə görə sahiblik edir,onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər : onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Bununla yanaşı məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki,həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinəəsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinəəsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqlarına malik olmalarını, lakin daimi yaşamaq üçün başqa evə köçməsi ilə mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsini , habelə cavabdehlərin iddianı etiraf etmələrini qanuna zidd və ya hər hansı bir şəxsin qanunla qorunan mənafeyini pozmamasını nəzərə alıb, hesab edir ki, cavabdehlərin iddianı etiraf etmələri qəbul edilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri M.Hüseynzadə küçəsi 30 saylı evə (Yeni qaydalarla ünvan 8 ünvana) olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1088/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1088/2024
16.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver