Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1100/2023 18.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzil tam mülkiyyət hüquqi ilə Əli Bayramlı RDTİ, MHQ və ŞKİ tərəfindən xx.xx.2005-ci il tarixdə 165/2 qeydə alma nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus idi. Cavabdehlər Cavabdeh1 gəlni və Cavabdeh2 onun övladıdır. Oğlu Tofiq xx.xx.2021-ci dünyasını dəyişənədək ailəsi ilə Şirvan şəhərində müxtəlif mənzillərdə yaşamışlar. Belə ki, cavabdehlər ona məxsus ünvanda bir gün belə yaşamamışlar. Səhhəti ilə əlaqədar müalicələr almışdır. Həkim ömrümə az qalmasını dedikdən sonra Cavabdeh1 evin mülkiyyət sənədinin köhnə olmasını və dəyişilməsini bildirmişdir. Onu aldadaraq sənədlərin yenilənməsi adı ilə xx.xx.2020-ci il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisinə imza etmək üçün aparmışdır. Ona sənədlər təqdim edilmişdir. O sənədlərə imza atmışdır. O tək qaldığından Cavabdeh1 onun müalicələrinə nəzarət etmək məqsədi ilə cavabdehin yaşadığı ünvanda yaşamışdır. Onun evinin açarı cavabdehdə olmuşdur. O müalicə aldıqdan sonra evinə qayıdarkən evin sənədləri yerində olmasına baxarkən məlum olmuşdur ki, bağışlanma müqaviləsi əsasında o evi cavabdehə bağışlamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə mülkiyyət sənədi əldə etmişdir. O bu barədə cavabdehə iradını bildirmişdir. Evin sənədlərinin bərpa edilməsini tələb etmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi Əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh yaşadığı mənzili sataraq Şirvan şəhərindən çıxmışdır. Sonradan məlum olmuşdur ki, cavabdehlər onun mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə qeydiyyatdadırlar. Onun qeydiyyat barədə məlumatı olmamışdır. Cavabdehlərin pasport qeydiyyatından çıxmaları barədə onları çox axtarmışdır. Lakin cavabdehlər barədə məlumat əldə edə bilməmişdir.Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq mənim mülkiyyətimdə olan mənzildə qeydiyyatdadır. Həmin şəxslərin formal olaraq mənim ünvanımda qeydiyyatda olmaqına baxmayaraq həmin mənzildə yaşamırlar. Həmin mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Həmin şəxslərin ona məxsus mənzildə çıxarılması üçün Şirvan şəhər şöbəsinə müraciət etmiş, Şirvan şəhər Polis şöbəsi xx.xx.2023-cü il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici işlər Nazirliy inin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan mərhum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqdan və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmə orqanlarına müraciət etməyim tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin Cavabdeh2 həmin ünvandan köçməsi səbəbindən bildiriş geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədi. Ərizəni məhkəməyə təqdim edərək bildirdi ki, o 1990-cı il tarixdə Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilə gəlin köçmüş, təxminən 1993-cü ildə o ailə üzvləri ilə birlikdə onların mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə özünə məxsus cehiz əmlakla köçmüşlər. Sonuncu həmin yaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, daha sonra alınmış digər mənzil Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3 mənzil 9-da yaşamışlar. Hal-hazırda Abşeron rayonu Xırdalan şəhəri "xxxx"MTK-dan 04 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil əldə edərək həmin mənzildə övladları ilə birlikdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, məhkəmə iclasında şahidlər X12 və X4 ifadə verərək bildirdilər ki, iddiaçının gəlni Cavabdeh1 1990-cı il tarixdə mübahisəli mənzilə gəlin köçmüş, 1993-cü il tarixdən cavabdehlər həmin mənzildən köçərək başqa ünvanda yaşamışlar. Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilindən qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamamışlar. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İsgəndərova (Fətiyeva) Sara Allahverdi qızı 11 yanvar 1964-cü il tarixdə nikahlarını qeyd etdirmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 fevral 2001-ci il tarixdə Əli-Bayramlı ( indiki Şirvan) şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin fevral ayının 07 günündə qeyd edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə”sistemindən əldə edilmiş Cavabdeh1 qohumluq məlumatlarına əsasən X9 həyat yoldaşı, Cavabdeh2 və Fətiyev Xosrov uşaqlarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin 10 iyun 2023-cü il tarixli məktubdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları barədə ərizə imtina olunaraq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan 7 saylı MİS tərəfindən təsdiq olunmuş qonşular X7, X1 və X2 06 iyul 2023-cü il tarixli Aktından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilindən qeydiyyatda olmalarına baxmayaraq heç vaxt həmin ünvanda yaşamamışlar. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzil Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzil İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzil İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2021-ci il tarixdə 52 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri "xxxx"MTK-dan mənzil əldə etmişdir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının gəlni, Cavabdeh2 isə nəvəsidir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan mənzilə gəlin gəlsə də qısa müddətdən sonra o ailə üzvləri ilə birlikdə onların mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə özünə məxsus cehiz əmlakla köçmüşlər. Sonuncu həmin yaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, daha sonra alınmış digər mənzil Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3 mənzil 9-da yaşamışlar. Hal-hazırda Abşeron rayonu Xırdalan şəhəri "xxxx"MTK-dan 04 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil əldə edərək həmin mənzildə övladları ilə birlikdə yaşayır. Bununla yanaşı yoxlanılmış şahid ifadələri ilə də cavabdehlərin iddiaçı ilə birlikdə ona məxsus mənzildə yaşamadıqlarını təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh1 ərizə verməklə iddianı etiraf etməsinə baxmayaraq, iddianın cavabdeh tərəfindən etiraf edilməsini qanuna zidd olub-olmamasını, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasını yoxlamalı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 1990-cı ildə yarandığından mübahisənin həlli zamanı Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin müddəaları nəzərə alınmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, Şirvan şəhəri, Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilində Cavabdeh1 mülkiyyətçi İddiaçı ilə birlikdə yaşayaraq ümumi təsərrüfatı idarə etdiyindən,iddiaçının ailə üzvü qismində cavabdeh yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur. Məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır Belə ki,həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçməsi halının müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, onun yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Bundan əlavə uşaqlarının yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edilməlidir. Ona görə də Cavabdeh2 (yetkinlik yaşına çatmayan) valideynləri həmin mənzildən köçdüyü vaxtdan mənzilə olan hüquqlarını itirmişdir. Beləliklə məhkəmə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna malik olmasını, lakin daimi yaşamaq üçün köçməsi ilə mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, habelə cavabdehin iddianı etiraf etməsini qanuna zidd və ya hər hansı bir şəxsin qanunla qorunan mənafeyini pozmamasını nəzərə alıb,hesab edir ki,cavabdehin iddianı etiraf etməsi qəbul edilməli,bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri Xaqani küçəsi 2 saylı evin 59 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-1100/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1100/2023
18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver