Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1100/2024 20.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsində Katibliyin hüquq xidmətinin rəisi polkovnik X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissə komandiri tərəfindən verilmiş əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə elektrik mantyoru (mülki işçi) qəbul edilmiş, tutduğu vəzifədən azad edilənə qədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsində çalışmışdır. Çalışdığı müddət ərzində rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. Daima nizam-intizamla, xidmət sahəsinə məsuliyyətlə yanaşıb, əmək müqaviləsi üzrə vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixdə əmək haqqının aşağı olması səbəbindən tutduğu vəzifədən azad olması barədə hərbi-hissəsinin komandirinə məlumat vermişdir. Daha sonra ona əmək müqaviləsinin qanunvericiliyin tələbi əsasında ləğv edilməsi barədə məlumatı olmadığından, həmçinin rəsmi qaydada ərizə vermədiyindən hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır. Sonradan barəsində qanunsuz çıxarılmış əmrin verilməsi barədə rəsmi müraciətinə cavab olaraq bidrlmişdir ki, əmr məxfi olduğu üçün surətinin zərurət olduqda yalnız rəsmi dövlət qurumlarına verilməsi mümkündur. Barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektivdə və hərbi hissə üzrə şəxsi heyət arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla davamiyyət, rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. Hesab edir ki, işdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Belə ki, barəsində tərtib edilmiş rəy “mənfi” xarakterizə olunması barədə heç bir dəlil-sübut göstərilmir. Barəsində çıxarılmış əmr ona təqdim edilməmiş, əmr verilməsinə əsas olmuş hallar muvafiq qaydada araşdırılmamışdır. Bundan əlavə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq portalında əmrin qüvvədə olması onun əmək fəaliyyətinə ciddi xələl gətirir. Hesab edir ki, cavabdeh inzibati orqanın onun xidmətdən azad edilməsi hüququn başlıca prinsiplərinə və qanuna ziddir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə elektrik mantyoru kimi işə getməmə hallarının olmasını etiraf edir. Belə ki, ona verilən əmək haqqı onu qane etmirdi. Hazırda “X1 Evrascon” Açıq Səhmdar Cəmiyyətində elektrik montyoru olaraq işləyir və aylı əmək haqqı 495 manatdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsində Katibliyin hüquq xidmətinin rəisi polkovnik X4 izahatında bildirdi ki, vətəndaş İddiaçı Misli oğlu xx.xx.2023-cü il tarixli 3-1314-22/Ə-368/2023 nömrəli əmrə əsasən N saylı hərbi hissənin elektrik montyoru (mülki işçi) vəzifəsinə təyin edilmişdir. Vətəndaş İddiaçı Misli oğlunun yaxın qohumlarının məhkumluğunun olmasına baxmayaraq şəhid ailəsi olduğunu nəzərə alaraq ona güzəşt edilməklə və rəhbərlik tərəfindən etimad göstərilməklə işə qəbul edilmişdir. Vətəndaş İddiaçı Misli oğlunun çalışdığı müddət ərzində əmək müqaviləsi üzrə vəzifə borclarını layiqincə yerinə yetirə bilməmiş, dəfələrlə üzürsüz səbəbdən iş yerinə gec və yaxud ümumiyyətlə gəlməmiş, Belə ki, 3 oktyabr 2023-cü il tarixdə saat 14:00-dan 17:00-dək, 04, 05, 06, 09 oktyabr 2023-cü il tarixlərdə isə əmək haqqının aşağı olması səbəbindən iş yerinə gəlməkdən imtina etmiş, çağırılmasına, edilən telefon zənglərinə cavab verməmiş, cavab verdiyi halda isə işə gəlməyəcəyini bildirmişdir. Bununla bağlı müvafiq aktlar tərtib olunmuş və işə davamiyyət cəvəlində öz əksini tapmışdır. Üzürsüz səbəbdən dəfələrlə iş yerinə gecikdiyi və son vaxtlar iş yerinə gəlməkdən imtina etdiyi üçün vətəndaş Məmmədov X7 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10 oktyabr 2023-cü il tarixdən işdən azad edilmiş və şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi onun yol verdiyi əməllərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində vurğulanan 72-ci maddəsində sadalanan hallardan “a” bəndinə əsaslanaraq həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli N saylı Hərbi hissə işə götürən komandiri X2 ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, İddiaçı N saylı Hərbi hissədə 1 il müddətində (xx.xx.2024-cü il tarixədək) təminat bölüyünün təminat taqımının 1-ci təminat manqasında elektrik vəzifəsinə (374 manat məbləğində vəzifə maaşı olmaqla) işə götürülməsi barədə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli N saylı Hərbi hissə işə götürən komandiri X2 ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsin 4.12-ci bəndindən görünür ki, işçi iş günündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir, həmin müqavilənin 4.14-cü bəndinə əsasən işçinin aylıq növbə cədvəlinə uyğun olaraq iş günü saat 9:00-da başlanır, saat 17:00 da qurtarır. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan mülki işçinin əmək müqaviləsinə xitam verilməsinə dair N saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ülvi Əmənov, üzvləri qərargah rəisinin şəxsi heyətin uçotu üzrə baş köməkçisi mayor Samir Məmmədov, madditexniki təminat xidmətlərinin mənzil-istismar xidmətinin rəisi VMİE kapitan Xəqani Şirinzadə, təminat bölüyünün komandiri VMİE baş leytenant Gündüz Məmmədov, təminat bölüyünün təminat taqımının komandiri leytenant Yusif Əlizadənin iştirakı ilə tərtib edilmiş 05 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən təminat bölüyünün təminat taqımının 2-ci təminat manqasının elektrik mantyoru mülki işçi İddiaçı dəfərlərlə üzürlü səbəb olmadan (03 oktyabr 14:00-dan 17:00-dək; 04, 05 oktyabr 2023-cü il tarixlərində isə ümumiyyətlə) işə gəlməmiş, çağırılsa da olunan zənglərə məhəl qoymayarq işə gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq, mülki işçinin əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan mülki işçinin əmək müqaviləsinə xitam verilməsinə dair N saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ülvi Əmənov, üzvləri qərargah rəisinin şəxsi heyətin uçotu üzrə baş köməkçisi mayor Samir Məmmədov, madditexniki təminat xidmətlərinin mənzil-istismar xidmətinin rəisi VMİE kapitan Xəqani Şirinzadə, təminat bölüyünün komandiri VMİE baş leytenant Gündüz Məmmədov, təminat bölüyünün təminat taqımının komandiri leytenant Yusif Əlizadənin iştirakı ilə tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən təminat bölüyünün təminat taqımının 2-ci təminat manqasının elektrik mantyoru mülki işçi İddiaçı dəfərlərlə üzürlü səbəb olmadan 06 oktyabr 2023-cü il tarixlərində isə ümumiyyətlə işə gəlməmiş, çağırılsa da olunan zənglərə məhəl qoymayarq işə gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq, mülki işçinin əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan mülki işçinin əmək müqaviləsinə xitam verilməsinə dair N saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ülvi Əmənov, üzvləri qərargah rəisinin şəxsi heyətin uçotu üzrə baş köməkçisi mayor Samir Məmmədov, madditexniki təminat xidmətlərinin mənzil-istismar xidmətinin rəisi VMİE kapitan Xəqani Şirinzadə, təminat bölüyünün komandiri VMİE baş leytenant Gündüz Məmmədov, təminat bölüyünün təminat taqımının komandiri leytenant Yusif Əlizadənin iştirakı ilə tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən təminat bölüyünün təminat taqımının 2-ci təminat manqasının elektrik mantyoru mülki işçi İddiaçı dəfərlərlə üzürlü səbəb olmadan 09 oktyabr 2023-cü il tarixlərində isə ümumiyyətlə işə gəlməmiş, çağırılsa da olunan zənglərə məhəl qoymayarq işə gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq, mülki işçinin əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13- 14-22/Ə628/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən təminat bölüyünün təminat taqımının 2-ci təminat manqasında elektrik mantyoru mülki işçi İddiaçı Misli oğlu 10 oktyabr 2023-cü il tarixdən işdən azad edilmiş və hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinin tələbinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən N saylı Hərbi hissəyə təminat bölüyünün təminat taqımının 1ci təminat manqasında elektrik vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli 3-13-14-22/Ə628/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmçinin işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş olan aktlardan müəyyən edilmişdir ki, İddiaçı 3 oktyabr 2023-cü il tarixdə saat 14:00-dan 17:00-dək, 04, 05, 06, 09 oktyabr 2023-cü il tarixlərdə isə ümumiyyətlə işə gəlməmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilənin 4.12 və 4.14-cü bəndində işçinin iş və istirahət saatları müəyyənləşdirilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə biləcəyi öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi ilə tənzimlənir. Əmək müqaviləsi əmək qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə yönələn münasibətlərdir. Əmək münasibətləri zamanı həm işçi, həm də işəgötürən əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Hazırkı halda isə işçi olaraq İddiaçı öhdəliyi əmək müqaviləsi üzrə müəyyən edilmiş saatlarda işdə olmaq və əmək müqaviləsi ilə müyyən edilmiş vəzifə funksiyasını yerinə yetirməkdir. Lakin işin fakitiki hallarında və tərəflərin vermiş olduğu izahatlarında da görünür ki, İddiaçı tərəfindən müəyyən edilmiş iş saatlarında işdə olmamışdır və işdə olmadığı vaxtlarla bağlı üzürlü səbəbinin olması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində də məhz işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi halı öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsinə dair əmr verilməsi əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qaydada verilmişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissə komandiri tərəfindən verilmiş tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi barədə tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissə komandiri tərəfindən (xx.xx.2023-cü il tarixli 3-13-14-22/Ə628/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi) verilmiş əmrin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1100/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1100/2024
20.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver