Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-111/2024 29.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək özlərinə məxsus olan Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 A saylı evin , 17 saylı mənzilindən (Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) cavabdehlər Cavabdeh3 Mətllunun, Cavabdeh1, Cavabdeh2 istifadə hüququna xitam verilməsini tələb etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 qalma miras əmlakdır. Miras qoyan X17 vəfat etdikdən sonra həmin miras əmlakı onlar vərəsəlik qaydasında qəbul etmişlər. Həmin mənzilə dair mülkiyyət hüquqları ƏMDKX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi çəxsi tərəfindən verilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ********** və ********* qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. Lakin həmin mənzilə dair cavabdehlərin qeydiyyatları davam edir. Cavabdehlərdən Cavabdeh1 (Mahirin bacısıdır) Sabirabad rayonu, Minbaşı Qarağac kəndinə gəlin köçmüş və ümumiyyətlə həmin mənzildə yaşamamışdır, digər Cavabdeh3 Mürsəl oğlu (Mahirin qardaşı oğlu) 20 ildən çoxdur həmin mənzildə yaşamır (mənzil alındıqdan sonra ordan çıxmışdır) və sonda Cavabdeh2 (Mahirin qardaşı qızı) 20 ildən çoxdur həmin mənzildə yaşamır (mənzil alındıqdan sonra orada çıxmışdır). Onların həmin mənzilə qeydiyyatları formal xarakter daşıyır. Hesab edir ki, cavabdehlərin həmin mənzilə dair olan yaşayış və istifadə hüquqlarına xitam verilməldir ki, onların mənzilə olan qeydiyyatları ləğv edilsin. Məsələ ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə müraciət etsələr də, xx.xx.2023-cü il tarixli məktubla cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün həmin şəxslərin mənzilə olan yaşayış və istifadə hüquqlarına tam xitam verilməsinin məcburiliyi qeyd olunmuş və müvafiq məhkəmə qətnaməsinin olması tələb olunmuşdur. Onu da qeyd edək ki, cavabdehlərin həmin mənzilə dair qeydiyyatları formal xarakter daşıyır, buna görə də mübahisə ilə bağlı məhkəmə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh3 , Cavabdeh1 , Cavabdeh2 ünvan 12 (yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) uzun müddətdir ki, mənzildə yaşamırlar, orada hər hansı əşyaları yoxdur, kommunal xərclərinin ödənilməsində bu günə kimi iştirak etmirlər, mənzillə olan əlaqələrini tamamilə itirmişlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qeydiyyatda olduqları ünvana məhkəmə bildirişi göndərilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 2246 saylı arayışdan görünür ki, mərhum X7 vəfat etdiyi xx.xx.2014-cü il tarixə qədər ünvan 10 ünvanında qeydiyyatda olmuşdur və yaşamışdır: Mərhumun varisləri aşağıdakı kimidir : 1. İddiaçı1 (həyat yoldaşı);2. X17 (oğlu); 3.X13 (qızı) ; 4. Cavabdeh1 (qızı) ; 5.Nümayəndə (qızı) ; 6.X14 (oğlu) ; 7.X18 (qızı) . xx.xx.2015-ci il tarixli ümumi əmlakdakı payın bağışlanmasına dair müqavilədən görünür ki, Əli-Bayramlı şəhər M.Ə.Rəsulzadə küçəsi ev 13 mənzil 17 ünvanda qeydiyyatda olan İddiaçı1 və ünvan 3 ünvanında qeydiyyatda olan X17 ilə müqavilə bağlamışlar ki, İddiaçı1 əri X1 miras qalmış Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 13-də yerləşən ümumi sahəsi 75,4 kv.m olan 17 saylı mənzili bütünlüklə oğlu X10 bağışlamış, X17 atası X1 qalan həmin mirasdan anası İddiaçı1 çatası payının ona verilən hissəsini bəxşiş kimi qəbul edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri İstiqlaliyyət prospekti 13 A saylı evin 17 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı1 ½ hissə, İddiaçı2 ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 oktyabr 2023-cü il tarixli 6212 №-li arayışından görünür ki, Cəfərova X22 şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 13A mənzil 17 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 oktyabr 2023-cü il tarixli 6216 №-li arayışından görünür ki, Nümayəndə ünvan 6 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış 16 oktyabr 2023cü il tarixli, 5-8-1/2-613/2023 saylı məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan məlumata əsasən ünvan 8 ünvanında Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yaşamırlar. Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh3 Mürsəl oğlunun atası X15, anası İddiaçı1dır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cüil tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Əli-Bayramlı şəhəri, A.Əhmədov küçəsi, ev 4B, mənzil 17-də, xx.xx.2002-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1985-ci i təvəllüdlü Cavabdeh3 xx.xx.2002-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.2011-ci il tarixdən hazırki vaxtadək ünvan 9 ünvanında qeydiyyatdadırlar. Sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisindən xx.xx.2023-cü il tarixdə 2V-111,113 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və vərəsəlik işində olan sənədlərin əsli ilə eynliyi təsdiq edilmiş surəti məhkəməyə daxil olmuşdur : xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi: ünvan 10 ünvanında qeydiyyatda olan İddiaçı1 və o miras əmlakı ½ hissədə irs almalıdır. Verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X8 adılna verilmiş **********05-05101-093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən mənzildən ibarətdir.Mənzilin qalan ½ hissəsi açıq saxlanılır. Ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2023-cü ildə durğunluq ürək çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 151 № ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2014-cü ildə kəskin qan dövranı çatmamazlığı səbəbəndən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 123 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1995-cil təvəllüdlü İddiaçı2 atası Cavabdeh3 Mürsəl oğlu, anası X2r. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi : ünvan 11 ünvanında qeydiyyatda olan İddiaçı2 və o miras əmlakı ½ hissədə irs almalıdır. Verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X8 adılna verilmiş **********05-05101-093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən mənzildən ibarətdir. Əmlakın 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmaqla həll edilməlidir. Məhkəmə qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə yaşayış sahəsindən yaranmış istifadə hüququna xitam verilməsi 2 əsasla mümkündür:1) daimi yaşamaq üçün başqa yaşayış sahəsinə və ya yaşayış məntəqəsinə köçməsinə görə və 2) kompensasiya verilməklə. Hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmələrinə görə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsini tələb etdiyindən, məhkəmə bu əsası təsdiq edən sübutları tədqiq etməli olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 a saylı evin 27 saylı mənzilində yaşayan X3, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 a saylı evin 16 saylı mənzilində yaşayan X9, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 a saylı evin 46 saylı mənzilində yaşayan X5 tərəfindən akt tərtib edilmişdir ondan ötəri ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 a saylı evin 17 saylı mənzilində yaşayan İddiaçı1 mərhum həyat yoldaşı vəfat etdikdən sonra uzun müddətdir ki, tənha yaşayır. Sabirabad rayon İcra Hakimiyyəti Minbaşı kənd ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-70-28/2-109/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Abbasova X6 rayon İcra Hakimiyyəti Minbaşı kənd ərazi Dairəsi üzrə nümayəndəliyində Minbaşı kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh1 mübahisə predmeti olan ünvan 12 (Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17 ) ünvanında qeydiyyatda olmasına baxmayaraq, orada yaşamaması, cavabdehin mülkiyyətində fərdi yaşayış yerinin olması müəyyən edilmişdir Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 12 (Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) mənzili mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Cavabdehlərdən Cavabdeh3 İddiaçı1 nəvəsi, İddiaçı2 əmisi oğlu, Cavabdeh1 İddiaçı1 qızı, İddiaçı2 bibisi, Cavabdeh2 İddiaçı1 nəvəsi, İddiaçı2 əmisi qızıdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki, anadan olandan həmin mənzildə yaşamış, lakin ailə qurduqdan sonra Sabirabad rayonu Minbaşı kəndində yaşamış, ünvan 12 ünvanında əmlakı yoxdur, kommunal xərclərinin ödənilməsində bu günə kimi iştirak etməyib. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 1990-cı ildə yarandığından mübahisənin həlli zamanı Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin müddəaları nəzərə alınmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, ünvan 12 (Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) mənzilində Cavabdeh1 mülkiyyətçi ilə birlikdə yaşayaraq ümumi təsərrüfatı idarə etdiyindən, iddiaçının ailə üzvü qismində cavabdeh yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçməsi halının müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, onun yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 A saylı evin , 17 saylı mənzilindən ( Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17 ) istifadə hüququna xitam verilməsi hissədə qeyd edir ki, bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə onu qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 mübahisəli evdə qeydiyyatda olmalarına istinad edib, hesab etmişlər ki, cavabdehlərin iddiaçılara məxsus olan evdə qeydiyyatda olmaları onların yaşayış sahəsindən istifadə hüquqlarının olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun» hüquqi əsaslarını yoxlamışdır . Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa,həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki,Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar,mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ailə qanunvericiliyi əsasında ünvan 13 ünvanının ( Yeni qaydalarla ünvan 14i olan iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinin saxlanılmasını tələb etmək hüququna malik olmadıqlarından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olan halda isə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 A saylı evin , 17 nömrəli mənzilinin ( Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) mülkiyyətçisi olan iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvü olmadıqlarından, onların Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki,həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəməyə İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma təqdim olunmamışdır. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 A saylı evin , 17 nömrəli mənzilindən ( Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma bağlanmadığından, onlar mübahisəli yaşayış sahəsindən nə Mülki Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə hüququna, nədə ki mülkiyyətçilərin ailə üzvü olmadıqlarından Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə etmək hüququna malik olmamışlar, ona görə də mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 A saylı evin , 17 saylı mənzilinə ( Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17 ) olan istifadə hüququna xitam verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 13 A saylı evin, 17 saylı (Yeni qaydalarla Şirvan şəhəri İstiqlaliyyət küçəsi ev 13 A mənzil 17) mənzilə olan istifadə hüququna xitam verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-111/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-111/2024
29.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver