Məhkəmə qərarları › İş №2(032)-1134/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1134/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1134/2024 02.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş xərclərin alınması tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri Cəmşid ünvan 1 ünvanında yerləşən) 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi və 2 otaqlı əlavə tikili olan fərdi yaşayış evinin, İddiaçı ilə X4nun birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşası və təmiri üçün sərf edilmiş vəsait müəyyənləşdirilərək paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X20 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. X4 xx.xx.2021-ci ildə astma xəstəliyindən vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşı Elsevər Səmədovla qaynatası İnqilab Səmədova məxsus Şirvan şəhəri Xəqani küçəsi 54/1 evdə bir müddət yaşadıqdan sonra qaynatası 6 aydan sonra özünə məxsus bağ-bostan olan torpaq sahəsində, Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri,C.Naxçıvanski küçəsi,ev 193) də ev tikmək qərarı verirlər. Həmin evin tikilməsində həm qaynatası tərəfindən, həm də iddiaçı tərəfindən vəsait qoyulur və fərdi yaşayış evi tikilir. İddiaçı özü də həmin vaxt məktəbdə işləmiş, aldığı maaşla yavaş-yavaş evi tikməyə başlamışlar. Qaynatası da evin tez tikilməsi üçün pensiya kartını onlara vermişdir. Sonradan iddiaçının mərhum əri ilə valideynləri arasında mübahisə yarandığından qaynatası pensiya kartını onlardan almışdır. Fərdi yaşayış evindən başqa həmin torpaqda uzunluğu 13 m, eni 4 metr, hündürlüyü 3 metr, hamam və sanitar su qovşağı olan 2 otaqlı digər fərdi yaşayış evi də iddiaçı ilə mərhum Elsevər Səmədovla birgə nikah dövründə tikilmişdir. Sözügedən əlavə evin tək üstü vurulmamış vəziyyətdə qalır. Sözügedən ünvanda torpaq sahəsinin boş olmasını və orada iddiaçı və onun mərhum ərinin sonradan orda ev tikməsini qonşular və həmin tikililərin tikilməsində iştirak etmiş fəhlə və ustalar da şahidi olmuşlar. Şirvan şəhəri 265D ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi, hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatını ********** qeydiyyat tarixi xx.xx.2021-ci il, daşınmaz əmlakın reyestr **********21-11301 olan çıxarış mərhum X11 qeydiyyatdan keçmiş, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə sözügedən bağ evi X23 tərəf Cavabdeh hədiyyə edilmişdir. Hal-hazırda bağ evinin mülkiyyətçisi Cavabdehdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadası Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 2012-ci il tarixində tərtib edilmiş texniki pasportuna əsasən bağ evinin 2012-ci ildə tikilməsi deyilir. Maraqlıdır ki, bağ evinin tikintisində iştirak etmiş ustalar X16,X24 ,X25, X26 və bağ evinin qonşuluğunda yaşayan qonşu X27, X12 və X3 mübahisəli bağ evinin və həmin həyətdə tikililərin əlavə fərdi yaşayış evinin məhz 2018-2020-ci illər ərzində tikildiyinin olduqları halda 13 saylı Şirvan Ərazi İdarəsi yaşayış evinin 2012-ci ildə tikilməsi göstərməsi sual doğurur. Lakin göstərilən fərdi yaşayış evinin iddiaçı ilə cavabdehin X4nun birgə nikah dövründə əldə edilmiş hesabına tikildiyindən və təmir olunduğundan çəkilən xərclər tərəflər arasında bərabər surətdə bölünməlidir. Belə ki, mübahisəli ev cavabdehin babası X23 tərəfindən cavabdehə Cavabdeh bağışlaya iddiaçının fərdi yaşayış evlərinin yəni 1 mərtəbəli, ümumi sahəsi 102,9 kv.m fərdi yaşayış evinin və həmçinin 2 otaqlı fərdi yaşayış evinin tikintisinə təmirinə çəkilmiş xərclərdə iddiaçının da payının olduğunu görməməzlik gəlməsi ümumiyyətlə başa düşülən deyil. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, mübahisəli ev tikildiyi və təmir edildiyi vaxt dövlət reyesterində qeydiyyatdan keçməmişdir, qeydiyyatdan yalnız X4 vəfat etdikdən 3 ay sonra, yəni xx.xx.2021-ci ildə reyest qeydiyyatdan X11 adına keçmişdir. İddiaçının əri X20 vəfat etdiyindən iddiaçı mübahisəli evin tikintisi və təmiri üçün çəkilən xərclərdə onun da vəsait xərcləməsinə baxmayaraq cavabdeh onu heç bir kompensasiya və vəsait vermədən məhkəmənin qətnaməsi ilə evdən çıxarmışdır. Buna görə də iddiaçı Cavabdeh hal-hazırda onun mülkiyyətində olan mübahisəli evin tikilməsində və təmirində xərclənən vəsaitin yarısını tələb etmək hüququna malikdir. Cavabdeh Şirvan şəhər Məhkəməsində 2022-ci ildə “İddiaçı və digərlərinin fərdi yaşayış evindən çıxarılması, cehiz əmlakın çıxarılması və iddiaçının fərdi yaşayış evinə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1375/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Hal-hazırda evin tikintisi və təmiri üçün çəkilən xərclərin mütəxəssis tərəfindən qiymətləndirilməsinə cavabdeh və onun ailəsi tərəfindən maneə yaradıldığına görə mümkün olmamışdır. Buna görə də birgə nikah dövründə əldə edilmiş vəsait hesabına fərdi yaşayış evinin tikintisi və təmiri üçün çəkilən xərclərin məhkəmə tərəfindən ekspertiza təyin olunaraq qiymətləndirilməsi) və müəyyən olunması daha məqsədəuyğundur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri Cəmşid ünvan 1 ünvanında yerləşən) 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi və 2 otaqlı əlavə tikili olan fərdi yaşayış evinin inşası və təmiri üçün sərf olunmuş 15000 (on beş min) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Elsevərlə nikaha daxil oduqdan sonra bir müddət qaynatasıgilin yanında yaşamışlar.Qaynatası onlara özünə məxsus torpaq sahəsində ev tikib yaşamalarını bildirmiş və öz pensiya kartını da onlara vermişdir, lakin sonradan mübahisə yarandığından pensiya kartını onlardan almışdır. Həmin vaxt özü məktəbdə işləmiş, aldığı maaşla evi tikməyə başlamışlar. Birgə nikah dövründə evin tikintisinə cavabdehin babası tərəfindən xərclər ayrılsa da, təxminən 15000 manatdan artıq tək onun özünün xərci çıxmışdır. Həmin dövrdə rəhmətə gedən yoldaşı evin tikintisinə görə müxtəlif şəxslərdən borca pul götürmüş və həmin şəxslərin bəzilərinə onun tərəfindən zamin durmuşdur. Bununla yanaşı o bir neçə dəfə bankdan pul götürərək həmin evin tikintisinə xərcləmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, onların tələbi birgə nikah dövründə çəkilən xərcin tələb olunmasıdır. Qeyd olunan ev birgə nikah dövründə iddiaçının əziyyəti ilə tikilmişdir. Lakin iddiaçıya çəkilən xərclə bağlı heç bir pay verilməmişdir. Cavabdeh tərəf bildirmişdir ki, ev 2012-ci ildə tikilmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, nümayəndəsi nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu bildirmişdir ki, atası-1977-ci il təvəllüdlü X38 oglu xx.xx.2021-ci il tarixdə astma xəstəliyindən vəfat etmişdir. Mərhum atasının 1-ci nigahı xx.xx.2000-ci il tarixdə onun anası X28 ilə olmuşdur. Həmin nigahdan hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu dünyaya gəlmişdir. Həmin nigah Şirvan şəhər Məhkəməsində xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş və nigahın pozulması Şirvan şəhər qeydiyyat şöbəsində nigahın pozulması haqqında akt qeydində xx.xx.2018-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. Mərhum atası iş üzrə İddiaçı ilə 2-ci nigaha 2018-ci il tarixdə daxil olmuşdur. Həmin nigahdan atasının övladı olmamışdır. Hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu ona bildirmişdir ki, onun ata babası X42 oglu uzun illər neft sənayesi sahəsində mühəndis vəzifəsində işləyərək aldıgı məvaciblər, pul mükafatları, əmisi şəhid X49 ogluna verilən 11.000 min manat pul, pensiyaya gec çıxdıgı üçün məhkəmə qərarı ilə aldıgı 15.000 min manat kompensasiya və eləcə də, həyat yoldaşı və özünün aldıqları və yıgdıqları pensiya hesabına Şirvan şəhəri, Energetik küçəsi, ev 265 D (Yeni Qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 3 ünvanda (bağ evləri massivi) 06 sot torpaq sahəsində 2012-ci ildə tikilən 01 mərtəbəli, ümumi sahəsi 102.9 kv.m olan fərdi yaşayış evini inşa etmişdir və həmin evi xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın bagışlama müqaviləsi ilə ona hədiyyə etmişdir və o, həmin evi öz adına bagışlama müqaviləsi əsasında dövlət qeydiyyatına aldıraraq, həmin evə texniki pasport və çıxarış almışdır. Fərdi yaşayış evi və torpaq sahəsində tikilən əlavə tikililər inşa edilən tarixdə İddiaçı onun mərhum atası ilə nigahda olmamış yalnız, 2018-ci il tarixdə atası ilə nigaha daxil olub həmin mübahisə predmeti olan fərdi yaşayış evinə köçüb hazır evdə yaşamışlar. Evdə hər hansı bir təmir işləri aparmamışlar və buna onların maddi imkanları da olmamışdır. Maddi cəhətdən çətinlik çəkdikləri üçün babası İnqilab Səmədovun pensiya kartı da bir müddət dolanışıq üçün onlarda olmuş, İddiaçı onun baba və nənəsinə qulluq etmədiyi üçün babası məcbur qalıb pensiya kartını bloklamışdır ki, ondan istifadə edə bilməsinlər. Mərhum atası Elsevər Səmədov neft sahəsində işləsə də, pis vərdişləri səbəbindən aylıq maaşı borclara və digər pis vərdişlərə xərclənmiş, həmin dövrdə iddiaçı məktəbdə işləsə də, 200 manatdan azacıq artıq maaş almış və aldıgı maaş öz tələbatına xərclənmişdir. Babasının kartının onlarda olması və mərhum atasının pis vərdişlərinə görə, onun aldıgı maaşın həmin xərclərə sərf olunması barədə iddiaçı cavabdeh olduğu icraatında olmuş “evdən çıxarılma” tələbi üzrə mülki işdə etiraf etmişdir. Sadəcə babasından qalan 2 evin ona bagışlanması ilə iddiaçı bir gəlin kimi razı olmamış, gəlin kimi ona da evdən haqq düşdüyünü iddia etmiş, evdən məhkəmə qərarı ilə zorla çıxmış, çıxarkən evə müəyyən ziyan da vurması halı olsa da, ev təhvil alınarkən buna əlavə səs-küy, narahatlıq olamasın deyə fikir verilməmişdir. Bütün bunlara görə iddiaçı nahaqdan o evə xərc çəkməsi ilə ondan və nənəsindən nəsə qoparmaq arzusundadır və buna görə əsassız iddialar qaldırır. Əgər o evdə haqqı var idisə, vaxtında iddiaya cavab verməli olan şəxslərə qarşı iddia qaldırardı. Mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının qayınatası X17 tam mülkiyyət hüququ ilə çıxarış əsasında məxsus olmuş və həmin çıxarış hüquqi qüvvədədir. X23 həmin çıxarış əsasında fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında qanuni şəkildə nəvəsi iş üzrə Cavabdeh ogluna bagışlamışdır və bagışlama müqaviləsi hüquqi qüvvədədir. Bağışlama müqaviləsinin ləgv edilməsi yaxud, etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur və iddiaçının bu tələb üzrə subyektiv hüququ yoxdur. İddiaçının qayınatası X42 oglu 2023-cü il tarixdə vəfat etmişdir. Özgə mülkiyyətində olan torpaq sahəsində mülkiyyətçinin icazəsi və razılıgı olmadan hər hansı bir tikinti və ya təmir işlərinin aparılması mülki qanunvericiliyə görə yolverilməzdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu iddiaya cavab verməli şəxs deyildir. Bu tələb iddiaçının ərinin saglıgında qaldırılmalı idi, ya evin mülkiyyətçisi olmuş X42 oglunun sağlığında qaldırılmalı idi hansı ki, iddiaçının buna fürsəti olmuşdur. Mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılma barədə iddia qaldırılan vaxt cavabdeh olmuş İddiaçı qarşılıqlı iddia vermək hüququ var idi və həmçinin, evin mülkiyyətçisi olmuş X17 qarşı onun sağlığında ayrıca onun evinə çəkilmiş xərc tələbi ilə müraciət etmək imkanı var idi ki, iddiaçı bu hüquqlarından istifadə etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin, onların nümayəndələrinin izahatlarını, cavabdehin vəkilinin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş arayışın surətindən görünür ki, X30 İdarəsi bağçılıq-bostançılıq Birliyinin üzvüdür. Əli-Bayramlı şəhər XDS-İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli 3 nömrəli protokolu ilə X30 üçün ayrılmış torpaq sahəsində 5 nömrəli yer cəmi 6 sot X17 məxsusdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş ünvan 4 bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 06 fevral 1979-cu il tarixli 03 saylı qərarı ilə sahəsi 600 kv.m olan təyinatı bağçılıq və bostançılıq üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 751 nömrə ilə uçota alınıb. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 bağ evi tam xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 X8 nikahı Şirvan şəhər Qeydiyyat Şöbəsində 24 avqust 2018-ci ildə 312 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2023-cü il tarixdə beyin ödemi səbəbindən Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 22 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsininin surətindən görünür ki, X5 şəhəri Energetik küçəsi 265 D saylı ünvanda yerləşən ümumi sahəsi 102.9 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini nəvəsi olan Cavabdeh bağışlamışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X21 onun əvəzinə həddiyəni hədiyyə verəndən qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş ünvan 4 bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, ünvan 4 bağ evinin hüquq subyekti Cavabdehdur. Yaşayış evlərinin texniki göstəricilərinə əsasən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 3 , ümumi sahəsi 102.9 m2 , yaşayış sahəsi 39.5 m2 , köməkçi sahəsi 63.4 m2, tikintialtı sahə 120.6 m2 , həcmi 542.7 m2 olan yaşayış evi 2012-ci ildə tikilmişdir. Texniki pasport xx.xx.2022-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş ünvan 4 bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, ünvan 4 bağ evinin hüquq subyekti Cavabdehdur. Texniki pasport xx.xx.2022-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 bağ evi tam xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1375/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər İddiaçı, X6, X2, X9 və uşağı X13 Şirvan şəhəri, Energetik küçəsi, 265 D saylı (yeni qaydalarla Şirvan şəhəri, Cəmşid ünvan 1) evdən çıxarılması, cavabdeh İddiaçı məxsus əşyaların həmin evdən çıxarılması, iddiaçı Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli ,2(106)-372/2023 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1375/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli MŞS/MT-023-02346 nömrəli Sabirabad 1 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, bu arayış Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X22 tərəfindən İddiaçı “Mediasiya Haqqında” Qanunun 29.3-cü maddəsinə uyğun olaraq verilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 141CLM********** saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak krediti məqsədi ilə 36 ay müddətinə, illik 25.84 % olmaqla, 1100 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4076657A141 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak krediti məqsədi ilə 35 ay müddətinə, illik 24.71 % olmaqla, 2200 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4299608A299 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak krediti məqsədi ilə 35 ay müddətinə, illik 27 % olmaqla, 4120 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin mübahisəsiz hallarına əsasən müəyyən edilmişdir ki, X1 Afaq İsmayıl qızı ilə 24 avqust 2018-ci ildə nikaha daxil olmuşdur. Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 06 fevral 1979-cu il tarixli 03 saylı qərarı ilə sahəsi 600 kv.m olan təyinatı bağçılıq və bostançılıq olan torpaq sahəsi X14 verilmiş, ünvan 4 bağ evi tam xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, X20 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 102.9 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini nəvəsi olan Cavabdeh bağışlamışdır. X20 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1375/2022 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X6, X2, X9 və uşağı X13 Şirvan şəhəri, Energetik küçəsi, 265 D saylı (yeni qaydalarla Şirvan şəhəri, Cəmşid ünvan 1) evdən çıxarılması, cavabdeh İddiaçı məxsus əşyaların həmin evdən çıxarılması, iddiaçı Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun damihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildiriyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı ünvan 4 bağ evinin evin tikintisinə və təmirinə onun tərəfindən vəsait xərclədiyini, bununla bağlı kreditlər götürməsini, bağ evinin evin tikintisinə və təmirinə onun tərəfindən çəkilən 15000 manat pulun cavabdehdən tutulmasını iddia etsə də, iş materiallarında olan texniki pasporta əsasən mübahisəli evin 2012-ci ildə tikiliməsini , iddiaçının cavabdehin atası X15 ilə 2018-ci ildə nikaha daxil olmaqla həmin evə gəlin köçməsini nəzərə alaraq iddiaçı tərəfindən mübahisəli evin inşası və təmiri üçün vəsait sərf edilməklə, dəyərinin artırılması işin materialları ilə müəyyən olunmamış və iddiaçı tərəfindən buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir . MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 15000 (on beş min) manat pulun alınması tələbi barədə iddiası rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 15000 (on beş min) manat pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar