Məhkəmə qərarları › İş №2(032)-1140/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1140/2023

22.09.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1140/2023 22.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 barəsində xx.xx.2006-cı il tarixində ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, X3 xx.xx.2005-ci il tarixdə doğulmuş, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X7 atası X8 və anası X6 hər ikisi vəfat etmişdir. X3 xx.xx.2006-cı il tarixdə vəfat etsə də, onun ölümü dövlət qeydiyyatına alınmamış və bununla bağlı şəhadətnamə verilməmişdir. Hal-hazırda mərhum X2 ünvan 1 ünvanında yerləşən Bələdiyyə ilə alqı-satqı müqaviləsi əsasında 600 kv.m torpaq sahəsi vardır. Həmin torpağa dair vərəsəliyin tanınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat İdarəsinə müraciət etmişdir. Orada bildirmişlər ki, X7 ölüm şəhadətnaməsi təqdim olunmalıdır. Ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X7 ölümü barədə heç bir qeyd yoxdur. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək nəvəsi xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri və sübutları nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-İ-366/2-06/2023 saylı məktubundan görünür ki, 2006-cı ildən xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və xx.xx.2005-ci il təvəllüdlü X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qəbirüstü abidənin fotoşəkillərində 2005-2006-cı il təvəllüdlü X10 məxsus olması yazılan qəbr daşı əks olunub. Şirvan şəhəri İHB-nin Bayramlı qəsəbə İƏD üzrə nümayəndəsinin möhür və imzası ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X11 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Şirvan şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Şirvan şəhər Qəbiristanlığının rəhbəri M.Cabbarov, idarənin əməkdaşı Z.Kərimov tərəfindən təsdiq edilən akta əsasən X11 xx.xx.2006-cı il tarixində Şirvan şəhər Qəbiristanlığında dəfn edilmişdir. Doğum haqqında 535 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci ildə Əli- Bayramlı şəhərində anadan olmuşdur. X1, anası X4r. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 08 ayının 22 günündə 307 nömrə ilə, X8 isə xx.xx.2006-cı il tarixdə Əli-Bayramlı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 05 ayının 02 günündə 182 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Şirvan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 saylı qərarında X5 Bələdiyyənin ünvan 1 ünvanda yerləşən ərazisindən alqı-satqı predmeti olan torpaqlarında fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin satılması, torpağın satış dəyəri kimi Şirvan şəhər torpaq hərrac və müsabiqə komissiyasının 15 dekabr 2009-cu il tarixdə keçirdiyi müsabiqədə müvafiq zona üzrə formalaşmış qiymət əsas götürülərək Bələdiyyənin bankdakı hesabına ödənilməsi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 verdikləri eyni məzmunlu ifadələrində bildirdilər ki, X11 xx.xx.2005-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, X1, anası X4r. X11 xx.xx.2006-cı il tarixdə təxminən 1 yaşına çatmamış xəstələnərək Şirvan şəhərində vəfat etmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin nəvəsi xx.xx.2005-ci il təvəllüdlü X11 onun mərhum qızı X2 oğludur. xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində vəfat etmiş və şəhər qəbirstanlığında dəfn edilmişdir. Lakin nə ərizəçi, nə də ki onun qızı bu faktı rəsmiləşdirməmişlər. Hazırda isə ərizəçi mərhum qızı X2 adına rəsmiləşmiş torpağı satmaq istəyir, lakin müvafiq sənədlərin çatışmamazlığından alqı-satqını həyata keçirə bilmir. Vacib sənədlərdən biri də məhz rəhmətə getmiş nəvəsinin ölüm şəhadətnaməsidir. Şahidlər məhkəmə araşdırmasında ərizədə göstərilənləri təsdiq edərək xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində vəfat etdiyini bildirdilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2006-cı ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X7 01 fevral 2006-cı il tarixində Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X7 ölümü barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar