Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-115/2024 01.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə cavabdehlə birgə nikah dövründə inşa etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını 19 sentyabr 2011-ci il tarixdə 496 nömrə ilə Şirvan şəhər Qeydiyyat şöbəsində qeydə aldırmış və bu barədə onlara nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahlarından 12 avqust 2012-ci il tarixdə X15, 27 mart 2015-ci il tarixdə X13 adlı övladları anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(032)- 361/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş övladlarının onun himayəsində qalması müəyyən edilmişdir. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini inşa etdirmişdir. Nikah münasibətləri pozulduqdan cavabdeh övladları ilə birlikdə onu evdən qovmuşdur. Hal-hazırda iki övladı ilə birlikdə kirayə yaşayır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında bildirdi ki, ailə qurduqdan sonra qaynatasına məxsus ünvan 3 ünvanına gəlin köçmüş, həmin evdə yaşamışdır. Cavabdeh ilə birgə nikah dövründə 2014-cü ildə Şirvan bələdiyəsinə məxsus olan torpaq sahəsini almışdırlar. Həmin torpaq sahəsinin alınması və həmin torpaq sahəsində evin inşa edilməsində o da əri ilə birlikdə vəsait qoymuşdur. O, özü heç bir yerdə işləməsə də, həmin torpaq sahəsinin alınması və tikintisi zamanı o, oğluna əlilliyi ilə bağlı ödənilmiş olan vəsaiti istifadə etmişdir. O, hətta evin sənədləşməsinə görə kömək etmək üçün qızıllarını satmışdır. Həmin evin tikilməsində qonşular usta kimi işləmiş, xalası və dayısı oğlu həmin evin betonun tökmüşdür. Hal-hazırda iki uşaqla kirayədə qalır. Birgə nikah dövründə alınan evdə yaşamaq istəyir. Cavabdeh hal-hazırda həmin mənzildə yaşamır, valideynləri ilə bir yerdə qalır. Yaşamaq istədiyi ev 4 otaqlıdır, təmirsizdir, istəyir ki, həmin evdə ona heç olmasa bir otaq ayırsınlar gedib oranı bankdan pul götürüb təmir etdirib yaşasın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı X5 ilə 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, daha sonra xx.xx.2023-cü il tarixdə məhkəmənin qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı ilə ailə qurduqdan sonra iddiaçı onun atasının evinə, yəni ünvan 3 saylı mənzilinə gəlin köçmüşdür. Mübahisəli evdə heç vaxt yaşayış olmamışdır. Həmin torpaq sahəsini Bələdiyyənin hesabına 2014-cü il tarixdə pul köçürməklə almış, lakin maddi imkanı olmadığı üçün həmin vəsaitin ona geri qaytarılmasına dair ərizə ilə Şirvan Bələdiyyəsinə müraciət etmişdir. Sonradan anası X12 2021-ci il tarixdə ərizə ilə müraciət edərək 1000 manat ödəniş etməklə həmin torpağı almışdır. Həmin torpaq sahəsi ata və anasının təqaüdü ilə alınmış, həmçinin onların köməkliyi ilə tikilmişdir. Evin tikilməsində niyyət olmuşdur ki, o, ailəsi ilə birlikdə gedib həmin evdə yaşasın. Həmin evdə nə o, nə də ki keçmiş həyat yoldaşı ilə nikahda olduqları vaxtda yaşamamışdırlar. Hazırda da həmin evdə yaşayış yoxdur. Odur ki, iddianı əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğunda təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər Şirvan Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 09 nömrəli iclasının qərarından çıxarışdan görünür ki, Cavabdeh ərizəsi nəzərə alınması, Cavabdeh Bələdiyyənin ehtiyat fonduna aid yaşayış məntəqəsi torpaqlarından ünvan 4 ünvanında yerləşən ərazisindən alğı-satqı predmeti olan torpaqlardan fərdi ev tikmək üçün 600.0 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 361/2023 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında olan Şirvan şəhər Qeydiyyat şöbəsində 19 sentyabr 2011-ci il tarixli 496 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə niklahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X13 iddiaçı X3 himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh uşağa görə hər ay 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-26/2024 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanına dair məlumat arxiv materiallarında aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03/17 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il tarixdə Şirvan Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün ona 6 (altı) sot torpaq sahəsinin satılmasını xahiş etmişdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi Qanunvercilik aktlarına dəyişliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələbinə əsasən yaşayış yeri üzrə 5 (beş) ildən artıq qeydiyyatda olduğunu və torpaqla bağlı yerli büdcəyə 500 (beş yüz) manat vəsait ödədiyini nəzərə alaraq Şirvan Bələdiyyəsi 30 sentyabr 2014-cü il tarixli 09 saylı iclas Qərarı ilə Xanlar küçəsi 61A ünvanındakı 600 m2 torpaq sahəsinin fərdi ev tikintisi məqsədilə şəhər sakini Cavabdeh bilavasitə (hərrac və ya müsabiqəsiz) satılması barədə qərar qəbul etmişdir. ünvan 1 ünvanında yerləşən, evə köçürülmə tələbi üzrə mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi 600 m2 torpaq sahəsinə dair Şirvan Bələdiyyəsi tərəfindən şəhər sakini Cavabdeh verilmiş, 30 sentyabr 2014-cü il tarixli 09 saylı Qərardan çıxarış və mühəndis texniki komunikasiyaların çəkilişi ilə bağlı xx.xx.2014cü il tarixli 1824 nömrəli müqavilə sözügedən ünvanda yerləşən və Bələdiyyə mülkiyyətinə məxsus, fərdi ev tikintisi üçün nəzərdə tutulan 600 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququ və daşınmaz əmlakla bağlı digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmadığından, qərar qüvvədə olmadığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.2-ci maddələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırlması qaydaları haqqında Əsasnamə”nin tələblərinə, eləcə də vətəndaş Cavabdeh xx.xx.2018-ci il tarixli 09/211 saylı ərizəsinə əsasən təkrar sənədləşmə işlərinə başlanılmış, yeni ünvanla sözügedən torpağın yerləşdiyi M.İbrahimov küçəsi 171 ünvandakı 324 m2 (mühəndis kominikasia xəttlərinin mühafizə zolağı çıxıldıqdan sonra) torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnu **********0 nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixli 118 saylı ərizə ilə Şirvan Bələdiyyəsinə müraciət edərək maddi imkanı olmadığından yerli büdcəyə ödədiyi vəsaitin ona geri qaytarılmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə əsasən ödədiyi vəsait Şirvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 13 saylı iclasın qərarı əsasında ona geri qaytarılaraq vətəndaşın “Kapital Bank”ın Şirvan filialındakı şəxsi hesabına köçürülmüşdür. Qeyd edirik ki, ünvan 7 ünvanında qeydiyyatda olan X12 (Cavabdeh anası) xx.xx.2021-ci il tarixdə 09/150 saylı ərizə ilə Şirvan Bələdiyyəsinə müraciət edərək 3.2 sot torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bununla bağlı vətəndaş X6 yerli büdcəyə xx.xx.2021 xx.xx.2021-ci il tarixlərdə son hərrac qiymətlərinə müvafiq olaraq ümumilikdə 1000 (bir min) manat vəsait ödəmişdir. Vətəndaşın müraciətinə əsasən Şirvan Bələdiyyəsinin 30 avqust 2021-ci il tarixli 15 saylı iclas qərarı əsasında ünvan 8 ünvanda yerləşən 0.0324 ha torpaq sahəsi onun mülkiyyətinə notarial alqı-satqı qaydasında verilmişdir. Vətəndaşa xüsusi mülkiyyətinə məxsus M.İbrahimov küçəsi 171 ünvanında yerləşən 0.0324 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi yerləşir, evdə hal-hazırda yaşayış mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi 171, Yeni qaydalarla: AZ 1801, Şivan şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 143 saylı torpaq sahəsi Şirvan şəhəri Şirvan Bələdiyyəsinin daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 9 ünvanında yaşayan X6 Şirvan Bələdiyyəsi tərəfindən qeydə alınmış xx.xx.2021-ci il tarixli, 09/150 nömrəli ərizəsinin surətindən görünür ki, o, fərdi ev tikintisi üçün 3.2 sot torpaq sahəsinin ayrılmasına köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şirvan Bələdiyyəsi adından X2 şəhəri, Mübariz İbrahimov küçəsi, 171 Yeni qaydalarla: AZ 1801, Şivan şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 143 saylı ünvanında yerləşən, bələdiyyə mülkiyyətində olan ümumi sahəsi 0.0324 ha torpaq sahəsini X1. İş materiallarında olan Şirvan şəhəri Şirvan Bələdiyyəsinin 15 nömrəli 30 avqust 2021-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi almaqdan ötəri müraciət etmiş, Bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan X12 torpaq sahəsinə 1000 (bir min) manat rüsumunun onun tərəfindən əvvəlcədən ödənildiyini nəzərə almaqla Şirvan Bələdiyyəsinin ehtiyat fonduna məxsus, yaşayış məntəqəsi kateqoriyalı torpaqlardan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsində 19 oktyabr 2020-ci il tarixli, RX qeydiyyat nömrəsi ********** saylı reyestrdən çıxarışla qeydiyyata alınmış, M.İbrahimov küçəsi 171 ünvanda 0,0324 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır. “Şirvan şəhəri Şirvan Bələdiyyəsi tərəfindən şəhər sakinlərinə fərdi ev tikməkdən ötəri torpaq sahəsi verilərkən mühəndis texniki kommunikasiyalar (rabitə, su, elektrik enerjisi, qaz, kanalizasiya, küçələrin çəkilməsi, hər biri fərdi torpaq sahəsi üçün müvafiq işlərin görülməsi) barədə Bələdiyyə ilə fərdi torpaq sahəsi mülkiyyətçi arasında qarşılıqlı razılaşma haqqında” 673 nömrəli, 31 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, 0.0324 sot torpaq sahəsini özünün şəxsi mülkiyyətinə götürən X12 fərdi yaşayış evinə, həyətinə rabitə su, qaz, elektrik enerjisi, kanalizasiya xəttlərini öz vəsaiti hesabına çəkəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Başçısının 1 X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8/12-111/2024 nömrəli məktubundan görünür ki, M.İbrahimov (keçmiş Xanlar) küçəsi 61A ünvanında yaşayış olmadığı üçün Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyində ev təsərrüfatlarının uçotu kitabında heç bir qeydiyyat aparılmamışdır. Həmin məktuba əlavə edilmiş aktdan görünür ki, həqiqətən Xanlar küçəsi 61 A ünvanında tikilmiş, 1 mərtəbəli, 2 otaqdan ibarət ev X11 tərəfindən 2018-2019-cu illərdə tikilmişdir və bu evdə indiyənədək yaşayış olmamışdır. Sadıqlı Xəyalə, Abdullayev Qəribxan və Qasımov Fəttah aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə İddiaçı ilə Cavabdeh 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Tərəflər arasında olan nikaha Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərflərin birgə nikhada olduqları müddət ərzində Şirvan şəhər Şirvan Bələdiyyəsinin 30 sentyabr 2014cü il tarixli 09 nömrəli iclasının qərarı ilə Cavabdeh müraciəti nəzərə alınmaqla ona Bələdiyyənin ehtiyat fonduna aid yaşayış məntəqəsi torpaqlarından ünvan 4 ünvanında yerləşən ərazisindən alğı-satqı predmeti olan torpaqlardan fərdi ev tikmək üçün 600.0 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sonradan Cavabdeh tərəfindən torpaq sahəsi geriyə bələdiyyənin mülkiyyətinə qaytarılmışdır. Həmçinin Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə Şirvan Bələdiyyəsinə müraciət edərək maddi imkanı olmadığından yerli büdcəyə ödədiyi vəsaitin ona geri qaytarılmasını xahiş etmiş və müraciətinə əsasən ödədiyi vəsait Şirvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 13 saylı iclasın qərarı əsasında ona geri qaytarılaraq vətəndaşın “Kapital Bank”ın Şirvan filialındakı şəxsi hesabına köçürülmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olan X12 (Cavabdeh anası) xx.xx.2021-ci il tarixdə 09/150 saylı ərizə ilə Şirvan Bələdiyyəsinə müraciət edərək 3.2 sot torpaq sahəsinin ayrılmasını xahiş etmiş, həmin müraciət əsasında X6 yerli büdcəyə xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərdə son hərrac qiymətlərinə müvafiq olaraq ümumilikdə 1000 (bir min) manat vəsait ödəmişdir. Vətəndaşın müraciətinə əsasən Şirvan Bələdiyyəsinin 30 avqust 2021-ci il tarixli 15 saylı iclas qərarı əsasında ünvan 8 ünvanda yerləşən 0.0324 ha torpaq sahəsi onun mülkiyyətinə notarial alğı-satqı qaydasında verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Google.map foto şəkillərindən görünür ki, qeyd edilən fərdi yaşayış evinin tikintisi 2019-cu ildə başlanılmış 2021-ci il tarixdə bitmişdir. Eyni zamanda tərəflərin məhkəməyə vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları dövrdə mübahisəli fərdi yaşayış evində yaşamamışlar. Nikahdan sonra İddiaçı cavabdehin atasına məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və nikahda olduqları müddət ərizində cavabdehin atasına məxsus olan ünvan 12 ünvanında yaşamışdırlar. Eyni zamanda Şirvan şəhəri Şirvan Bələdiyyəsinin və Şirvan şəhər İcra Hakimiyyətinin Başçısının 1 X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhhkəmə vermiş olduqları cavab məktublarında tikilinin mövcud olduğu qeyd edilsə də, həmin tikilidə yaşayış olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: -Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? -Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? -Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırki iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və cavabdeh evin mülkiyyətçisi olsa idi belə, iddiaçının həmin evə köçürülməsi üçün hüquqi əsas olmayacaqdı. Belə ki, iddiaçı mübahisəli evin alınmasında, tikintisində və ya təmirində iştirak etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla işə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından cavabdehə məxsus evdən istifadə etmək hüququna malik olmayacaqdı. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilmədiyindən iddiaçının tələbinin həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə cavabdehlə birgə nikah dövründə inşa etdikləri ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-115/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-115/2024
01.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver