Məhkəmə qərarları › İş №2(032)-117/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-117/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-117/2023 21.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, H.Əliyev prospekti 355 M3, m2 saylı mənzilindəki istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri, H.Əliyev küçəsi ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, H.Əliyev prospekti 355 M3, m2 saylı mənzilindəki istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, H.Əliyev prospekti 355 M3, m2 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə onun adına mülkiyyət hüququ ilə qeydə alınmış və bu barədə ona Çıxarış verilmişdir. Oğlu X1 İlahə Bayez qızı ilə ailə həyatı quraraq, nikahlarını xx.xx.2002-ci il tarixdə Zərdab rayonu VVADQ Şöbəsində 32 nömrə ilə qeydə aldırmışlar. Onların nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Onlar evləndiyi vaxt Cavabdeh1 onun mənzilinə gəlin gəlmiş və onu həmin mənzilə qeydiyyata aldırmışdır. Evləndikdən bir müddət sonra onların münasibətləri kəskin surətdə pisləşmişdir. Cavabdeh1 birgə nikahdan doğulmuş uşaqları götürərək valideynlərinin yanına getmiş və X2na qarşı nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbi barədə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-883/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə X8 u arasında olan nikah pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlər hal-hazırda onunla yaşamırlar, bir təsərrüfat aparmırlar. 2 ildir ki, onlar evdən çıxıb getmiş, həmin gündən onları bir dəfə də olsun görməmişdir, harada yaşadıqlarını da bilmir. Hal-hazırda mənzili satmaq istəyir. Cavabdehlərin onun mülkiyyətində olan yaşayış evində qeydiyyatda olmaları onun hüquqlarını məhdudlaşdırmaqla, daşınmaz əmlakdan sərbəst istifadə etmək hüquqlarının və azadlıqlarının pozulmasına gətirib çıxarır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edib təmin edilməsini xahiş etdi, əlavə olaraq maddi imkanının olmaması səbəbindən cavabdeh tərəfə kompensasiya verməsinin mümkün olmadığını bildirdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddianı etiraf etməyərək digər cavabdehlərin onun övladları olduğunu, qazancının, evinin olmadığını, iki övladı ilə küçələrdə qaldığını, hazırda yataq xəstəsi olan anasına qulluq edərək müvəqqəti onun evinə sığındığını, anasının təqaüdü hesabına yaşadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, H.Əliyev prospekti 355 M3, m2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(032)-883/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X6 ananın yanında qalması, cavabdeh X3 xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şirvan şəhər Polis şöbəsinin 22 avqust 2022-ci il tarixli, 305-246866-3222 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi yaşayış sahəsi ilə bağlı mübahisənin hansı normativhüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən işin mübahisəsiz qəbul edilmiş hallarından biri də tərəflər arasında hüquq münasibətlərinin 2002-ci il tarixində yaranması faktıdır. Məhkəmə tərəflər arasında münasibətlərin qeyd olunan tarixdən sonra yarandığını nəzərə alaraq hesab edir ki, sözügedən mülki mübahisəyə Müki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə bildirir ki, mülkiyyətçinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) etibarlı ailə münasibətlərindən irəli gələn yaşayış hüququnun yaranmasının təməl şərtlərindən biri mülkiyyətçi ilə mənzildə yaşayan şəxslərin ailə münasibətləri içərisində birgə yaşamaları faktıdır. Qanunverici qeyd edilən müddəanı istifadə hüququ sahibinin ev şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasından irəli gələrək müəyyənləşdirilmişdir. Bu baxımdan, əgər mülkiyyətçi ilə ailə üzvünün birgə yaşaması halı mövcud omamışsa,eləcədə mənzil şəraitində yaşama ehtiyacı istifadə hüququ tələb edilən yaşayış sahəsində deyil, başqa yerdə təmin edilmişsə mənzildən istifadə hüququ yaranmır.Hətta qanunda nəzərdə tutulmuş əsaslarla əldə olunmuş istifadə hüququnun sahibi özünün mənzil tələbatını ödəmək imkanı qazanmışsa, xüsusilə də daimi yaşamaq üçün başqa mənzilə köçmüşsə yaranmış mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər hazırda mübahisəli mənzildə yaşamasalar da, lakin iddiaçı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsası yənikeçmiş ailə üzvü olan cavabdehlərin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, H.Əliyev prospekti 355 M3, m 2 saylı mənzilindəki istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, H.Əliyev prospekti 355, M3, m2 saylı mənzilindəki istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar