Məhkəmə qərarları › İş №2(032)-118/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-118/2025

13.03.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-118/2025 13.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1970-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. X2 ilə anası X7 rəsmi nikahlarından 1959-cu il tarixdə X11, 1963-cü il tarixdə X22, 1964-cü il tarixdə X14, 1966-cı il tarixdə X20, 1970-ci il tarixdə X12, 1972-cı il tarixdə X4 və 1958-ci il tarixdə o Ərizəçi adlı yeddi övladları anadan olmuşlar. X1 uzun illər psixi pozğunluqdan əziyyət çəkmişdir. Dəfələrlə respublikanın müxtəlif tibb mərkəzlərində həkimləri tərəfindən müayınə və ruhi xəstə kimi Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicələr almışdır. Bacısı qeydiyyatdadır. Bacısının bu vəziyyətə düşməsi ilə əlaqədar bir çox müalicələr almasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Öz hərəkətlərinin mənasını dərk etmək onları idarə etmək qabiliyyətində deyil. Onun himayəsində yaşamaqla evdən çıxanadək daima ona qulluq etməklə, qayğısına qalmışlar. X1 qeyd edilən xəstəliklər səbəbindən xx.xx.2012-ci il tarixdə saat 10:00 radələrində xəbərsiz olaraq yaşadıqları evdən çıxaraq naməlum istiqamətdə getmişdir. Bacısının evdən xəbərsiz çıxması nəticəsində Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış, müvafiq izahatı alınmışdır. İzahatında bildirmişdir ki, qeyd olunan ünvanda X29 ilə birgə yaşayır, onların ailəsində münasibətləri normal olmuşdur, aralarında heç bir qərəzçilik olmamışdır. X29 ruhi əsəb xəstəsidir. xx.xx.2012-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı evdə X29 ilə birlikdə səhər yeməyi yedikdən sonra işə getməklə, həmin günü saat 13 radələrində evə qayıdıqda X29nın evdə olmadığını görmüşdür. Həyətə çıxıb bacısı Mədinəni axtaran zaman qonşusu X5 xx.xx.2012-ci il tarixdə saat 10 radələrində Mədinə Hüseynovanı marşurut dayanacağında dayandığını gördüyünü Ərizəçi demişdir. Mədinə Hüseynova evdən çıxmış və həmin vaxtdan geri qayıtmamışdır. Bütün tanışları və gümanı gələn yerləri soraqlaşmışlar, lakin Mədinədən xəbər çıxmamışdır. Ona görə də xx.xx.2012-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İzahatı alınmış X5 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə təxminən saat 10 radələrində Əliyev küçəsi bina 48-in qarşısını süpürərkən tanıdığı Mədinə Hüseynovam binadan çıxdığını görmüş və ondan hara getdiyini soruşduqda həkimə gedirəm deyə Güldənə Həsənəliyevaya demişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, izahat verərək bildirdi ki, Mədinə Hüseynova onun bacısıdır. O, uzun illər psixi pozğunluqdan əziyyət çəkmişdir. Bir çox müalicələr almasına baxmayaraq heç bir nəticəsi olmamışdır. 2012-ci ildə bacısı yaşadığı evdən çıxaraq getmişdir. Həmin vaxtdan bəri ondan xəbərləri yoxdur. Bununla bağlı Şirvan şəhər Polis şöbəsinə müraciət etmiş, Şirvan şəhər Polis şöbəsi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddianın təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci ildə Əli- Bayramlı şəhərində doğulmuş X6 atası X15, anası X10r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş X3 atası X15, anası X10r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2008-ci ildə baş beyinə qan sızma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 37 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1998-ci ildə mikroinfakt səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 18 nömrə ilə qeyd edilmişdir. xx.xx.2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və xx.xx.1970-ci ildə anadan olmuş Şirvan şəhəri H.Əliyev küçəsi ev 48 mənzil 32 ünvanında yaşayan X3 axtarışı elan edilmişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2012-ci il tarixli 7283 saylı arayışından görünür ki, xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Şirvan şəhəri H.Əliyev küçəsi ev 48, mənzil 32-də yaşayan, ruhi xəstə X12 xx.xx.2012-ci il tarixdə xəbərsiz evdən çıxaraq naməlum istiqamətə getmiş və bir daha geri qayıtmayaraq itkin düşmüşdür. İtkin düşməsinə görə haqqında xx.xx.2012-ci il tarixli 13627/12 nömrəli axtarış işi açılmışdır. Şirvan şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 itkin düşməsi ilə əlaqədar Şirvan şəhər Prokurorluğunda cinayət işi olmamışdır . Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Şirvan şəhər H.Əliyev kücəsi ev 48 mənzil 32-də qeydiyyatda olan X3 xx.xx.2012-ci il tarixdə evdən çixaraq naməlum istiqamətə gedərək itkin düşməsi faktı əsasında xx.xx.2012-ci tarixdə Şirvan şəhər PŞ-də ******* saylı axtarış işi açılmışdır. Masallı rayon sakini X8 DİN-in 102 xidmətinə zəng edərək 2012-ci ildə X9 qətlə yetirməsi barədə verdiyi məlumat əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixdə Şirvan şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar əsasında xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş,Şirvan şəhər H.Əliyev kücəsi ev 48 mənzil 32-də qeydiyyatda olan X3 xx.xx.2012-ci il tarixdə evdən cıxaraq naməlum istiqamətə gedərək itkin düşməsi faktı əsasında xx.xx.2012-ci tarixdə Şirvan şəhər PŞ-də açılmış ******* saylı axtarış işı xitam edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 X17 tərəfindən öldürülməsi ilə əlaqədar toplanmış material üzrə Vüqar Novruzovun təqsirliliyi sübuta yetmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və Şirvan şəhər Polis Şöbəsinin CABdə icraatda olan 12827/12 nömrəli axtarış işi dayandırılmışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, X12 21 noyabr 1970-ci ildə doğulmuşdur. X12 xx.xx.2012-ci il tarixdə evdən çıxaraq naməlum istiqamətə getmişdir. xx.xx.2012-ci tarixdə Şirvan şəhər PŞ-də ******* saylı axtarış işi açılmışdır. Masallı rayon sakini X8 DİN-in 102 xidmətinə zəng edərək 2012-ci ildə X9 qətlə yetirməsi barədə verdiyi məlumat əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixdə Şirvan şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar əsasında xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Şirvan şəhər H.Əliyev kücəsi ev 48 mənzil 32-də qeydiyyatda olan X3 xx.xx.2012-ci il tarixdə evdən cıxaraq naməlum istiqamətə gedərək itkin düşməsi faktı əsasında xx.xx.2012-ci tarixdə Şirvan şəhər PŞ-də açılmış ******* saylı axtarış işı xitam edilmişdir. Ona görə də Ərizəçi bacısının ölmüş elan olunması üçün məhkəməyə müraciət etmişdir. X3 ölmüş elan edilməsi ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, bacısının ölmüş elan edilməsi faktının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə almaq, ölüm haqqında şəhadətnamə isə vərəsəlik hüququnun həyata keçirmək üçün lazımdır. Ərizəçi valideynlərindən miras qalmış əmlaka dair irsi transmissiya üzrə mirasın qəbul edilməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməni, bacısının ölüm haqqında şəhadətnaməsi olmadığına görə ala bilməmişdir. Qeyd olunan fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına və iş üzrə toplanmış materiallar əsasında müəyyən edilmiş hallara əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin bacısı- X3 harada olması barədə beş ildən çox, 13 il ərzində heç bir məlumatın olmaması ərizəçinin bacısının sağ olması ehtimalını aradan qaldırır və onun ölmüş elan edilməsinə əsas verir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, ərizəçinin bacısının xx.xx.1970-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş, ünvan 3 ünvanda yaşamış X12 ölmüş elan edilməli və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Şirvan şəhəri H.Əliyev küçəsi ev 48 mənzil 32 ünvanında qeydiyyatda olan X12 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. X9 ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar