Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1206/2023 28.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kayman Adalarının Cavabdehın nümayəndəsi X1 İddiaçı cavabdeh Qarasu Əməliyyat Şirkətinə qarşı xx.xx.2002-xx.xx.2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin əmək kitabçasında “Quyuların kimyəvi emalı üzrə usta” qeyd olunması vəzifəsi üzrə öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qarasu Əməliyyat Şirkətinə qarşı xx.xx.2002-xx.xx.2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin əmək kitabçasında “Quyuların kimyəvi emalı üzrə usta” qeyd olunması vəzifəsi üzrə öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Kayman Adalarının Cavabdehın nümayəndəsi X3 izahatında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qarasu Əməliyyat Şirkətinə qarşı xx.xx.2002-xx.xx.2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin əmək kitabçasında “Quyuların kimyəvi emalı üzrə usta” qeyd olunması vəzifəsi üzrə öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (Əməliyyat İD: 246534304, qəbz nömrəsi 27145, terminal nömrəsi: K0141013 xx.xx.2023-cü il tarixli) 100 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1206/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1206/2023
28.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver