Məhkəmə qərarları › İş №2(032)-1206/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1206/2024

07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1206/2024 07.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, S.Zeynalov küçəsi 47, M2, m1) ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil əvvəllər atasına məxsus olub. Sonradan bütün ailə üzvlərinin razılığı ilə həmin mənzil mülkiyyət hüququ əsasında onun adına rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qardaşı və bacısıdır. Cavabdehlərdə mənzilin onun mülkiyyətinə keçirilməsinə razılıq vermişlər. Cavabdehlərin hal-hazırda özlərinə məxsus evləri var və həmin evdə də yaşayırlar. Cavabdehlər ona məxsus mənzildə pasport qeydiyyatında olsalar da, faktiki olaraq, ona məxsus mənzildə yaşamırlar. Onlar hazırda Rusiya Federasiyasında yaşayırlar. Onların ona məxsus mənzildə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. Bu səbəbdən də cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 ünvan 3 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və əlavə edilməklə məhkəmədə tədqiq edilən: Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhər 1 saylı Notariat kontoruna vermiş olduğu **********833 nömrəli, xx.xx.2019-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, onlar qeydiyyatda olduqları Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, 23 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və adına çxarış alınmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, S.Zeynalov küçəsi 47, M2, m1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 4 ünvanında yaşayan X2, ünvan 5 ünvanında yaşayan X13, ünvan 6 ünvanında yaşayan X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən ünvan 8 yaşayan İddiaçı məxsus evdə qardaşı X3, bacısı Cavabdeh2 qeydiyyatdadırlar. Hal-hazırda qardaş və bacısının Şirvan şəhəri, Xəqani küçəsində 1/52, 1/54 ünvanında özlərinə məxsus yaşayış evləri var. Həmin şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2- 662/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X4, İddiaçı və Cavabdeh2 ünvan 8 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-694/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 ünvan 8 ünvanında qeydiyyatdadır. Şirvan şəhər məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-729/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, X6 və Umudov X10 şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 ünvanında yaşamr. Bu səbəbdən də məhkəmə bildirişini vətəndaşlara təqdim etmək mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, S.Zeynalov küçəsi 47, M2, m1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdehlər isə mülkiyyətçinin qardaşı, bacısı və onun uşaqları olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin işin faktiki hallarından göründüyü kimi xx.xx.2009-cu il təvəllüdlü X1 Günay Cavanşir qızının övladıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh2 Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 23 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi qət edildiyindən, hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və valideynin istifadə hüququna xitam verildiyindən, onun da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamış olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, 23 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən mənzilə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar