Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1222/2024 02.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri S.Zeynalov küçəsində yerləşən 14 saylı evin 37 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən, 14 saylı evin 37 saylı mənzili mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Mənzil onun mülkiyyətində olsa da, hal-hazırda həmin ünvanda onunıa ailə üzvü olan, lakin uzun illərdir ki, Rusiya Federasiyasında yaşayan Cavabdeh pasport qeydiyyatındadır. Qeyd edir ki, adı göstərilmiş şəxslə o xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Qısa müddət bir yerdə yaşasalar da, sonradan Namid evdən çıxıb getmiş və uzun illərdir ki, onun harada olmasından məlumatı yoxdur. Onunla aralarında olan ailə bağlarıda birtmişdir. Namid mülkiyyətində olan mənzildə uzun illərdir ki, yaşamır. Həmin şəxs mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olmaqla onun üçün müəyyən çətinliklər yaradırlar. Belə ki, onun mənzilinin qeydiyyatında olduğuna görə o həmin şəxsin adına mənzil-komunal xərclərini ödəyir. Cavabdehin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır və onun yerinə kommunal xərclər ödəməyə məcbur qalır. Qeyd etdiyi əsaslara və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmamasına görə cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuş olmuşlar və mübahisəli mənzili birgə nikah dövründə əldə etmişlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri S.Ə.Zeynalov küçəsi 14 saylı evin 37 №-li mənzili 10449 manata alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri S.Ə.Zeynalov küçəsi 14 saylı evin 37 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına tam mülkiyyət hüququ əsasında 12 №li reyestr kitabında 8 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki , Cavabdeh İddiaçı ilə nikahı xx.xx.1992-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Şirvan şəhər icra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli ,5-8-1/2-665/2024 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1997-ci il təvəllüdlü X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli , 3-38-2/33-3942/24 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2020-ci il tarixdə çıxış məlumatı qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Şirvan şəhər Polis şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 (bir yüz) manat məbləğində pul ödəmişdir. İşin mübahisə edilməyən hallarından və bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, birgə nikah dövründə Şirvan şəhəri S.Ə.Zeynalov küçəsi 14 saylı evin 37 nömrəli mənzili xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən alınmış, həmin mənzil iddiaçının adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu ildə qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar,əmanətlər , kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə,uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak,əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki,ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa,onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, Şirvan şəhəri S.Ə.Zeynalov küçəsi 14 saylı evin 37 nömrəli mənzili alqı-satqı müqaviləsi nəticəsində birgə nikah dövründə əldə edildiyindən və Cavabdeh İddiaçı ilə onlara məxsus olan mübahisəli mənzildən birgə sahiblik və istifadə hüququna malik olduğundan tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Odur ki, Cavabdeh İddiaçı ilə ailə münasibətlərinə xitam verilmədiyindən, habelə Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə əsas olan hal müəyyən edilmədiyindən iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, S.Zeynalov küçəsi 14 saylı evin, 37 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1222/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1222/2024
02.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver