Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1235/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhəri 1saylı Notariat ofisinə qarşı mənzildə qeydiyyatda olan şəxlərin razılığı olmadan alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin öhdəliyi qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şivan şəhəri, Xəqani küçəsi, ev 5, mənzil 64 ünvanında yerləşən mənzilin mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin cavabdeh Şirvan şəhəri 1saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Şirvan şəhər 1 saylı Dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh Şirvan şəhər 1 saylı Dövlət notariat ofisinin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə qarşı mənzildə qeydiyyatda olan şəxlərin razılığı olmadan alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin öhdəliyi qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (mədaxil qəbzin nömrəsi 62346330, xx.xx.2024-cü il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1235/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1235/2024
29.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver