Məhkəmə qərarları › İş №2(032)-1241/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1241/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1241/2024 22.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 2030 (iki min otuz) manat məbləğində pulun, 100 (bir yüz) manat maddi zərərin, 100 (bir yüz) manat mənəzi zərərin, cəmi 2230 (iki min iki otuz) manat və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun alınıb verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və digər şəxslərlə öz aralarında lotereya oynamışlar. Cavabdehin anası 26 dekabr 2019-cu il tarixdə vəfat etdiyi üçün əvvəlcədən müəyyən olunmuş müddətdə ona verilməli olan 2030 manat məbləğində pulu bildirmişdir ki, onun əvəzinə o götürsün onun vaxtında isə sən götürərsən. Aralarında olan razılaşmaya əsasən cavabdeh onun 2030 manat pulunu götürmüşdür. Lakin öz vaxtında pulu özü almış və onun pulunu qaytarmamışdır. Cavabdehə dəfələrlə müraciət edərək pulu ödəməsinin tələb etsə pulu qaytarmamışdır. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əməl etməmiş və aldığı pulu geri ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdehdən 2030 (iki min otuz) manat məbləğində pul alınaraq ona verilməlidir. Göründüyü kimi cavabdehin təqsiri üzündən o xeyli miqdarda maddi zərər məruz qalmışdır. Həmçinin cavabdeh məqsədli şəkildə pulu vaxtında ödəməmiş, onun maddi zərərə məruz qalmağına şərait yaratmışdır. Belə ki, bir neçə dəfə cavabdehin yaşadığı ərazi üzrə məhkəməyə gedib-gəlməyinə və s. xeyli vəsait sərf ediləcəkdir. Ona görə də ona vurulmuş maddi ziyanı 100 manat miqdarında dəyərləndirir və maddi ziyan cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin cavabdehin əməli nəticəsində o mənəvi zərərə də məruz qalmış , cavabdehin onu aldatması, maddi zərərə məruz qalmağı, psixikasına mənfi təsir etmiş və bununla bağlı dəfələrlə stress keçirmişdir. O, astma bronxit və bir sıra başqa xəstəliklərdən əziyyət çəkir, xəstəliyi daha da şiddətlənmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iş üzrə ümumi iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh ərizə verərək iddia müddətinin tətbiq edilməsi barədə ərizənin tətbiq edilməməsini və geri qaytarılmasını xahiş etdiyindən məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdehdən dəfələrlə pulunu tələb etsə də, bunun bir nəticəsi olmamışdır. Cavabdeh ona olan pulunu qaytarmaqdan açıq-aşkar boyun qaçırır. İddianın əsaslı olmasını nəzərə alıb təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdi, izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında olan pul münasibətləri 2019-cu ilin dekabr ayında yaranmışdır. O, iddiaçı loteraya puluna görə 1000 manat, faizlə aldığı pula görə isə 400 manat verməlidir. Onun iddiaçıya başqa borcu yoxdur. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı 2019-cu ildə Cavabdeh da daxil olmaqala 10 nəfər yığılaraq lotereya oynamışlar və 10 nəfər loteraya oynayan şəxslər aylar üzrə bölünmüşlər. Belə ki, 10 nəfər 10 ay müddətində hər ay 100 manat yığaraq, cəmi 1000 manat məbləği bir nəfər lotereya oynayan şəxsə verilmişdir. Cavabdeh məhkəmə iclasında lotereya oynamağa razı olduğunu bildrimişdir. Cavabdeh İddiaçı lotereya oynuna görə 1000 manat , 400 manat borc pul aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ondan 2030 manat məbləğində pulun alınmasını, cavabdeh tərəfindən ona maddi və mənəzi zərərin dəyməsini təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən və bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunmuş hissədə təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, həqiqətən də onun İddiaçı 1400 manat borcunun olmasını etiraf edir. Onun iddiaçıya 1400 manat borcunun olmasının nəzərə alınmasını xahiş etmişdir. Onun işləməməsini və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 1083.1-ci maddəsinə əsasən oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat pul məbləği alınıb İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinə gorə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə muəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda muəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində muayinə kecirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə muəyyən edilir. MPM-in 81-ci maddəsinə gorə qanuna və ya digər normativ hüquqi aktlara əsasən muəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 44 (qırx dörd) manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib məhkəmə xərclərinin 63 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1400 (bir min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 27 (iyirmi yeddi) manat 09 (doqquz) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar