Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-126/2023 17.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X17 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakıları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası X15 anası İmanova (Qarayeva) Raziyə Tapdıq qızı ilə təxminən 1959-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahından 07 övladları dünyaya gəlmişdir. 1) xx.xx.1960ci il təvəllüdlü X6 (1999-cu ildə vəfat edib), 2) xx.xx.1960-ci il təvəllüdlü Hüseynova (İmanova) Çimnaz Mirdamət qızı (2009-cu ildə vəfat edib), 3) xx.xx.1961-ci il təvəllüdlü İskəndərova (İmanova) Gülgəz Mirdamət qızı (Hacıqabul rayonunda yaşayır), 4) xx.xx.1964-cü il təvəllüdlü Şahid1 (Bakı şəhəri, Binəqədi rayonunda yaşayır), 5) xx.xx.1968-ci il təvəllüdlü Sadıqova (İmanova) Könül Mirdamət qızı (2019-cu ildə vəfat edib), 6) xx.xx.1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh (2012-ci ilin fevral ayından Bakı şəhəri, Nərimanov rayonu, Aga Nemətulla küçəsində yaşayır) və 7) xx.xx.1966cı il təvəllüdlü İddiaçı. Onun atası X15 xx.xx.1991-ci il tarixdə, anası X12 xx.xx.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişlər. X1 məxsus ünvan 1 ünvanda yerləşən 47.05 kv.m təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur. 1993-cü il tarixli 07 nömrəli order-Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) İcra Hakimiyyəti Başçısının 29 yanvar 1993-cü il tarixli, 102 nömrəli Sərəncamı ilə həmin mənzil X4 verilmiş və həmin orderdə ailə üzvləri kimi o və bacıları 1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh və 1968-ci il təvəllüdlü Könül İmanova (2019-cu ildə vəfat etmişdir) qeyd edilmişdir, Orderdə adı olan 3 nəfər şəxsdən bacısı Könül İmanova 2019-cu ildə vəfat etmiş, bacısı Cavabdeh isə hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki evdə yaşayır. O anasına məxsus mənzildə fasiləsiz yaşamış, həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və anası rəhmətə gedən gündən bu günədək ailə üzvləri olan həyat yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Anasının yas mərasimini özü vermiş, mənzilin kommunal borclarını ödəmiş, mənzili 22.000 (iyirmi iki min) manat civarında əsaslı təmir etdirmiş və o vaxtdan bu günədək evin kommunal xərclərini özü ödəmişdir. Bu barədə qonşuların iştirakı ilə tərtib edilmiş akt və yaşayış yerindən arayış ərizəyə əlavə olunur. İddiaçı həmin mənzili öz adına özəlləşdirmək istəyir lakin, orderdə kirayədarın ailə üzvü kimi Cavabdeh adı qeyd edildiyi üçün və həmin mənzildə pasport qeydiyyatında olduğu üçün bu hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil anası X12 tərəfindən 19 sentyabr 2004-cü il tarixli Əli Bayramlı şəhər 2 saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Orada qeydiyyatdadır. Bu fakt Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışa əsasən təsdiq olunur. 2-ci qrup əlildir, sahə polikilinkasında da qeydiyyatdadır, bu barədə də Şirvan şəhər Mərkəzi xəstəxanasında ona verilmiş tibbi arayışı da ərizəyə əlavə etmişdir. Onun hazırda ikinci qrup əlil və xəstə olmaqla həmin ünvandan başqa yaşayış yeri yoxdur. Müvəqqəti olaraq Bakı şəhərində kirayəşin olaraq yaşayır. O mütəmadi olaraq ona vəsiyyət olunan və gələcəkdə miras əmlak toplusuna daxil ediləcək, özəlləşməsi gözləntisi olan evə gedib gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O da buna etiraz etməmişdir. Son bir neçə aya kimi evin açarının bir nüsxəsi də onda olmuşdur. Daha sonra qardaşı evin açarını dəyişdirərək ona açar verməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, təmsil etdiyi şəxsin atası X15 xx.xx.1991-ci il tarixdə, anası X12 xx.xx.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişlər. X1 məxsus ünvan 1 ünvanda yerləşən 47.05 kv.m təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur.1993cü il tarixli 07 nömrəli order-Əli Bayramlı şəhər (indikiŞirvan şəhəri) İcra Hakimiyyəti Başçısının 29 yanvar 1993-cü il tarixli, 102 nömrəli Sərəncamı ilə həmin mənzil X4 verilmiş və həmin orderdə ailə üzvləri kimi 1966-cı il təvəllüdlü hüquqlarını müdafiə etdiyi İddiaçı və bacıları 1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh və 1968-ci il təvəllüdlü Könül İmanova (2019-cu ildə vəfat etmişdir) qeyd edilmişdir. Orderdə adı olan 3 nəfər şəxsdən bacısı Könül İmanova 2019-cu ildə vəfat etmiş, bacısı Cavabdeh isə hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki evdə yaşayır. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Qarşılıqlı iddia tələbində Şirvan şəhəri, S.Vurğun küçəsi ev 04, 16 nömrəli mənzilə Cavabdeh adına xx.xx.2004-cü il tarixdə notariusda bağlanmış vəsiyyətnamənin olduğu bildirilir. Həmin vəsiyyətnamə ilə bağlı bildirmək istəyir ki, əvvəla həmin vəsiyyətnamə etibarsızdır ona görə ki, vəsiyyət edən tərəflərin anası X12 mənzili vəsiyyət edən zaman həmin mənzilin mülkiyyət sənədləri olmamış, vəsiyyət edən mülkiyyət hüququ ilə özünə məxsus olmayan əmlakı vəsiyyət etmişdir. Bu gün də həmin mənzilə hər hansı bir mülkiyyət sənədi yoxdur.Mənzil dövlət mənzil fonduna aid özəlləşdirilməmiş mənzildir və mənzilin orderində sahiblik və istifadə hüququ ilə 3 nəfər şəxsin adları qeyd edilmişdir ki, onlardan biri Raziyyə İmanova digərləri isə iş üzrə tərəflərdir.Həmçinin, X12 xx.xx.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Raziyyə İmanova vəfat edən gündən həmin mənzildə ilk iddiaçı hüquqlarını müdafiə etdiyi İddiaçı öz ailəsi ilə birlikdə yaşamış, mənzilin bütün kommunal xərclərini o vaxtdan bu günədək ödəmiş və ödəməkdədir, mənzili 22 min manatdan çox xərc çəkərək əsaslı təmir etdirmiş və hal-hazırda da ailəsi, uşaqları ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam edirlər.Göründüyü kimi İddiaçı miras əmlak belə hesab edilsə mənzili qəbul edib, Cavabdeh isə iddia müddətini bu barədə ötürmüşdür. Raziyə lmanovanın vəfatından 10 ildən artıq vaxt keçib lakin, cavabdeh tərəf(qarşılıqlı iddiaçı) vəsiyyətnamə ilə baglı notariat orqanına müraciət etməyərək qanunla nəzərdə tutulmuş ümumi iddia müddətini belə ötürmüşlər.Göründüyü kimi hər iki əsasla baxılarsa vəsiyyətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu əqd əhəmiyyətsiz əqddir, etibarsızdır. Əlavə olaraq bildirir ki, cavabdeh düzgün olmayan sübutları məhkəməyə təqdim edərək bu mülki işə görə cavabdeh 10 illik həyat yoldaşından boşanır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzil X12 tərəfindən 19 sentyabr 2004-cü il tarixli Əli Bayramlı şəhər 2 saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə təmsil etdiyi şəxsə vəsiyyət etmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Təmsil etdiyi şəxs həmin evdə qeydiyyatdadır. Bu fakt Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışa əsasən təsdiq olunur. Müvəqqəti olaraq Bakı şəhərində kirayəşin olaraq yaşayır. O, mütəmadi olaraq ona vəsiyyət olunan evə gedib-gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O da buna etiraz etməmişdir. İddiaçının nümayəndəsinin dediyi düzgün olmayan sübutları məhkəməyə təqdim olunmasına etiraz edir. Təmsil etdiyi şəxs bu mülki işə görə boşanmır. 15 il ailəli olub boşanan insanlar var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib bildirdi ki, o 25 ildir ki İddiaçı ilə qonşudur. Cavabdeh təxminən 10-12 il olar kı qeydiyyatda oluğu mənzildən çıxıb getmişdir. Hal-hazırda Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzildə İddiaçı öz ailəsi ilə birgə yaşayırlar. Cavabdeh mübahisəli mənzilə gəlməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadə verib bildirdi ki, Cavabdeh onun bacısıdır. Cavabdeh 2012-ci il tarixdə ailə həyatı quraraq Bakı şəhərinə ər evinə gəlin köçmüşdür. Cavabdeh mübahisəli mənzildə yaşadığı müddətdə anası Raziyəni döymüşdür, lakin bununla bağlı heç bir orqana şikayət etməmişdirlər. Hal-hazırda Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Onun anası tərəfindən verilmiş vəsiyyətnamədən məlumatı olmamışdır. Özü 5 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Cavabdeh mübahisəli mənzilə gəlməmiş, gəlsə qardaşı ona orda yaşamağına etiraz etməz. Məhkəmə iddiaçının, nümayəndələrin izahatlarını, vəkillərin çıxışlarını və şahid ifadələrini dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməllidir. Belə ki, iş materiallarında olan Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli 07 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzili X7 verilmişdir. Ailənin tərkibi oğlu İddiaçı, qızları Cavabdeh və Könüldür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 28 yanvar 1991-ci il tarixdə Əli-Bayramlı şəhərində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 15 sentyabr 2012-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan 02 iyun 2021-ci il tarixdə Şirvan şəhərində tərtib edilmiş Aktdan görünür ki, aktı imzalayan qonşular X13, X10, Şahid2 bildirirlər ki, Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində yaşamış İddiaçı anası X12 15 sentyabr 2012-ci il tarixdə ona məxsus olan mənzildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzilin bütün kommunal xərclərini oğlu İddiaçı ödəmişdir. Həmçinin anası X5 dəfn xərclərini oğlu çəkmişdir. İddiaçı və onun həyat yoldaşı X14 hal-hazırda həmin ünvanda yaşayırlar. İş materiallarında olan "xxxx" ASC-nin, “Azəriqaz”İB-nin və “Mənzil kommunal xidməti” üçün qəbzlərindən görünür ki, kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 iyun 2021-ci il tarixli 3263 saylı arayışdan görünür ki, İmanov X11 şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,xx xxxxx 1966-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş İddiaçı atası X15, anası X8r. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışından görünür ki, Cavabdeh ikinci dərəcəli əlildir. Diaqnoz: “M06 digər revmatoid artritlər, Revmatoidli artrit, poliartrit, seropozitiv oynaq visseral forma İİİ dərəcə aktivlikdə İV mərhələ. Ağırlaşma M 20.4. Çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), Barmaqların çiçəkvarı deformasiyası.Ağırlaşma M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki əlin barmaqların deformasiyası, poliartrit əlamətləri, sümüklərin osteoprozu, hər iki pəncənin valgres vəziyyəti, barmaqların deformasiyası, daraq oynaqlarında poliartrit əlamətləri qeyd olunur.” İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli 59 saylı arayışdan görünür ki, Cavabdeh Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Əli-Bayramlı şəhəri S.Vurğun küçəsi ev 4, mənzil 16-da yaşayan X3-Bayramlı şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli 3 otaqlı mənzili qızı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 02 fevral 2023-cü il tarixli məktunundan görünür ki, Dövlət notariat arxivində və Elektron notariatə İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən X5 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. X2 tərəfindən Şirvan şəhəri 2 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 2V-94 reyestr nömrəsi ila qoyulmuş vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 09 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər S.Vurğun küçəsi 4 saylı binanın 16 saylı mənzilinə ev sahibi X2nın ünvanına rəhbərlik etdiyi müddət ərzində heç bir kirayə müqaviləsi verilməmişdir. İş materiallarında olan “Mediasiya prosesianin tətbiqi barədə” arayışdan görünür ki, X16 nikahın pozulması tələbi ilə əlaqədar Cavabdeh Mirdaməd qızına təklif göndərilmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şirvan şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Göründüyü kimi bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, dövlət mənzil fonduna aid olan S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzili 1993-cü il tarixli order əsasında X12 əldə etmiş, orderdə ailənin tərkibi qrafasında qızı Cavabdeh adı qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin İİİ hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsi icarədarın ailə üzvlərinə onunla birgə yaşayan əri (arvadı),habelə onun uşaqları və valideynləri, habelə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər aiddir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mərhum anası icarədar Cavabdeh ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, icarədarın ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmamışdır. Habelə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Raziyə İmanova 15 sentyabr 2012-ci il tarixdə ölmüş və həmin vaxt, yəni miras açılan zaman onun adına daşınar və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması müəyyən edilməsə də, 07 saylı 29 yanvar 1993-cü il tarixli order əsasında Şirvan şəhər S.Vurğun küçəsi 4 saylı binanın 16 saylı mənzil uşaqları İddiaçı qızları Cavabdeh və Könüldən ibarət üç nəfər ailə üzvünün daimi istifadəsinə verilmişdir. Həmin mənzil dövlət mülkiyyətində olsa da“Azərbaycan Respublikasındamənzil fon dunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Raziyə İmanovaorderdə adı olanailə üzvləri ilə birlikdə əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olmuşdur. Bu hüquq xəyali deyil, real “gözlənilən mülkiyyət hüququ”olmu ş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə ilə Əli-Bayramlı (indiki Şirvan) şəhəri S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli 3 otaqlı mənzili qızı Cavabdeh vəsiyyət etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi Raziyə İmanova qızı Cavabdeh adına vəsiyyətnamə tərtib edərkən onda olmayan əmlakı deyil, uzun müddət daimi istifadəsindəki, heç bir maneə olmadan mülkiyyətinə keçirmək imkanı olan mənzili nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, “Saghinadze və başqaları Gürcüstana qarşı”, № 18768/05, § 103, 27 may 2010-cu il) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hüquqların qeydə alınması üşüm əsaslardandır. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh gələcəkdə vərəsəlik hüquqlarının həyata keçirməsi üçün evə köçürülməsini tələb etmək hüquqları vardır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilə köçürülməsi onun miras əmlak üzərində vərəsə kimi mülkiyyət hüquqlarının tanınması anlamına gəlmir. Mübahisəli miras əmlak üzərində mülkiyyət hüquqları vərəsəlik haqqında şəhadətnamə verildikdən sonra müəyyənləşəcək. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Şirvan şəhəri S.Vurğun küçəsi ev 04, 16 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi üçün qanuni əsaslar aşkar edilmədiyindən ilkin iddia rədd edilməli, mübahisəli mənzilə köçürülməklə qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı Şirvan şəhəri S.Vurğun küçəsi ev 04, 16 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şirvan şəhəri S.Vurğun küçəsi ev 04, 16 nömrəli mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-126/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-126/2023
17.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver