Məhkəmə qərarları › İş №2(032)-1291/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1291/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1291/2024 10.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı mənzilə istifadə və yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, Cavabdeh2, Cavabdeh3 və X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, 013000490-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarış əsası ilə mülkiyyətində olan ünvan 1 ünvanı üzrə fərdi yaşayış evinə istifadə və yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əli-Bayramlı (indiki ünvan 2 ünvanı 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, **********90-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. İddia tələbi üzrə cavabdehlər X8 onun oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 və X9 nəvələridir. ünvan 3 ünvanı üzrə mülkiyyətində olan mənzili sataraq ünvan 4 ünvanı üzrə mənzili almaqla gəlini, həmçinin qardaşı qızı olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Hazırda oğlu Sakit Qafarov ailəsi ilə birlikdə Bakı şəhərində alınan mənzildə yaşayırlar. Cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatından çıxmalarına övladına və ailəsinə dəfələrlə müraciəti müsbət həllini tapmamışdır. Əlavə olaraq cavabdehlərin mülkyyətində olan fərdi yaşayış evində formal qeydiyyatda olmaları onun üçün müəyyən çətinliklər yaradır. Belə ki, fərdi yaşayış evinin qeydiyyatında olduqlarına görə həmin şəxsin adına mənzil-kommunal xərclərinin ödənilməsi ondan tələb olunur. Bu səbəbindən uzun illərdir ki, artıq kommunal xərclər ödəmək məcburiyyətində olmuşdur. Bugünədək başqa daimi yaşayış ünvanı olan cavabdehlər mülkiyyətində olan evin pasport qeydiyyatından çıxmırlar. Bu vəziyyət mülkiyyətçi olaraq hüquqlarını məhdudlaşdırır. Cavabdehlər mübahisəli fərdi yaşayış evinə dair yaşayış hüququndan istifadə etmək niyyətində deyildirlər. Əgər cavabdehlər adı çəkilən ünvanda uzun müddətdir ki, yaşamırlarsa və həmin ünvanda ümumiyyətlə yaşamaları real deyilsə, o halda onların ünvanın qeydiyyatında qalmaları qanunsuzdur. Qeyd etdiyi səbəbdən ona məxsus olan fərdi yaşayış evinin pasport qeydiyyatında qalmalarını istəmədiyi, lakin hazırda qeydiyyatda olan cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları ilə bağlı Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər PŞ-dən ona ünvanlanmış cavab məktubunda adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onların qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda imtina edilməsinə dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və əlavə edilməklə məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 13-111/2-Q-182xx/xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. xx.xx.2008-ci il tarixli seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri Nəriman Nərimanov küçəsi 3-də mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.32 m2 yaşayış, 89.96 m2 köməkçi sahədən ibarət 91 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 81 nönrəli vərəqində qeydiyyata alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-657/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında xx.xx.1972-ci il təvəllüdlü X10, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1948-ci il təvəllüdlü X2, xx.xx.1939-cu il təvəllüdlü İddiaçı və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 noyabr 2024-cü il tarixli, 3-21-3-02/2-13812/2024 nömrəli cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dovlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri” publik huquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh2 adına ünvan 8 ünvanında yerləşən 160 nömrəli mənzil (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri , Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 8, M15, m8) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 160 nömrəli mənzil (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri , Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 8, M15, m8) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 4116 nömrəli reyestr kitabının 384277 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Qeydiyyat şöbəsinin 21 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13-574 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılmış yoxlama samanı X8 ilə Cavabdeh2 birgə nikahından doğulmuş uşağın doğumu üçün müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış Şirvan şəhər qeydiyyat şöbəsinin 3 (üç) doğum akt qeydi aşkar olunmuşdur. Şirvan şəhər Qeydiyyat şöbəsinin 11 may 1996-cı il tarixli 59 nömrəli nikah haqqında akt qeydinin surətindən görünür ki, həmin aktla Cavabdeh2 ilə X5 nikahı dövlət qeydiyyatına alınmışdır. Şirvan şəhər Qeydiyyat şöbəsinin 09 iyun 1998-ci il tarixli 326 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. X1, anası Cavabdeh2dır. Şirvan şəhər Qeydiyyat şöbəsinin 14 noyabr 2000-ci il tarixli 581 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası X3r. Şirvan şəhər Qeydiyyat şöbəsinin 20 aprel 2011-ci il tarixli 519 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdehlər isə mülkiyyətçinin oğlu, gəlini və nəvələri olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və X4 ünvan 10 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar