Məhkəmə qərarları › İş №2(032)-13/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-13/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-13/2025 03.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz çəkilmiş metal çəpərin və tikilmiş su çəninin (anbarının) cavabdehin hesabına sökülməsi və sahələrarası sərhədin A987832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə ünvan 2erləşən qonşu torpaq sahəsi arasında həmin sahənin sahibi Cavabdeh tərəfindən qanunsuz çəkilmiş metal çəpərin və tikilmiş su çəninin (anbarının) cavabdehin hesabına sökülməsi və sahələrarası sərhədin A987832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Əli Bayramlı şəhər XDS-nin 6 fevral 1979-cu il tarixli, 3 nömrəli protokoluna əsasən atası X2 0,06 ha torpaq sahəsi ayrılmışdır və atası orada ev tikmişdir. Atası 2007-ci ildə dünyasını dəyişdikdən sonra 2011-ci ildə qonşusu Energetik küçəsi, dalan 4, ev 293 ünvanında yaşayan Cavabdeh onun xəbəri və icazəsi olmadan sahənin bir hissəsini zəbt etməklə çəpəri geri çəkib və bununla bərabər illərlə sahəsindən də şəxsi mülki imiş kimi sərbəst istifadə etmişdir. 2018-ci ildə torpaq sahəsini notarial qaydada tək varis olaraq qəbul etmiş və 2019-cu il may ayında torpaq sahəsini adına rəsmiləşdirmişdir. 2019-cu il avqust ayında Şirvan şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh özbaşınalığına son qoyulması və zəbt olunmuş sahənin boşaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiası təmin olunmadığı üçün vəkilə müraciət etmiş və məlum oldu ki, plan-ölçü sənədi ilkin hüquqmüəyyənedici sənədlərə uyğun tərtib edilmədiyi üçün təmin edilməyib və əvvəl sənədin dəyişdirilməsi üçün müraciət etməlidir. Buna görə 22 may 2020-ci il tarixində Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 16 mart 2021-ci il tarixli, 2-1(120)-76/2021 saylı qərarı ilə iddiası təmin edilmişdir. Lakin məhkəməyə üçüncü şəxs qismində cəlb edilən Cavabdeh bu qərarla razılaşmayıb apellyasiya şikayəti verdi və məhkəmə işi 2022ci il dekabr ayına qədər uzandı. Şirvan Apellyasiya Məhkəməsi 08 dekabr 2022-ci il tarixli məhkəmə iclasında birinci instansiyanın qərarını qüvvədə saxladı. Bu qərara əsasən 13 saylı Ərazi Dairəsi ona xx.xx.2023-cü tarixli, A 987832 yeni plan-ölçü sənədini təqdim etdi. Cavabdeh 2011-ci ildə özbaşınalıq edərək təkcə torpaq sahəsini zəbt etməklə kifayətlənməmiş, zəbt etdiyi sahədə su çəni də inşa etdirmişdir. Bu ilin yanvar ayında qərardan sonra sahələrarası sərhəddə çəkilmiş dəmir layların yarısının söküldüyünün və torpaq sahəsinin bərbad vəziyyətə düşdüyünü görmüş, Dövlət Reyestr Xidməti 13 Saylı Ərazi İdarəsi qərardan irəli gələn məsələni icra edib torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərə müvafiq döngə nöqtələrini torpaq sahəsində təyin etmişdir. Sökülmüş hissədən öz tərəfində daş hasar hördürmüşdür. Lakin qalan hissəni hördürə bilməmiş, çünki bu günə qədər hələ də dəmir layların qalan hissəsi və su çəni sökülməyib. Təbii ki, heç fikirləri də yoxdur. Sanki hər şey qaydasında imiş kimi davranırlar. Son beş (hətta on) ildə baş verənləri nəzərə alaraq artıq bu adamlara nəsə deməyi lüzumsuz və boş vaxt itkisi hesab edib, birbaşa məhkəməyə müraciət etməyi vacib bilir. Çünki ona məxsus olanı 4 ilə sübut etməyi buna əsas verir. Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi zəbt olunmuşdur. Bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq olunmuş və həmin qərar əsasında 13 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarış verilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuş, mülkiyyətində olan torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının reallaşdırılması mümkünsüz olmuşdur. Mülki qanunvericiliyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməyə haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə oğlu iddianı qəbul etməyərək izahatında bildirdi ki, 1980-ci ildə X11 idarəsi tərəfindən bütün işcilərlə birlikdə yoldaşına 6 sot torpaq sahəsi verilmiş, əvvəl bu sahələr bağçılıq və bostançılıq üçün ayrılmışdır. 1990cı ildən sonra onlara verilən 6 sot torpaqlarda ev tikməyə icazə verilmiş, onlar da, o vaxtdan ayrılmış 6 sot torpaqda ev tikib yaşamağa başlamışlar. 2018-ci ilə qədər onların heç bir qonşu ilə münaqişələri, sözləri olmamışdır. 10 il bundan əvvəl qonşuları Məcidov Əvəz vəfat edəndən sonra həyat yoldaşı həmin torpaq sahəsini qızı X5 vermişdir. Elə o vaxtdan bu günə qədər onlar, 75 yaşlı qocalar məhkəmələri gəzmişlər. Dəfələrlə Kadastr idarəsindən gəlib torpaq sahəsini ölçüblər, İddiaçı torpaq sahəsinin uzunu 30 metr 41 sm, eni 19 metr 88 sm olduğunu, onun isə torpaq sahəsinin uzunu 29 metr 88 sm, eni 19 metr olduğunu qeyd ediblər. Torpaq sahəsi 5 sot yarım, onun isə torpaq sahəsi 6 sotdan yuxarı olmağına baxmayaraq, ondan 2 metrdə əlavə torpaq sahəsi tələb edir. 2 metr ona torpaq sahəsi versə, onun torpaq sahəsi 7 sot yarım olur, onun torpaq sahəsi isə 4 sot olur. Dövlət isə hər birinə 6 sot torpaq sahəsi verib. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə idiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. X3 mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A№987832 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Əli-Bayramlı şəhər XDS İcrayə Komitəsinin xx.xx.1980-ci il tarixli 23 saylı protokola əsasən Əli-Bayramlı Qazma İdarəsinə Hacıqabul gölünün cənub-şərq hissəsində 12,0 ha torpaq sahəsi ayrılmışdır. Əli-Bayramlı şəhər İcrayə Komitəsinin xx.xx.1980-ci il tarixli, 23 nömrəli protokola əsasən X6 İdarəsinə ayrılmış 12.0 ha torpaq sahəsindən Cavabdeh 0,06 ha torpaq sahəsi ayrılmışdır. Şirvan şəhər Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(032)-37/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı özbaşnalığa son qoymaq və ünvan 3 ünvanda yerləşən 293 nömrəli torpaq sahələri arasındakı bölgünün yenidən ilkin vəziyyətə gətirilməsi barədə iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(106)-1308/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(032)-37/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2019-cu il tarixli, A№ 351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2019cu il tarixli, A seriyalı 351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilməsi və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2- 1(106)-293/2021 saylı qərarı ilə üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2235/2021 saylı qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(106)-293/2021 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(106)-89/2022 nömrəli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli A987832 nömrəli topraq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şirvan şəhəri Energetik küçəsi 4-cü dalan 295 nömrəli torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2- 5006/2024 saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 1. İddiaçı mülkiyyətində olan torpaq Şirvan şəhəri, Energetik küçəsi dalan 4, ev 295 nömrəli torpaq sahəsinin faktiki istifadəsində olan ölçüləri 0.06378 ha təşkil edir. 2. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə olan ölçüləri ilə torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları uyğun gəlmir. 3. İddiaçı faktiki istifadədə olan torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun gəlmir və artıq torpaq sahəsi vardır. 4. İddiaçı mülkiyyətində olan torpaq Şirvan şəhəri Energetik küçəsi dalan 4, ev 295 nömrəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinə əsasən zəbt edilmə halı var. Hüquqmüəyyənedici sənədlərə uyğun gətirilməsi üçün cavabdehin hasarı və su çəni sökülməlidir. 5. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etmə halı vardır. (sxemdə ştrixlənmiş hissə) 6. İddiaçı xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən metal çəpər çəkilmişdir. 7. İddiaçı xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsində Cavabdeh məxsus su çəni tikilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1535 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Müseyib Nağıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: İddiaçı mülkiyyətində olan torpaq Şirvan şəhəri Energetik küçəsi dalan 4, ev 295 nömrəli torpaq sahəsinin faktiki istifadəsində olan ölçüləri 0.06378 ha təşkil edir. Qərardadın ikinci sualı üzrə: İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici şənədlərdə olan ölçüləri ilə torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları uyğun gəlmir. Qərardadın üçüncü sualı üzrə: İddiaçı faktiki istifadədə olan torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun gəlmir və artıq torpaq sahəsi vardır.Qərardadın dördüncü sualı üzrə: İddiaçı mülkiyyətində olan torpaq Şirvan şəhəri Energetik küçəsi dalan 4, ev 295 nömrəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinə əsasən zəbt edilmə halı var. Hüquqmüəyyənedici sənədlərə uyğun gətirilməsi üçün cavabdehin hasarı və su çəni sökülməlidir. Qərardadın beşinci sualı üzrə: Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etmə halı vardır. (sxemdə ştrixlənmiş hissə). Qərardadın altıncı sualı üzrə: İddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən metal çəpər çəkilmişdir. Qərardadın yeddinci sualı üzrə: İddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsində Cavabdeh məxsus su çəni tikilmişdir. İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsindən ayrılması üçün hasar çəkilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2019-cu il tarixli, A№ 351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2019-cu il tarixli, A seriyalı 351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilməsi və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmuş və İddiaçı adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli A987832 nömrəli topraq sahəsinin planı və ölçü sənədi verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli-Bayramlı şəhər İcrayə Komitəsinin xx.xx.1980-ci il tarixli, 23 nömrəli protokola əsasən X6 İdarəsinə ayrılmış 12.0 ha torpaq sahəsindən Cavabdeh 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq Şirvan şəhəri Energetik küçəsi dalan 4, ev 295 nömrəli torpaq sahəsinin faktiki istifadəsində olan ölçüləri 0.06378 ha təşkil edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə olan ölçüləri ilə torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları uyğun gəlmir. İddiaçı faktiki istifadədə olan torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun gəlmir və artıq torpaq sahəsi vardır. İddiaçı mülkiyyətində olan torpaq Şirvan şəhəri Energetik küçəsi dalan 4, ev 295 nömrəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinə əsasən zəbt edilmə halı var. Hüquqmüəyyənedici sənədlərə uyğun gətirilməsi üçün cavabdehin hasarı və su çəni sökülməlidir. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etmə halı vardır. (sxemdə ştrixlənmiş hissə). İddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən metal çəpər çəkilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsində Cavabdeh məxsus su çəni tikilmişdir. İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsindən ayrılması üçün hasar çəkilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur və mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etməsi onun qanundan irəli gələn hüququdur. İşin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçının mülkiyyət hüquqları pozulmuş və ona məxsus olan torpaq sahəsində zəbt edilmiş və özbaşına tikintinin aparılmış olması halı mövcuddur. Eyni zamanda ekspert rəyinə əsasən həmin özbaşına tikili və zəbt hazırkı mülki iş üzrə Cavabdeh tərəfindən aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqları bərpa edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə ünvan 4rləşən qonşu torpaq sahəsi arasında həmin sahənin sahibi Cavabdeh tərəfindən qanunsuz çəkilmiş metal çəpər və tikilmiş su çəni (anbarı) cavabdehin hesabına sökülməli və sahələrarası sərhədi A987832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun bərpa olunmalıdır. İddia tələbinin sahələrarası sərhədin A987832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, sahələrarası sərhədin A987832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun bərpa olunması vəzifəsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir və hazırki iş üzrə cavabdeh kimi göstərilən şəxsin üzərinə belə bir vəzifənin öhdəlik olaraq qoyulması əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Həmçinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı 95 (doxsan beş) manat məbləğində pul ödəmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (yüz) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul isə cavabdehdən alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə ünvan 4rləşən qonşu torpaq sahəsi arasında həmin sahənin sahibi Cavabdeh tərəfindən qanunsuz çəkilmiş metal çəpəri və tikilmiş su çəni (anbarı) cavabdehin hesabına sökülsün və sahələrarası sərhəd A987832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun bərpa olunsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar