Məhkəmə qərarları › İş №2(032)-1326/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1326/2024

06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1326/2024 06.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Nəzərova (Sevdmaliyeva) Rahilə Topuş qızı və X2 bacı olması və hər ikisinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və onun doğum haqqında akt qeydində doğum tarixi və yerinin xx.xx.1956-cı ildə Ermənistan, Qafan rayonunu, adının Sevdimaliyeva) Rahilə Topuş qızı, bacısının doğumu haqqında akt qeydində doğum tarixi və yerinin xx.xx.1963cü ildə Ermənistan, Qafan rayonu, adının X6, atalarının adının X4, analarının adının X1, valideynlərinin azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızı xx.xx.1956-cı ildə, mərhum bacısı X6 isə xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş və doğumları müvafiq qaydada qeydə alınaraq şəhadətnamə verilmişdir. Hazırda ona və mərhum bacısı X5 məxsus doğum haqqında şəhadətnaməni itirmiş, lakin vərəsəlik işi ilə əlaqədar aidiyyəti qurumlara onların bacı olmağını təsdiq edən həmin sənədlərin təqdim olunmasına zərurət yaranmışdır. Bu səbəbdən müvafiq doğum haqqında şəhadətnamələrin alınması və doğum barədə akt qeydi mövcud olmadıqda isə onların bərpa edilməsinə dair Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qurumdan aldığı rəsmi cavabda, müvafiq kitablarda doğumları barədə məlumatın aşkar edilmədiyi və bərpanın mümkünsüz olduğu bildiririlərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Şirvan ŞPŞ PvŞV bölməsi tərəfindən ona xx.xx.2007-ci ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olduğu təsdiqlənir. Eyni zamanda nikahım haqqında Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 69 nömrəli akt qeydində də xx.xx.1956-cı ildə anadan olduğu və nikhdan öncəki soyadının Sevdmaliyeva olduğu təsdiqlənir. Soyadları fərqli yazılsa da X6 onun doğma bacısı olmuş, lakin ona valideynlərinin soyadı ilə deyil mərhum babaları Qaranın adı ilə soyad verilmişdir. Belə ki, həm mərhum bacısı X6 və o, Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızının atası X4, anası X1 olmuşdur. Lakin hazırda o və bacısına aid doğum haqqında (özünün və valideynlərinə dair fərdi məlumatları özündə əks etdirən rəsmi) sənədin olmaması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımın həyata keçirilməsində məhdudiyyətlər yaradır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən görünüdüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yəni məhkəmələr hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən isə görünür ki, hər iki şəxsin (Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızı və X2) şəxsiyyətləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarında qeydlər aparılmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı inzibati aktın qəbul edilməsi və ya ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməli, nəticə etibarı ilə inzibati orqanın qərarından və ya inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı inzibati qaydada yuxarı inzibati orqana və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə belə bir nəticəyə gəlir ki, inzibati orqanın (Maraqlı şəxs) hərəkətindən (hərəkətsizliyindən) müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıldığından Ərizəçi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edildiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi (Maraqlı şəxs) ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin müvafiq inzibati aktı qəbul (və ya ləğv edilməsi) ilə bağlı iddiaçı əsaslandırıcı hissədə qeyd edilmiş aidiyyəti üzrə inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən ödənilmiş (mədaxil qəbz **********, rüsum nömrəsi 14221303, xx.xx.2024-cü il tarixli) 100 manat dövlət rüsumu Ərizəçi dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar