Məhkəmə qərarları › İş №2(032)-1384/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1384/2024

16.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1384/2024 16.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 28, 14 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə nikahı rəsmi gevd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından beş beş övladı vardır. Şirvan şəhəri H.Əliyev küçəsi 28 saylı evin 14 saylı mənzili 01095 nömrəli order əsasında mərhum əri X1 verilmişdir. Hazırda qeyd edilən ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayırlar. Oğlu X17 oglu ilə Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat Şöbəsində 31 avqust 2011-ci il tarixdə nikahları rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci il tarixdə X6, 11 oktyabr 2013-cü il tarixdə X5 və 09 mart 2022-ci il tarixdə X15 adlı üç övladı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşamışlar. X6 dünyaya gəldikdən sonra Cavabdeh oğlunu bir həyat yoldaşı kimi saymamışdır. Daim aralarında olan münasibət günü gündən soyumuşdur. Son 8 ildir ki, evinin qapısını qohumları açmır. Cavabdeh ilə münasibətləri normallaşması üçün dəfələrlə ailədə fərdi söhbətlər etmişdir. Dəfələrlə Cavabdeh xəyanətinə və yersiz mübahisələri nəticəsində 2015-ci ildə uşaqları da aparmaqla Sumqayıt şəhərinə çıxıb getmişdir. Tərəflər arasında bağlanmış nikah Şirvan şəhər Məhkəməsinin e-2(032)- 1081/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında ər-arvad münasibətləri pozulduğu vaxtdan etibarən qeydiyyatda olduğu mənzildə yaşamamışdır. Qeyd edilən iddia tələbində də üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıdığını, üçüncü şəxsin mənzilin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsinə müraciət etdiyini, xx.xx.2023-cü il tarixli, 3-13-111/2-ə113xx/xx/2023 nömrəli məktubla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh qeydiyyatda qalması, əlavə kommunal və s. xərclərə cəlb edilməsindən irəli gəlir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. X13 Məhkəməsində ona cavabdehin Şirvan şəhəri, H.Əliyev küçəsi 28 saylı evin 14 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi üçün müraciət etməyi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, oğlu X17 oglu 31 avqust 2011-ci ildə Cavabdeh ilə ailə qurmuş, birgə yaşadıqları dövrdə 18 oktyabr 2012-ci il tarixdə X6, 11 oktyabr 2013-cü il tarixdə X5 və 09 mart 2022-ci il tarixdə X15 adlı üç övladı anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin e-2(032)- 1081/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər arasında ər-arvad münasibətləri pozulduğu vaxtdan etibarən qeydiyyatda olduğu mənzildə yaşamamışdır. Cavabdeh iki ildir ki, Sumqayıt şəhərinə çıxıb getmiş və bir daha onların evinə qayıtmamışdır, hazırda onun evdə onun qeydiyyatının qalması artıq kommunal xərclərə səbəb olur. İddianın təmin edilməsini xahiş etdi . Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı onun qaynanasıdır, iddiaçının oğlu Xəyal Əliyevlə 2011-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Mübahisəli mənzilə gəlin köçmüş və həmin evə qeydiyyata düşmüşdür. Birgə nikahdan üç övladı doğulmuşdur. Yoldaşı ona və uşaqlara baxmaqdan imtina etmiş, bildirmişdir ki uşaqları da istəmir, evdən getməklərini tələb etmişdir. Hazırda Şirvanda qeydiyyatda olsa da Sumqayıt şəhərində kirayədə yaşayır, başqa yaşamağa yeri yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh iddia ərizəsində göstərilən qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlara məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə bildirişi həmin ünvanlardan geri qatraılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 28, 14 nömrəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 3-48-DA-14F/2-211/2023 saylı arxiv arayışının surətindən görünür ki, Əli-Bayramlı DRES-nin müdiyyət, həkmarlar təşkilatı və mənzil məişət komissiyasının 12 fevral 1979-cu il tarixli birgə iclasının 2 nömrəli qərarına əsasən ailə tərkibi 4 nəfərdən ibarət olan, həmin təşkilatda 1973-cü ildən işləyən yataqxanada yaşayan, 28/İX-77-ci ildən mənzil növbəsində duran X1 A.Əhmədov küçəsi 28/14 nömrəli ,1-ci mərtəbədə yerləşən, yaşayış sahəsi 28 kv.metr olan ikiotaqlı mənzil. X8 Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli 5 nömrəli qərarı əsasında verilmiş 01095 saylı orderin surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 28, 14 nömrəli mənzili X1 verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə insult səbəbindən Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin avqust ayının 9-da 313 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü i tarixli, e-2(032)-1081/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X7 ilə xx.xx.2012-ci ildə Şirvan şəhər qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 421 № ilə qeyd edilmiş nikahı pozulmuşdur. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X14 Ərazi Dairəsi üzrə Nümayəndliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında xx.xx.1985-ci il təvəllüdlü X7, xx.xx.1983-cü il təvəllüdlü X2, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı, xx.xx.1984-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1961-ci il təvəllüdlü X3 qeydiyyatdadırlar. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf-dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfinvətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar,əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçının oğlu X7 ilə ailə qurandan sonra dövlət mənzil fonduna aid olan mübahisəli mənzilə 2011-ci ildə köçdüyündən və kirayəçinin ailə üzvü İddiaçı ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, kirayəçinin ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə ( məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İddiaçı Cavabdeh ailə üzvü tərkibindən çıxdıqdan sonra onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsini və ya digər yaşayış sahəsində daimi əsaslarla yaşamasını təsdiq edən istənilən sübutu təqdim etmək təklif olunsa da , İddiaçı hər hansı bir sübutu təqdim edə bilməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün qanuni əsaslar aşkar edilmədiyindən, iddia tələbi təmin olunmamalıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 28, 14 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Sədrlik edən: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar