Məhkəmə qərarları › İş №2(032)-1399/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1399/2025

09.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1399/2025 09.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Ağasəmid qızının iştirakı ilə, İddiaçı Ağasəmid qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X15 oğluna qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağasəmid qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 ünvan 1 ünvanı üzrə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X11 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.1970-ci il tarixdə X20, xx.xx.1973-cü il tarixdə X16, xx.xx.1975-ci il tarixdə Məlikova (Zalova) Təranə Gülbala qızı və xx.xx.1979-cu il tarixdə X17 adlı dörd övladları anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə X11 vəfat etmişdir. X6 Cavabdeh1 Naizm qızı ilə birlikdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından Cavabdeh2 və Cavabdeh3 adlı iki övladları anadan olmuşdur. Yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum əri X3 adına rəsmiləşdirilmişdir. Ünvan üzrə cavabdehlər X21, Cavabdeh2 və Cavabdeh3 qeydiyyata alınmışlar. Övladlarından xx.xx.1970-ci il təvəllüdlü X20 2024-cü ildə vəfat etdiyindən, xx.xx.1973-cü il təvəllüdlü X16 1995-ci ildə vəfat etmişlər. Mərhum əri X11 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsəsi odur. Cavabdehlər qeyd edilən fərdi yaşayış evində yaşamırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək fərdi yaşayış evinin sənədlərin hazırlanması cavabdehlərin qeydiyyatda olması səbəbindən mümkün olmamışdır. Cavabdehlərə dəfələrlə mülkiyyətində olan daşınmaz əmlakın pasport qeydiyyatından çıxarılması üçün müraciət etsə də, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Bu barədə Şirvan şəhər Polis şöbəsinə müraciət etməlidir. Ona şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdehlər könüllü qeydiyyatdan çıxmalarına razılıq verilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Ağasəmid qızı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüldü, Sabirabad rayonu, Şıxsalahlı kəndində doğulmuş Zalova X10 şəhəri, Əli Bayramlı (indiki Şirvan) qəsəbəsi, Xanlar küçəsi, ev 13 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin rəisinə ünvanlanmış 10 oktyabr 2023-cü il tarixli, 1330 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum əri X2 miras qalmış ünvan 4 ünvanda olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə qanun və və ya vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyənləşdirilməsi məqsədi ilə dövlət reyestrindən vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X8 05 yanvar 1995-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli arayışdan görünür ki, X12 29 sentyabr 2018-ci ildə ölmüşdür. Ölüm haqqında 11 oktyabr 2018-ci ildə 396 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Şirvan şəhər Polis şöbəsi tərəfindən İddiaçı Ağasəmid qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli, nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Şirvan Kommunal Kombinatı Müəssisəsi tərəfindən təsdiq edilmiş Şirvan şəhər sakinləri X9, X13, X18 tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı məxsus Xanlar küçəsində yerləşən 13 nömrəli evdə hal-hazırda heç kim yaşamır. İş materiallarında olan Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 13 saylı fərdi yaşayış evi X4 xx.xx.2025-ci il tarixdən xüsusi mülkiyyət kimi adına qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixli kitabında 396 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1995ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixli kitabında 374 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X5 ilə 04 avqust 1969-cu ildə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 4 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Zalova soyadı verilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X20 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 ilə İddiaçı rəsmi nikah münasibətlərindən olmuşlar. X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mərhumun adına vərəsəlik işi açılmış və İddiaçı onun vərəsəsi olaraq tanınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ünvan 6 ünvanda yerləşən mənzil miras əmlak olaraq qalmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 ilə İddiaçı rəsmi nikahlarından olan övladları X1 Günel Nazim qızı ilə rəsmi nikah münasibətlərində olmuş və onların birgə nikahlarından Cavabdeh2 və Cavabdeh3 adlı uşaqları olmuşdur. X20 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mülkiyyətçinin gəlini və nəvələri olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar