Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-14/2025 30.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş çardağın dam örtüyünün onun evinə bitişik hissəsinin cavabdehlərin hesabına sökülərək cavabdehlə aralarında olan daş hasara paralel olaraq çəkilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. Cavabdehlər onun qonşudur. Onun mülkiyyətində olan fərdi yaşayış evi 1980-ci illərdə inşa edilmişdir. Təxminən 2023-cü ilin sonlarında cavabdehlər qonşuluqda fərdi yaşayış ev tikməyə başlamışdır. Fərdi yaşayış evi tikərkən cavabdehlər ondan heç bir razılıq almadan yeni tikdikləri evin çardağını demək olar ki, onun mülkiyyətində olan evə bitişik tikmişlər. Hal-hazırda cavabdehlərin tikdiyi fərdi yaşayış evinin çardağının dam örtüyü tamamilə onun evinin pəncərəsinə bitişmişdir və hər dəfə yağış yağdıqda yağış suları onun evinə dolur. O, dəfələrlə cavabdehlərə müraicət edərək çardağın dam örtüyünü düzgün inşa etmədiyi və bu səbəbdən çardağın dam örtüyünün onun evinə bitişik hissəsinin sökməsini bildirsə də, cavabdehlər onun sözlərinə məhəl qoymamışlar. Bu səbəbdən hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmiş, elektron ərizə göndərərək iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə icasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş üzrə məhkəmə tikinti-texniki və təkrar tikinti-texniki ekspertizaları təyin edilmiş, işdə olan sənədlərə görə məhkəmə xərcləri 100 (bir yüz) manat və 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi iddia ərizəsi iddiaçının ərizəsinə əsasən geri qaytarıldığından, ekspertizalar məhkəmənin təşəbbüsü ilə keçirildiyindən və ekspertlərə verilməli olan məbləğ əvvəlcədən məhkəmənin depozit hesabına keçirilmədiyindən ekspertiza tədqiqatının dəyəri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Məhkəmə xərcləri tərəflərə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 (bir yüz) manat və 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğin 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-14/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-14/2025
30.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver