Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-144/2025 14.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhər 51 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ əsası ilə ona məxsus Şirvan şəhər H.Cavid küçəsində yerləşən 78 saylı evə dair Cavabdeh3 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və 3-cü şəxslə keçmiş həyat yoldaşı Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs Cavabdeh3 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Şirvan şəhəri, 11.Cavid küçəsində yerləşən 78 saylı ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən mülkiyyətində olan 78 saylı ev onun mülkiyyətində olmuşdur. Lakin iş üzrə üçüncü şəxs Cavabdeh3 adı çəkilən ev üzərində qanunsuz saxta xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmişdir. Bu barədə isə yalnız 3-cü şəxs ona və digər şəxslərə qarşı “mənzildən istifadə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma ” tələbi ilə məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olmuşdur. 2023-cü ilin may ayının əvvəllərində keçmiş həyat yoldaşı Cavabdeh2 yaşadığı ünvana gələrək mülkiyyətində olan mübahisəli evi banka girov qoyaraq pul götürüb birgə nikahdan doğulmuş uşaqları üçün ticarət obyekti almağı təklif etmişdir. O həmin təklifə razılaşırıq kredli götürmək ve bunun üçün evi girov qoymaqdan ötrü adından çıxış etmək üçün Cavabdeh2 Notariat kontorunda etibarnamə vermişdir. Bu zaman elə zənn etmişdir ki, keçmiş hayat yoldaşı ona vermiş olduğu etibarnamə ilə kredit götürəcəkir. Lakin o, etibarnamə ilə bankdan kredit götürməniş və ondan xəbərsiz mülkiyyətində olan Şirvan şəhəri, Bayramlı qəsəbə, H.Cayid küçəsində yerləşən mühahisəli 78 saylı evi iş üzrə üçüncü şəxs Hüseynov lşən Əlağa oğluna xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə satmışdır. Adı çəkilən ev xx.xx.2023-cü il tarixində iş üzrə üçüncü şəxs tərəfindən satilsa da, bu barədə yaxın günlərdə məlumatlı olmuşdur. Qeyd etdiyi əsasa görə hesab edir ki, adı çəkilən ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Cavabdeh3 verilmiş çıxarış qanunsuzdur. Hazırda mülkiyyətində olan Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən 18 saylı ev üzərində mülkiyyət hüququnu itirmişdir. Göründüyü kimi ona məxsus olan Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən 78 saylı ev sənədlərin saxtalaşdırılması səbəbindən qanunsuz olaraq mülkiyyətindən çıxarılmış və bununla da onun Konstitusiyada və digər qanınlarda nəzərdə tutlmuş hüquqları kobud şəkildə pozmuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxs Cavabdeh3 cavabdeh qismində, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin cavabdeh siyahısından çıxarılaraq üçüncü şəxs qismində, Cavabdeh3 üçüncü şəxs siyahısından çıxarılaraq cavabdeh qismində və Bakı şəhər 51 saylı Notariat Ofisinin cavabdeh qismində işə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə verərək Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri, 51 saylı Notariat ofisinə qarşı “Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən 78 saylı evə dair çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hal-hazırda Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin faktiki əsaslarına əlavələr vermək zərurəti yaranmışdır. Göstərilən hüquq normasına görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İşin faktiki halları ilə bağlı iddia ərizəsinə əlavə olaraq bildirir ki, keçmiş həyat yoldaşı olmuş Cavabdeh2 ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 arasında mənzil mübahisəsi olmuşdur. Belə ki, Cavabdeh2 mənzil almaq istəyən Cavabdeh3 Bakı şəhər sakinləri olan İlham Məmmədov, Şaiq Qəhrəmanov, Ələmşah və Rauf adlı şəxslərlə tanış etmiş, Cavabdeh3 ev almaq məqsədi ilə həmin şəxslərə 54000 manat pul vermişdir. Lakin evi ala bilməmiş, pul isə həmin şəxslərdə qalmışdır. Cavabdeh3 aldadılması ilə bağlı Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayon Polis Şöbəsinə şikayət etmişdir. Bundan sonra razılaşmaya uyğun olaraq İlham Məmmədov, Şaiq Qəhrəmanov, Ələmşah və Rauf adlı şəxslər 54000 manat pulu 4-5 aya qaytaracaqlarını, Cavabdeh2 ona məxsus Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən mülkiyyətində olan 78 saylı evi 54000 manat pulun əvəzində müvəqqəti olaraq Cavabdeh3 verəcəyini və Cavabdeh3 pulu aldıqdan sonra adı çəkilən evi geri qaytaracağını öhdələrinə götürmüşlər. Bunun üçün notariat kontorunda uydurma əqd tərtib edərək müqaviləni təsdiq etmişlər. Uydurma əqd imzalanarkən ev alqı-satqısı ilə məşğul olan Rasim adlı şəxs 1500 manat pulun qarşılığında özünə məxsus 54000 manat pulu depozit hesaba yükləmiş və dərhal da geri götürmüşdür. Qeyd olunmuş əsaslar səbəbəbindən Cavabdeh3 şikayətini geri götürmüş və nəticədə şikayət üzrə Bakı şəhəri, Nəsimi rayon Polis Şöbəsinin İŞ-nin müstəntiqi Zaur Tağıyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İşin faktiki hallarının qiymətləndirilməsində ərizənin nəzərə alınmasını xahiş edir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin cavabdeh siyahısından çıxarılaraq üçüncü şəxs qismində, Cavabdeh3 üçüncü şəxs siyahısından çıxarılaraq cavabdeh qismində, Bakı şəhər 51 saylı Notariat Ofisinin və Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh2 onun keçmiş həyat yoldaşı olub. Arif ona zəng edərək evi banka qoyub kreditlə pul götürüb uşaqlar üçün ticarət obyekti almağı təklif etmişdir. O, da həmin təkliflə razılaşmış və Cavabdeh2 etibarnamə vermişdir. Lakin yoldaşı kredit götürməmiş, ondan xəbərsiz mülkiyyətində olan əmlakı satmışdır. Cavabdeh3 onun evinə baxmağa gəldikdə o, evdə olmuşdur, lakin evin satılacağını bilməmiş, dediyi kimi Arifin evi banka qoyub pul götürməsi üçün evə baxdıqlarını bilmişdir. O, evin satılacağından xəbərsiz olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, İlham, Şahin, Ələmşah və Rauf adlı şəxs Cavabdeh3 alqı-satqı yolu ilə ev satırlar. Evin dəyəri kimi 54000 manat məbləğində pul alırlar. Alqı-satqı aparılan vaxt məlum olur ki, ev başqa adamın adınadır və həmin şəxslərin evi satmalarına səlahiyyətləri yoxdur. Evi tamamilə başqa şəxsə aid olduğu məlum olur. Nəticədə alqısatqı baş tutmur. Lakin 54000 manat pul həmiş şəxslərdə qalır. İş üzrə cavabdeh olan Cavabdeh3 pulunu tələb edir. Verilmədiyi halda onlardan şikayət edəcəyini bildirir. Cavabdeh3 adını çəkdiyi şəxsləri əvvəllər tanımayıb. X22 Hüseynov tanış edib. Elşən Cavabdeh2 Nəsimi Rayon Polis Şöbəsinə və prokrorluğuna şikayət edir. Şikayət əsasında araşdırma aparılır. Cavabdeh2 adın çəkdiyi şəxslərə yaxınlaşır və məsələni onlara danışır. Onlar isə Arifə 4-5 aya pulu qaytaracaqlarını deyir. Daha sonra Arif evə gələrək Kamaləyə evi banka qoyub pul götürməyi, uşaqları üçün biznes qurmağı təklif edir. Əvvəllər də bu barədə evdə söhbət olduğuna görə iddiaçı Arif ilə razılaşır və ona etibarnamə verir. Etibarnamə aldıqdan sonra formal olaraq alqı-satqı bağlanılır. Arifin tanışı olan Rasim adlı makler 1500 manat pulun qarşılığında Elşənin əvəzinə pulu banka qoyur, daha sonra özü həmin pulu götürür nəticədə Cavabdeh3 adına ev rəsmiləşdirilir. X23 arasında olan razılaşmaya əsasən Arif pulu vermədiyindən Elşən artıq onun adına rəsmiləşdirilmiş evin onda qalacağını bildirir. Onlar arasında razılaşmanın olması, alqı-satqı müqaviləsinin formal bağlanması həmçinin oradan müəyyən olunur ki, alqı-satqı müqaviləsi 2023-cü ilin iyun ayında bağlanmış, həmin müqavilədə 2-3 ay ərzində evdə yaşayan şəxslərin evdən çıxacaqları göstərilmiş, lakin Elşən bu qədər müddəti gözləyərək, yanlız 1 ildən sonra 2024-cü ilin iyun ayında məhkəməyə evdən çıxarılma tələbi ilə iddia ərizəsi ilə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, atası Cavabdeh2 ev almaq istəyən Elşənə Bakı şəhəri Yasamal rayonunda satışda ev olduğunu demiş və onlar həmin evə baxmışlar. Atası digər şəxslərlə əlbir olaraq Elşəni aldatmış, ondan 54 000 manat pul almışdır. Atası həmçinin onları da aldadaraq bildirmişdir ki, mübahisəli evi girova qoyaraq pul götürəcək və onun üçün ticarət obyekti açacaqlar. Anası atasının dediyi sözlərə inanaraq onunla razılaşmışdır. Belə ki, atası onlara demişdir ki, hərbçi tapıb gətirəcək, hərbiçi evə gələrək evi çəkəcək, banka girov kimi qoyacaq onun adına kredit götürüləcək, ev həmin hərbiçinin adına rəsmiləşdiriləcək. Onların yaşadığı evə Elşən hərbçi adı ilə gəlmiş, evə baxılmış, həmin vaxt özü evdə olmamışdır. Elşənin də anasının evin satılmasından xəbəri olmadığını bilmiş, ev baxmağa gələndə özünü ona hərbçi kimi tanıtmışdır. Onların yalnız məhkəməyə çağırıldıqdan sonra məlumatı olmuşdur. 2024-cü ilin may və ya iyun ayında Elşənin atası Əliağa ona zəng edərək bildirmişdir ki, yaşadıqları ev onlarındı, evdən çıxmaq lazımdır, ona görə də söhbət etmək üçün onunla görüşsün. O, anası ilə birlikdə Ağa deyilən şəxsin ofisinə getmişlər. Həmin vaxt orada Elşən, Əliağa və Əzizağa da orada olmuşdur. Onlar ona bildirmişlər ki, belə bir yol tapmışlar, belə ki, evi “Bank of Baku” ya girova qoysunlar, aylıq 1000 manat ödəmək şərti ilə kredit götürsünlər, lakin həmin kreditdən 62.000 manat onlara çatacaq, ona görə ki, Bakı şəhərində olan evin almaq üçün 54.000 manat pul vermiş, həmin pulu tamamlamaq üçün 30.000 manat kredit götürmüş, əlavə 8000 manat faiz hesablanmışdır. Onlar ona 62.000 manat pul versinlər, o da onların evini qaytarsın, atası həmin evi ona 5 ay gözləməsi üçün girov kimi vermişdir. O, bacısı və qardaşı atalarının sözünə inanaraq atasına etibarnamə vermişdir. Qardaşı İmamhəsənin evin satılmasına razılıq verməsindən xəbərsiz olmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi uydurma əqd olmuş, hansısa niyyəti qanunsuz olaraq həyata keçirmək məqsədi ilə tərəflər arasında razılaşma olmuşdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, o, İddiaçı ilə 1990-cı ildə evlənmişlər, nikahları 2004-cü ildə pozulmuşdur. Mübahisəli Şirvan şəhər H.Cavid küçəsində yerləşən 78 saylı ev İddiaçı şəxsi evi olmuş, birgə nikah dövründə əldə edilməmişdir. Həmin evi iddiaçı anası ilə birlikdə 18-20 il müddətində pambıq əkmiş, bundan sonra həmin evi tikmək üçün ona torpaq verilmiş, ev onların illərlə çəkdiyi zəhməti hesabına tikilmişdir. Onların nikahı pozulsa da o övladlarına daim baxmışdır. Onlar ona pul lazım olduğunu bildirdikdə bankdan pul götürüb onlara vermək istəmişdir. Bu məqsədlə iddiaçıdan etibarnamə almışdır ki, bankdan pul götürə bilsin. Lakin kredit götürə bilməmişdir. Belə ki, onun vasitəçiliyi ilə Cavabdeh3 ev satılmalı idi, lakin Elşən 54.000 manat pul ödəsə də evin satılmağı baş tutmadığından, İlhamgil Elşənə həmin pulu qaytarmadığından və Elşən onun barəsində şikayət etdiyindən o tutulmuşdur. Elşənin ödədiyi 54.000 manat puldan ona heç bir məbləğdə pul çatmamış, Elşən pulu ofisdəki kassaya ödəmişdir. Elşən ona bildirmişdir ki, Bakı şəhərində yerləşən evi onlara satmaq üçün vasitəçi odur, ona görə də məsələni o həll etməlidir. O, Şirvan şəhər H.Cavid küçəsində yerləşən 78 saylı evi Elşənə girova vermişdir ki, Elşən onun barəsində olan şikayəti geri götürsün.Elşən evə baxmağa gedən zaman evdə evin sahibi Kamalə və oğlu Haldun evdə olmuş, lakin Kamalənin bu məsələdən xəbəri olmamışdır. O, Elşən girov müqaviləsi bağlamağı təklif etsə də, Elşən bununla razılaşmamışdır. Onda ailə üvzləri tərəfindən ona verilmiş etibarnamə olduğundan o, Elşənlə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman pul lazım olduğundan Elşən bu işlə məşəğul olan müxtəlif qrup insanlar olur ki, onlardan bir nəfər Rasim adlı şəxsə zəng edərək ondan pul gətirməsini istəmiş, Rasim pulu gətirmiş, Elşənlə birlikdə notariusun kassasına pulu qoymuşlar, bunun müqabilində Elşən Rasimə 1500 manat pul vermişdir. O, alqı-satqı müqaviləsini imzalamışdır. Müqavilədə evdən çıxılması üçün nəzərdə tutulmuş 4 ay müddətində Elşənə verilməli olan 54.000 manat pul ödənilməli idi, lakin pulu Elşəndən alan şəxslər tutulduğundan bu mümkün olmamışdır. Oğlu İmamhəsən Azərbaycan Respublikasından kənarda yaşayır, onun evin satılmasından xəbəri olmamışdır, onun adından saxta sənəd düzəltdirərək evin satılmasına razı olduğu kimi göstərilmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, o, ev almaq istədiyindən ilkin olaraq makler kimi Bakı şəhərində 3-cü mikrorayonda fəaliyyət göstərən Xəlilov Ağaya yaxınlaşmışdır. Daha sonra Cavabdeh2 yanında olmuşlar,o, Bakı şəhəri Yasamal rayonunda satışda ev olduğunu demiş və onlar həmin evə baxmağa getmişlər. Həmin vaxt evdə beş altı nəfər adam olmuşdur. Yasamal rayonunda yerləşən evə baxmışlar və o evi bəyənmişdir. Sonra ona evin sahibi İlham adlı şəxs olduğunu, yoldaşından evin satılması ilə bağlı icazə sənədinin alınmalı olduğunu bildirmişlər. 10 gündən sonra ona zəng etmişlər və özlərinə məxsus ofisə yaxınlaşmağını bildirmişlər. O, onların zəngindən sonra ofislərinə yaxınlaşmış və 54000 manat məbləğində pulu Arifin göstərdiyi kassada əyləşən şəxsə ödədikdən sonra evi alqı-satqı etmişlər. Alqı-satqı etdikdən sonra evin açarını istəmiş, onlar ona açarın MTKnın mühafizəsində olduğunu və ondan götürə biləcəyini demişlər. Ofisindən çıxdıqdan sonra MTK-nın binasına yaxınlaşıb mühafizəçini tapmış və mühafizəçiyə müqaviləni göstərərək evin açarını istəmişdir. Mühafizəçi ona alqı-satqı müqaviləsinin düzgün olmadığını bildirdiyindən geri qayıtmışdır, lakin ofisin bağlı olduğunu və reklam plakatlarının söküldüyünü görmüşdür. Aldandığını başa düşdükdən sonra 102 çağırış mərkəzinə zəng etmiş, onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində yazılı formada şikayət ərizəsini yazmışdır. Polis əməkdaşları Cavabdeh2 4-5 aydan sonra tapdıqdan sonra onu yenidən polis şöbəsinə dəvət etmişlər. Arif ona şikayətini geri götürməsini, ona ev verəcəyini və evin qiymətinin 100.000 manatdan çox olduğunu demişdir. O da Ariflə razılaşmış, lakin evin qiyməti çox olduğundan o, əlavə olaraq Arifə 62000 manat vermiş və Şirvan şəhərində yerləşən evi alqı-satqı yolu ilə almışdır. O, həmçinin Şirvan şəhərində yerləşən evin Kamaləyə məxsus olmasından məlumatlı olmuş, lakin həmin gün evə baxanda Kəmalə də orda iştirak etdiyindən, onları qarşıladığından və evin satılmasından məlumatlı olduğunu və buna razı olduğunu hesab etmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil2 iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, Cavabdeh2 izahatında göstərmişdir ki, etibarnaməni ev alqısatıqısı mübahisəsindən əvvəl kredit götürmək üçün götürmüşdür. Lakin baxdıqda müəyyən olunur ki, Cavabdeh2 etibarnaməni xx.xx.2023-cü ildə götürmüş, tərəflər arasında ev alqı-satıqısı mübahisəsi isə 2022-ci ilin axırlarında olmuşdur. Bu isə onu göstərir ki, Arif etibarnaməni məhz evin alqı-satqısı üçün götürmüşdür. Əlavə olaraq iddiaçının vəkilinin “nə üçün Şirvan şəhərində yerləşən evin alqı-satqısı zamanı müqavilədə əvvəlki 54000 manat göstərilməmişdir?” sualına cavab olaraq bildirir ki, əgər müqavilədə 62000 manatdan əlavə 54000 manat göstərilsəydi banka 54000 manat pul da əlavə qoyulmalı idi. Həmin pul olmadığına görə müqavilədə yalnız 62000 manat göstərilmişdir. İddia əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhər 51 saylı Notariat Ofisinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Sidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib bildirdi ki, İlham adlı şəxsi tanımır, lakin Elşən Hacıyevi tanıyır, onların yanında saatsaz işləyir. O, ev alqı-satqısı ilə məşğul olur. Elşən ev almaq məqsədi ilə onun ofisinə yaxınlaşmışdır. Həmin vaxt Sübhan və Arif adlı şəxs də evin satılması üçün ona müraciət etmişdir. Onların satmaq istədikləri ev Bakı şəhərində Yeni Yasamal adlana ərazidə yerləşirdi. Həmin ev Arifin bacısına aid idi. Onlarla birlikdə həmin evə getmişlər və evə baxmışlar. Aralarında razılıq olduqdan sonra sənədlərin hazırlanmasını gözləmişlər. Daha sonra ofisə yaxınlaşaraq 54000 manat məbləğində pulu kassaya ödəmişlər və müqavilə bağlamışlar. Evin açarını əldə etmək üçün MTK-nın mühafizəçisinə yaxınlaşmışlar. Mühafizəçi onlara müqavilənin düzgün olmadığını demişdir. Həmin vaxt ofisə getmişlər və ofisin artıq fəaliyyət göstəmədiyini görmüşlər. Daha sonra Bakı şəhəri 20-ci polis şöbəsinə gedib şikayət etmişlər. Bir neçə aydan sonra Arif polis əməkdaşları tərəfindən tutulmuşdur. Arif tutulduqdan sonra onlara ev verəcəyini, onun qarşılığında şikayət ərizəsinin geri götürülməsini bildirmiş, onlar Ariflə razılaşdıqdan sonra Şirvan şəhərindəki evə baxmışlar. Həmin vaxt Kamalə də evdə olmuş, Kamalənin və övladlarının evin satılmasından xəbəri olmuş, hətta Kamalə onları çay süfrəsinə də dəvət etmişdir. Evin qiyməti baha olduğu üçün 62000 manat pul əlavə ödəyərək alqısatqı etmişlər, həmin alqı-satqı əsasında çıxarış almışlar, alqı-satqı müqaviləsi bağlanan zaman o, Elşənin yanında olmuşdur. Elşənin Arifə 62000 manat pul verməsini şahidi olmuş, 54000 manat pulu ilkin olaraq ofisdəki kassaya ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Əli-Bayramlı şəhər X14 Rəyasət Heyətinin 21 aprel 1995-ci il tarixli 02 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Hüseyn Cavid küçəsi 78 saylı evdə yaşayan İddiaçı uzun müddət istifadəsində olmuş 600 kv.m torpaq sahəsi onun adına sənədləşdirilməsinə, ona həmin sahəsə yaayış sahəsi 90 kv.m yardımçı sahəsi 35 kv.m və eyvan sahəsi 18 kv.m olan ev tikməyə icazə verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqəində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşaşış evinin texniki göstəricilərindən görünür ki, ünvan 2 fərdi yaşayış evi 2009-cu ildə inşa edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhər 51 saylı Notariat Ofisindən əldə edilmiş fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə aid sənədlərdən görünür ki; xx.xx.2023-cü il tarixli AR-İİ № 936486 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər s. vermişdir. Etibarnamə xx.xx.2033-cü il tarixədək qüvvədə olmuşdur. Bakı şəhər 51 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-997 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 (İddiaçı əvəzinə Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 1128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 164.85 kv/m, yaşayış sahəsi 84.27 kv/m, yardımçı sahəsi 80.58 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (164.85 kv/m), ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (0.06 ha) alıcı Cavabdeh3 62.000 (altmış iki min) manata satmışdır. Həmin müqavilənin 11-ci və 13-cü bəndlərinə əsasən satıcı İddiaçı xx.xx.2023-cü il tarixinədək daşınmaz əmlakı alıcıya təhvil verilməsini və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 tərəfindən alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər 51 saylı Notariat Ofisinin hesabına 62.000 manat pul ödənilmişdir; Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1993-cü il təvəllüdlü X8, xx.xx.1996-cı il təvəllüdlü X10, xx.xx.1996-cı il təvəllüdlü X13 qeydiyyatdadır; “Elektron notariat” X2 vasitəsi ilə “X4” AQİS-dən çıxarışın surətindən görünür ki, Cavabdeh2 ilə X11 ilə nikahı Əli-bayramlı şəhər Nikah evində xx.xx.1990-cı ildə qeydə alınmışdır; “Elektron notariat” X2 vasitəsi ilə “ X4” AQİS-dən çıxarışın surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ilə nikahı Əli-bayramlı şəhər Nikah evində xx.xx.2004-cü ildə pozulmuşdur; xx.xx.2023-cü il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X8 qeydiyyatda olduğu Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində yerləşən torpaq sahəsi ilə birgə satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.; xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 (X3 əvəzinə) Şirvan şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 7E-838 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına və istifadə hüququna xitam verilməsinə razıdır. Habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür; xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 ( X9 əvəzinə) Şirvan şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 7E-1128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına və istifadə hüququna xitam verilməsinə razıdır. Habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ləğv prosesində olan "xxxx" ASC-nin məktubundan görünür ki, 24 dekabr 2024cü il tarixli 12/242950121 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, LPO "xxxx" ASCnin Azadlıq filialından götürülən yaddaş diskindəki məlumatlar xx.xx.2023-xx.xx.2025-cü il tarixləri əhatə etdiyindən qeyd olunan görüntüləri təqdim etmək mümkün deyil. Cavabdeh2 tərəfindən MUĞ 711093 saylı, 61.640 (altmış bir min altı yüz qırx ) manat məbləğində pulun alınması barədə çekin surəti Sizə təqdim olunur. Həmin məktuba əlavə olunmuş xx.xx.2023-cü il tarixli MUĞ 711093 saylı çekin surətindən görünür ki, 61.640 (altmış bir min altı yüz qırx ) manat məbləğində pul Cavabdeh2 verilmiş, Cavabdeh2 tərəfindən çekə imza edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın suətindən görünür ki, Cavabdeh3 müraciəti Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqəində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.1990-cı il tarixdə nikaha daxil olmuş, Əli-Bayramlı şəhər X14 Rəyasət Heyətinin 21 aprel 1995-ci il tarixli 02 nömrəli iclasın protokolundan çıxarışa əsasən Hüseyn Cavid küçəsi 78 saylı evdə yaşayan İddiaçı uzun müddət istifadəsində olmuş 600 kv.m torpaq sahəsi onun adına sənədləşdirilməsinə, ona həmin sahəsi yaşayış sahəsi 90 kv.m yardımçı sahəsi 35 kv.m və eyvan sahəsi 18 kv.m olan ev tikməyə icazə verilmiş, ünvan 2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqəində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər 51 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 (İddiaçı əvəzinə Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 1128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi) mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 164.85 kv/m, yaşayış sahəsi 84.27 kv/m, yardımçı sahəsi 80.58 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (164.85 kv/m), ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (0.06 ha) alıcı Cavabdeh3 62.000 (altmış iki min) manata satmışdır. Hazırda İddiaçı ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh3 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirir və tələbinin əsası kimi onun keçmiş əri ilə cavabdeh arasında bağlanmış müqavilənin alqı-satqı müqaviləsi olmasından xəbərsiz olması, keçmiş ərinin ona məxsus olmuş evi girov qoymaqla kredit götürməsi adı ilə onun aldatması, ondan etibarnamə alması, başqa sözlə müqavilənin bağlanmasının onun iradə ifadəsini əks etdirməməsinə istinad edir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblər həddində hərəkət edilməsinə, bu zaman heç bir qanun pozuntusuna yol verilməməsinə istinad etmişdir. Məhkəmə hazırki iddia və ona edilən etirazın əsası kimi istinad edilən hallarla bağlı qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) : 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən əu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3-cü maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Məhkəmə həmçinin qeyd edir ki, əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstəilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Qərarda göstərilmişdir ki, “yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.” Məhkəmə, Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşdırılmış hüquqi mövqeləri diqqətə alaraq hesab edir ki, hazırki iş üzrə tərəflər arasında imzalanmış alqısatqı müqaviləsinin formal, digər əqdi pərdələmək və ən əsası bu müqavilənin bağlanmasında tərəflərin niyyətlərinin dəqiq müəyyən edilməsi baxmından onların davranışını, aralarında formalaşan münasibətləri, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021ci il tarixli qərarında qeyd edilir ki, ... məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri vəiradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. ...Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Məhkəmə daha sonra qeyd edir ki, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Həmçinin məhkəmə qeyd edir ki, etibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq dörd növə ayrılmışdır - əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı). Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu öz Qərarında göstərir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Məhkəmə, qanunun mənasından çıxış edərək və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, baxılan iş üzrə mübahisələndirilən alqısatqı müqaviləsi yuxarıda sadalanan etibarsızlıq ilə bağlı dörd növ şərtin hər hansı birinə aid edilə bilməz. Digər tərəfdən iddiaçının alqı-satqı müqaviləsini bağlayarkən hüquqi niyyətinin olmaması halı da təsdiq olunmamışdır. Belə ki, işin materiallarından görünür ki, əvvəla alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələbləri baxımından təmsilçi vasitəsilə bağlanmaqla düzgün tərtib və təsdiq edilmişdir. İddiaçının “evin satılacağını bilmədən keçmiş ərinə etibarnamə verməsi, keçmiş ərinin onu evi girova qoyaraq kredit götürəcəyi adı ilə aldatması” ilə bağlı dəlilləri üzrə məhkəmə qeyd edir ki, bu halları təsdiq edən mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə tərəflərin izahatlarından, şahid ifadəsindən müəyyən olunur ki, cavabdeh evin alqı-satqısı ilə əlaqədar evə baxan zaman iddiaçı da orada olmuşdur. Hazırkı mübahisələndirilən əqdin bağlanması zamanı iddiaçının əsl iradə ifadəsinin əks etdirilməməsinin hansı sübuta əsasən müəyyən edildiyi göstərilməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı mübahisələndirilən əqdin təmsilçi vasitəsilə bağlamasını özü təşkil etməklə bu əqdin özünün iradə ifadəsinə əsasən notariat qaydasında qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib və təsdiqinə şərait yaratdıqdan sonra iradə ifadəsinin zədələnməsi səbəbi ilə müqavilələrin etibarsızlığına dair hazırki iddia ilə məhkəməyə müraciət etməklə (məhkəməyə müraciət etmək hüququ olsa da) faktiki olaraq hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə əqdin formal tələblərə uyğun bağlanması faktı özözlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı alqı-satqı müqavilələrini bağlayarkən onun iradə ifadəsinin zədələndiyini iddia etsə də, onun dəlilləri hər hansı tutarlı dəlillə və ya mötəbər sübuta əsaslanmamış, bununla bağlı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Habelə qeyd edilməlidir ki, MM-in 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Lakin işin araşdırılmış hallarından görünür ki, xx.xx.2023-cü il tarixli AR-İİ № 936486 nömrəli 10 il müddətinə verilmiş notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında Cavabdeh2 İddiaçı ona verdiyi səlahiyyətlər çərçivəsində (bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər s.) hərəkət edərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 164.85 kv/m, 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar) a məxsus hissəsindən tam hissəni (164.85 kv/m), ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh3 62.000 (altmış iki min) manata satmış, etibarnaməni İddiaçı şəxsən imzalamış , bununla da iradə bildirilməsi halı mövcud olmuş, Cavabdeh2 etibarnamə ilə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etmiş, alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun olaraq forma baxımdan notariat qaydasında təsdiq edilmiş, bununla da mübahisə edilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq qanuni bağlanmışdır. Həmçinin, Elşən alıcı qismində evə baxmağa gələn zaman Kəmalə özü də evdə olmuş və onları qarşıladığından Elşən onun da evin satılmasından məlumatlı olduğunu və buna razı olduğunu hesab etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən də görünür ki, Kəmalənin digər övladı olan İmamhəsən Hüseynov qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində yerləşən torpaq sahəsi ilə birgə satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bütün bunlara əsasən məhkəmə iddia tələbinin əsassız olmasını vurğulayaraq, onun rədd edilməsi nəticəsinə gəlir. İddia tələbinin rədd edilməsinin digər bir əsası da Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət təminatı verilən və digər qanunvericilik aktlarında inkişaf etdirilən mülkiyyət hüququnun ümumi və təməl prinsipləri ilə bağlıdır. Belə ki, iddiaçının iddia etdiyi müqavilənin etibarsız hesab edilməsi fərdi yaşayış evinin hal-hazırki mülkiyyətçisinin və sahibinin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına, bu isə öz növbəsində sosial ədalət prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə nəzərə alır ki, mənzilin Cavabdeh3 adına mülkiyyət hüququ əsasında qeydə alınmasının və həmin mənzilin Cavabdeh3 satılmasının və qeydiyyata alınmasının rəsmiləşdirilməsi məsələlərinin bilavasitə rəsmi dövlət orqanları tərəfindən mübahisəsiz qaydada həyata keçirilməsi də Cavabdeh3 bağladığı əqdin qanununiliyinə əminlik yaradan xüsusatlardandır. Bütün bunlar onu təsdiq edir ki, Cavabdeh3 mübahisəli mənzilin “vicdanlı sahibidir”, o, həmin mənzili qanuni və etibarlı əsaslarla əldə etmişdir. MM-in 140, 149.2, 157 və 225.6-cı maddələrinin tələbinə görə isə ərarvadın ümumi mülkiyyəti istisna edilməklə, digər əmlak vicdanlı əldə edəndən geri tələb edilə bilməz və vicdanlı şəxslərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Cavabdeh3 mübahisəli mənzili vicdanlı əldə edən olması, bu səbəbdən də, ona münasibətdə iddiaçının hüquqlarının restitusiyasının yolverilməzliyi ilə bağlı məhkəmənin mülahizələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin uyğun qəbildən olan işlərə baxan zaman nümayiş etdirdiyi hüquqi mövqeləri ilə tamamilə üstüstə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “S.N.Məmmədovanın şikayəti üzrə” 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, “mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir”. Məhkəmənin adıçəkilən qərardakı xatırlatmasına görə “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Habelə, mülkiyyət hüququna dair yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir”. Konstitusiya Məhkəməsi 2008-ci il tarixli başqa qərarında “vicdanlı alıcı”nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə “vicdanlı alıcı” ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma “vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə” 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əgər MM-in 157.2-ci maddəsinə əsasən əmlak vicdansız sahibdən (əldə edəndən) bütün hallarda geri tələb oluna bilərsə, yəni, əmlakın vicdansız sahibindən geri alınması barədə mülkiyyətçinin vindikasiya tələbi bütün hallarda (tam vindikasiya) istisnasız olaraq ödənilir və təmin edilirsə, MM-in 157.3-cü maddəsində əşya vicdanlı sahibdən (əldə edəndən) həmişə tələb edilə bilmir (qismən vindikasiya). Belə ki, həmin maddədə əmlakı vicdanlı əldə edən şəxs(lər) üçün, yəni, vicdanlı sahib(lər) üçün müvafiq istisnalar müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilik hazırkı iş üzrə “vicdanlı alıcı” olan Cavabdeh3 hüquqlarının qorunmasını tələb edir və bu səbəbdən də, hazırkı iddia təmin oluna bilməz. Habelə, qüvvədə olan mülki qanunvericilik normaları daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqısatqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı-satqı müqaviləsi ilə sata bilər (MM-in 146.1, 146.2, 152.4, 154.1, 324.1, 389.1, 390.1, 567, 646-cı maddələri). Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhər 51 saylı Notariat Ofisinə qarşı Şirvan şəhəri H.Cavid küçəsi 78 saylı fərdi yaşayış evinin alğı-satqısına dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsinə qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələbi rədd edildiyi üçün ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhər 51 saylı Notariat Ofisinə qarşı Şirvan şəhəri H.Cavid küçəsi 78 saylı fərdi yaşayış evinin alğı-satqısına dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-144/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-144/2025
14.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver