Məhkəmə qərarları › İş №2(032)-148/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-148/2023

11.04.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-148/2023 11.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi, vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ” barədə ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci ildə Rusiya Federasiyası, Yaroslavl şəhərində anadan olmuş qızı X2 fəaliyyət qabliyyəti olmayan hesab olunması və ona qəyyum təyin edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qızı xx.xx.1998-ci il təvəllüdlü X4 Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə “Spinal əzələ atrofiyası, Spinal amiotrofiya. Spastik tetraplegiya, Aşagı ətrafın üstünlüyü ilə spastik tetroparez. Çanaq orqanlarının qeyri-iradi tipli funksiya pozulması.(daima kənar şəxsin qulluğuna ehtiyacı var). Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Hərəkətin və yerişin kobud pozulması. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Psixotik epizodlarla gedən agır dərəcəli əqli gerilik” diaqnoz xəstəliyi üzrə müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda qızına aid bəzi sənədlərin alınmasında və İ qrup əlillərə qulluq edən şəxslərə təyin edilmiş “Prezident təqaüdünün” alınması ilə bağlı bir sıra çətinliklər yaranmışdır. DSMF-nin Şirvan şəhər şöbəsi həmin təqaüdün verilməsindən imtina edir o səbəbə ki, 1-ci dərəcəli əlilə qulluq göstərən qəyyum barədə məhkəmə qətnaməsi olmasını bildirirlər. DSMF-nin Şirvan şəhər şöbəsi bu barədə məhkəmə qətnaməsi olmadığı təqdirdə ona 1-ci dərəcəli əlil qızına qulluq göstərən şəxs kimi təqaüdün verilməsinin mümkün olmadığını bildirirlər. Qızı hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunmağı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonradan Ərizəçi xx.xx.1998-ci ildə Rusiya Federasiyası, Yaroslavl şəhərində anadan olmuş övladı X2 fəaliyyət qabliyyəti olmayan hesab olunması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan “doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.1998-cı ildə Rusiya Federasiyası, Yaroslavl vilayəti, Yaroslavl şəhərində anadan olmuş oğlu X2 anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 birinci dərəcəli əlildir. Kənar şəxsin qulluğuna ehtiyac vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1998-ci ildə Rusiya Federasiyası, Yaroslavl şəhərində anadan olmuş X1 şəhəri, Xaqani küçəsi ev 88, mənzil 82-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 07 fevral 2023-cü il tarixli 310 saylı rəyindən görünür ki, X3 dərin əqli gerilik (F73) aşkar olunur. Bunu anamnestik məlumatlarerkən yaşlarından psixi inkişafda geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Uşaq nevroloji Xəstəxanasında, Türkiyə, İran, Rusiya Respublikasında müxtəlik nevroloji xəstəxanalarda müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər -kobud nevroloji əlamətlərin qeyd olunması, nitqinin praktik inkişaf etməməsi, kobud intellektualmnestik defektin qeyd olunması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: mülki iş materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə-psixiatrikekspertizası qarşısına qoyulmuş suallara cavab olaraq X3 dərin əqli gerilik aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Beləliklə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin qızı Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 82 nömrəli mənzilində qeydiyyatda olan xx.xx.1998-ci ildə anadan olmuş X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil və bu halı iş üzrə keçirilmiş məhkəmə-psixatrik espertizası bir daha təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8 maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, həmin fiziki şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı üzərində qəyyumluq və himayəçilik təyin edir. Azərbaycan Respublikasının MPM-nin 317.2 maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, övladı Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 82 nömrəli mənzilində qeydiyyatda olan xx.xx.1998-ci ildə anadan olmuş X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, övladı Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 82 nömrəli mənzilində qeydiyyatda olan xx.xx.1998-ci ildə anadan olmuş X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamənin qanuni qüvvəyə minməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar