Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1496/2024 18.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı reqres qaydasında iddia ərizəsinin 120 (bir yüz iyirmi) manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Şirvan şəhəri Məhkəməsinin 2(032)- 456/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində inşa edilmiş yarımçıq tikililərin sökülməsi, özbaşına (zəbt edilmış) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması tələbinə dair qətnamə ilə Cavabdeh tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135 -də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülsün, özbaşına zəbt Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, torpaq sahəsində yaşıllıqlar qırılmamaq şərt ilə çəkilmiş dəmir (məftillə çəpərlənmə) çəpərlənmiş hasar dirəklər sökülsün, torpaq sahəsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 manat məbləğində pul Cavabdeh tutulub İddiaçı hesabına köçürülməsi qət edilmişdir. Lakin , sözügedən qətnamənin icrası ilə əlaqədar cavabdeh tərəfindən qətnamənin icrası ilə əlaqədar qərəzli olaraq maneçilik törədilməklə yanaşı, özbaşına zəbt edilmiş 341,0 kv.m torpaq sahəsinin koordinat nöqtələri həmin sahədə yer quruluşlu işlərinin aparılması zamanı cavabdeh nümayəndəsinə yerində faktiki naturada göstərilsə də , cavabdeh tərəf 341,0 kv.m torpaq sahəsinin “guya” yerini bilmədiyi üçün sökməmişdir, 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqını bilərəkdən ödəməmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçınə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə icasına gəlməmiş, İddiaçı nümayəndəsi X1 Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı nümayəndəsi X1 iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1496/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1496/2024
18.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver