Məhkəmə qərarları › İş №2(032)-15/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-15/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-15/2023 27.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, vəkili X7, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh “uşağın anadan alınıb ataya verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınıb ataya verilməsi və aliment” tələbinə dair iddia qaldıraraq, 03 iyul 2009-cu ildə anadan olmuş X9 anadan alınaraq onun himayəsinə verilməsi və 03 iyul 2009-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarını rəsmi qaydada Sabirabad rayon Nəsimi Kənd İcra Nümayəndəliyində 26 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X13 və xx.xx.2009-cu tarixdə X15 adlı 2 uşaqları anadan olmuşdur. Münasibətləri korlandığına görə Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)58/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan xx.xx.2008-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş, ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qəbul ediləndən 2022-ci ilin may ayına kimi oğlu Valeh cavabdehin himayəsində olmuş, o da hər ay qazancının üçdə bir hissəsi miqdarında alimenti vaxtlı-vaxtında cavabdehə ödəmişdir. Hal-hazırda məhkəmənin qətnaməsi ilə cavabdehin himayəsinə verilmiş X15 anasının yanından qaçaraq onun yanına gəlmiş, onunla qalmaq istədiyini bildirmişdir. Onun artıq 13 yaşı vardır. Dəfələrlə onu aparıb anasına təhvil vermişdir. Lakin o, anasının yanında qalmaq istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi, izahatına əlavə olaraq bildirdi ki, o hərbi hissənin hərbi qulluqçusu olaraq 685 manat 57 qəpik əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək izahat verib bildirdi ki, o, İddiaçı gəlib uşaqları ilə görüşməsinə etiraz etmir. İddiaçı gəlib uşaqları ilə görüşməsinə etirazı olmamışdır. Axırıncı dəfə uşaqlarla gəlib görüşdükdən sonra X11 özü ilə evlərinə aparıb, orda uşağı öyrədərək, ondan uzaqlaşdırmaqla öz yanında saxlamışdır. İddiaçı ilə nikah pozulduqdan sonra o, başqa qadınla evlənib, hal-hazırda da həmin qadın hamilədir. Dəfələrlə İddiaçı uşağı gətirib ona verməsi barədə irad tutmuş, sonuncu cürbəcür bəhanələrlə onu aldatmışdır. Vaxtlı-vaxtında alimenti vermədiyinə görə onun 1000 manatdan yuxarı aliment borcu yığılıb qalmışdır. İddiaçı “səninlə barışacağam, səninlə bir yerdə yaşayacağam, alimentin mənim hesabımdan silinməsi barədə ərizə ver.” deyərək onu aldatmışdır. O da onun sözünə inanıb alimentin silinməsi barədə ərizə vermişdir. Özü müəllimə işləyir, 380 manat əmək haqqı alır, uşaqlarının tərbiyəsi ilə yaxından məşğul olur. Onların məktəbə gedib-gəlməsi ilə, dərsləri ilə yaxından maraqlanır. X2 atası götürüb aparandan sonra uşaq məktəbdən də yayınmış, məktəbə getməmişdir. Ad günü məclisində atası ona spirtli içki içirirmişdir. Uşaq atasının yanında qalandan tamam dəyişib. Onun gələcəyi pis olacaqdır. Məhkəmənin qətnaməsi ilə X2n onun himayəsində qalması qət edilmişdir. Ona görə oğlu Valehin ona qaytarılmasını xahiş edir. İddiaçı gəlib uşaqları ilə görüşməsinə etiraz etmir. İddiaçı saat beşdə işdən evə qayıtdığını deyir. Amma yalandır. O, saat səkkizdə evə gəlir. Axrıncı dəfə övladını məhkəmə iclasından çıxdıqdan sonra görmüşdür. Valeh Şirvan şəhərində yerləşən 18 nömrəli məktəbə gedirdi. Hal-hazırda alimentdən imtina etmişdir. O aliment istəmir. Əsas övladının təhsilidir. Onu atası məktəbə qoymur. Atası uşağa telefon alıb verib. Uşaq bütün günü həmin telefonla oynayır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, 03 iyul 2009-cu ildə anadan olmuş Valeh Cəfərov atasının yanında qaldığı müddətdə təhsildən yayınmışdır. Belə ki, o əvvəlcə Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli Təbiət, Humanitar təmayüllü məktəb-liseydə təhsil almış, daha sonra Sabirabad rayonu Nəsimi kənd tam orta məktəbinə getmişdir. Bundan sonra yenidən Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli Təbiət, Humanitar təmayüllü məktəb-liseyə qayıtmış, yenidən Sabirabad rayonu Nəsimi kənd tam orta məktəbinə getmişdir .Burdan görünür ki, uşaq təhsildən yayınmaq məqsədilə ilə təhsil müəssisələrini teztez dəyişmiş ümumilikdə 20 gün ərzində 3 dəfə dərsdə iştirak etmişdir. Təmsil etdiyi şəxs Valeh Cəfərovu təhsil almasında təkid etməsi səbəbindən, bundan başqa Valeh Cəfərov təmsil etdiyi şəxsdən “maska” və “beşbarmaq formasında” daraq istəmiş, onun istəyi anası tərəfindən rədd edildiyindən Valeh iddiaçının himayəsində qalmaq istəyir. Valeh Cəfərov “tik-tok” sosial şəbəkəsində özünə profil yaratmış, orada kriminal aləmə xas olan davranışlar sərgiləyir. Bundan əlavə uşaqların ayrılması onlara psixoloji təsir göstərəcəyini düşünür. Hesab edir ki, uşağın atanın yanında qalması üçün əsaslar mövcud deyildir. Məhkəmə iclasında 03 iyul 2009-cu ildə anadan olmuş X15 hal-hazırda atası İddiaçı yanında qaldığını, atası ilə qalmaq istədiyini bildirdi. O Sabirabad rayonunda yerləşən məktəbə gedir. Anası ilə birgə yaşamaq istəmir. Bacısını çox istəyir, onunla birlikdə yaşamaq istəyərdi. Lakin atası ilə birlikdə qalmaqda fikri qətidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş 01 ədəd diskə baxış keçirildi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsinin arayışından görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 atası İddiaçı, anası Cəfərova (Məmmədova) Günay Süleyman qızıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-58/2021 saylı, 04 fevral 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı cavabdeh X8 ilə Sabirabad rayonu Nizami kənd İcra nümayəndəliyində 27 iyun 2007-ci ildə 26 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 11 mart 2008-ci ildə anadan olmuş X10 və 03 iyul 2009-cu ildə anadan olmuş X9 cavabdeh X1 yanında qalmasının müəyyən edilməsi, İddiaçı 31 avqust 2020ci il tarixdən başlayaraq 11 mart 2008-ci ildə anadan olmuş X10 və 03 iyul 2009-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin alınaraq cavabdeh X5 verilməsi, aliment tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 22 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-58/2021 saylı, xx.xx.2027-ci il tarixli icra sənədə əsasən İddiaçı hər ay qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq Məmmədova (Cəfərova) Günay Süleyman qızına ödənilməlidir. Lakin, Məmmədova (Cəfərova) Günay Süleyman qızı ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmiş və hal-hazırda Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi vasitəsilə heç bir aliment almır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, arayış İddiaçı və Cavabdeh iştirakı ilə 30 iyun 2022-ci il tarixində 11.00-11.30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. (uşaqların anadan alınıb verilməsi barədə). İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli Təbiət, Humanitar təmayüllü məktəb-liseyin 04 saylı, 09 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 15 sentyabr 2015-ci ildən Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət, hümanitar təmayüllü məktəb-liseyin birinci sinfinə qəbul olunmuş, 15 sentyabr 2022-ci ildə oxumaq üçün Sabirabad rayonu Nəsimi kənd tam orta məktəbinə getmiş, 01 noyabr 2022-ci ildə yenidən oxumaq məktəb-liseyin 8v sinfinə qayıtmış, noyabr ayı ərzində iki gün dərsə gəlmiş 08, 09, 16,17,18, 19 noyabr tətil və bayram günlərini çıxmaqla qalan günlərdə və dekabr ayı ərzində dərslərdə iştirak etməmişdir. İş materiallarında olan Azərbaycab Respublikası Təhsil Nazirliyi Sabirabad Rayon Təhsil şöbəsini Rəsul Əhmədov adına Nəsimi kənd tam orta məktəbin 03 saylı, 21 fevral 2023-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.2022-ci il tarixdən atası İddiaçı sorğusu əsasında Sabirabad rayonu R.Əhmədov adına Nəsimi kənd tam orta məktəbin 8-ci sinfinə qəbul olunmuşdur.15 sentyabr 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək Nəsimi kənd tam orta məktəbində oxumuşdur. Oxuduğu müddətdə sentyabr ayında 22,30 günlərdə Oktyabr ayında 20,27,28 günlərində olmaqla 5(beş) gün dərsə davam etməmişdir. İddiaçı şagirdlərin yerdəyişmə portalında məktəbə ünvanlandığı cavablandıraraq 01 noyabr 2022-ci il tarixdə övladı Cəfərov Valeh məktəbin ümumi şagird siyahısından çıxarılmışdır. Cəfərov Valeh məlum olmayan səbəbdən yenidən Şirvan Şəhər 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyin 8ci sinfinə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli Təbiət, Humanitar təmayüllü məktəb-liseyin 12 saylı, 21 fevral 2023-cü il tarixli arayışdan görünür ki, 8-ci sinif şagirdi X15 15 sentyabr 2022-ci ildə atanın sorğusu əsasında məktəb-liseyin şagirdi heyətinin tərkibindən çıxarılmış, oxumaq üçün Nəsimi kənd tam orta məktəbinə getmişdir. X3 hər iki valideynin istəyi ilə xx.xx.2022-ci ildə yenidən məktəb-liseyin səkkizinci sinfinə qayıtmışdır. Noyabr, dekabr aylarında dərsə davamiyyəti zəif olmuşdur. X15 01 fevral 2023-cü ildən 21 fevral 2023-cü ilədək cəmi 3 gün dərsə gəlmişdir. Atanın verdiyi məlumata görə o oğlunun Nəsimi kənd tam orta məktəbində oxumasını istəyir. İş materiallarında olan Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 14 fevral 2023-cü il traixli, 123 saylı arayışdan görünür ki, Məmmədova X6 rayonu Nəsimi kənd tam orta məktəbində xx.xx.2006-ci ildən İngilisi dili müəllimi işləməklə hesablanmış aylıq əmək haqqı 457 manat 33 (dörd yüz əlli yeddi 33 qəpik) qəpik, ələ çatası 382 manat 42 ( üç yüz səksən iki 42 qəpik) qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti Nizami kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 fevral 2023-cü nil tarixli, 07 saylı arayışından görünür ki, Sabirabad rayon Nizami kənd İƏD-si üzrə nümayəndəlik ərazisinində yerləşən Nəsimi kəndində qaz xəttinin çəkilişi növbəti illərin tədbirlər planına salınmışdır. Odur ki, sorğuda qeyd etdiyiniz Nəsimi kənd sakini İddiaçı fərdi yaşayış evinin qaz xətti halhazırda mövcud deyildir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 09 sentyabr 2022-ci il tarixli 1675 saylı rəyindən görünür ki, Komissiya 10 yaşına çatmış xx.xx.2009-cu tarixdə X15 ilə aparılan söhbətlərin nəticəsi olaraq, uşaqların konkret olaraq hansı valideynlə qalmaqda seçiminin həqiqiliyinə şübhələr olduğunu, hazırda uşaqların valideynlərindən hansına daha çox bağlılığını müəyyən etmək mümkün olmadığını nəzərə alaraq, bu halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edən ekspertin rəyinin alınmasına ehtiyac olduğunu hesab edərək, uşaqların maraq və mənafelərinin və gələcək taleyinin müdafiəsi məqsədi ilə iş üzrə məhkəmə-psixoloji ekspertizasının keçirilməsini məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 11/544 saylı rəyindən görünür ki, 1-ci Sual üzrə valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 03 iyul 2009-cu il təvəllüdlü X9 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. 03 iyul 2009-cu il təvəllüdlü X9 psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikromühitə uyğundur. 03 iyul 2009-cu il təvəllüdlü X9 ətrafda baş verən hadisələrə reaksiyası adekvat olmaqla, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur.2-ci sual üzrə 03 iyul 2009-cu il təvəllüdlü X9 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. 3-cü və 4-cü suallar üzrə Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixololi vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsixolofli ekspertizasının səlahiyyətinə aid deyildir. 03 iyul 2009-cu il ələ əmadi Valeh Taleh oğlunun normal psixi inkişafı baxımından hər iki valideyni ilə mütəmadi olaraq ünsiyyətdə olması psixoloii cəhətdən məqsədəmüvafiqdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər nikahlarını 27 iyun 2007-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Həmin nikahdan 11 mart 2008-ci ildə X16 və 03 iyul 2009-cu ildə X15 doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin 2(032)-58/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, ər-arvad arasındakı nikah pozulmuş, 11 mart 2008-ci ildə anadan olmuş X10 və 03 iyul 2009-cu ildə anadan olmuş X9 anası X1 yanında qalması, yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment müəyyən edilmişdir. İddiaçı X15 “uşaq” tələbinə dair yeni əsaslarla iddia qaldırmışdır. İddiaçı X15 tələbini Valeh Cəfərovun 2022-ci ilin may ayında anasının yanından qaçaraq onun yanına gəlmiş, onunla qalmaq istədiyini bildirmişdir. Onun artıq 13 yaşı vardır. Dəfələrlə onu aparıb anasına təhvil vermişdir. Lakin o, anasının yanında qalmaq istəmədiyini əsaslandırmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 7.6-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi” nin 5-ci prinsirinə əsasən, bəşəriyyətin malik olduğu yaxşı nə varsa, hamısı uşaqlara verməyə borclu olduğu nəzərə alınmalıdır. Fiziki, psixi və sosial cəhətdən naqis uşaq onun xüsusi vəziyyətinə görə zəruri olan xüsusi rejim, təhsil və qayğı ilə təmin ediməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbıq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmış qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini, 03 iyul 2009cu ildə anadan olmuş X9 psixoloji durumunu, onun fikrini, atasına olan bağlılığını nəzərə alıb hesab edir ki, 03 iyul 2009-cu ildə anadan olmuş X9 atası İddiaçı yanında qalması müəyyən olunmalı, həmin uşağın Cavabdeh alınaraq iddiaçı X12 verilməli, bununla da iddia bu hissədə təmin olunmalıdır. O ki qaldı iddiaçı X9 03 iyul 2009-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması tələbinə məhkəmə, tərəflərdən hər biri ilə uşaq qalmasını və tərəflərin stabil qazanca malik olaraq maddi cəhətdən təminatlı olmalarını nəzərə alıb, hesab edir ki, uşaqların saxlanması üçün aliment tutulmasına lüzum qalmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə xərcləri ekspertiza tədqiqatının dəyərindən və dövlət rüsumundan ibarətdir. İşə əlavə edilmiş ekspetiza xərclərinə dair bildirişdən və mədaxil qəbzindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır, iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçı X12 verilməli, dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul alınaraq dövlət nəfinə, 100 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Birgə nikahdan 03 iyul 2009-cu ildə anadan olmuş X15 Cavabdeh alınaraq iddiaçı X12 verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat məbləğində pul iddiaçı X15 və Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı X12 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar