Məhkəmə qərarları › İş №2(032)-1518/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1518/2025

02.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1518/2025 02.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, Cavabdeh Şirvan şəhər X18 Hüquqi Şəxsin hüquqşünası Nümayəndə1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X48 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi X3rşı 18-1-35/3-1-937/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli əmrinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi X3rşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ona inzibati tənbehin verilməsi barədə 18-1-35/3-1-937/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin avqust ayından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin olunmuş X7 və həmin ilin noyabr ayından İnzibati İşlər üzrə direktor müavini vəzifəsinə təyin olunan X10 təyin olunduqları vaxtdan etibarən xəstəxanada özbaşınalıqlar, rüşvətxorluq baş alıb gedir, işəgötürmədə qohumbazlıq olunur və təlimatlar belə nəzərə alınmır, dövlət büdcəsinə küllü miqdarda ziyan vurulur. Xeyli sayda ödənişli arayışların rüsumu dövlətə ödənilmir, saxta xəstəlik vərəqələri və sənədlər verilir. "Aylıq" vermədiyi üçün yerinə rüşvət qarşılığında adam tapıblar. Buna görə də onu işdən çıxartmaqla təhdid edirlər və bunun üçün hər bir qanunsuzluqlara əl atırlar, ona "Töhmət" verirlər, rəhbərlik tərəfindən vəzifə qanunsuzluqlara əl atırlar, səlahiyyətləri kobud şəkildə pozulur. Bir qrup işçi ilə əlbir olub ona qarşı haqsızlıqlar və ədalətsizliklər edir, qanunsuz qərarlar verirlər. Səbəb isə onlarla razılaşmamağıdır. Hər iki valideyni Naxçıvanlı olduğu halda rəhbərlik tərəfindən öyrədilmiş işçi Vüqar Qurbanova yazdığı məktubunda onu "Erməni" adlandırmışdır. Bütün bu haqsızlığa xəstəxananın Həmkarlar İttifaqının sədri Mehparə Səmədova da qərəzli münasibətdə olduğuna görə İttifaqın üzvülüyüdən çıxmaq məcburiyyətində qalmışdır. xx.xx.2025 vǝ xx.xx.2025-ci il tarixlərində işə gəlməyəcəyinə görə direktorun adına ərizə yazmaqla icazə almış və bu günlərin maaşı hesablanmamışdır. Əgər bu qanunidirsə xəstəxanada hər gün bu hallar olduğu halda nəyə görə qanun məhz ona tətbiq olunur?! Bu barədə Əmək müfəttişliyinə və Maliyyə Nazirliyinə müraciət etdiyimə görə təcili surətdə Tibbi Şura çağırılaraq iclas keçirilmişdir. İclasın sonunda heç bir səbəb olmadan və Şura üzvülərinin fikri ilə "Töhmət" verilmişdir. Adları xəstəxanada gedib, özləri soruşulmadan, xəstəxanasının yolunu belə tanımayan xeyli sayda işçilər olduğu halda onlara nəyə görə və necə iş günü yazılır?! Vüqar Qurbanova, Rüstəmbəyov və Rəhimzadə barədə yüz dəfələrlə müraciət etməyinə baxmayaraq nəticəni onların xeyrinə həll edib. Belə qərara gəlmək olar ki, X19 və Rəhimzadənin yanında gözü kölgəlidir. Baş prokurorluğa etdiyi müraciətlərdən sonra Şirvan Şəhər Prokurorluğuna onların gördükləri qanunsuz əməlləri barədə təqdim etdiyi dəlillərə görə araşdırmalar aparıldığı bir vaxtda onlar yenə də öz cinayət işlərindən nəinki əl çəkmirlər, əksinə hələ də davam edirlər. Ona qarşı edilən bu haqsızlıqlar artıq sağlamlığında ciddi problemler yaradıb. Həmçinin ona qarşı olan qərəzin qaynaqlarından biridə odur ki, xəstəxanada baş verən özbaşınalıqlara göz yuma bilmir və bütün bu özbaşınalıqlarla bağlı həm xəstəxana rəhbərliyinə, həm də müvafiq orqanlara məlumat vermiş, onları olanlarla bağlı xəbərdar etmişdir. Lakin etdiyi xəbərdarlıqların bir nəticəsi olmamışdır. Rəhbərlik xəstəxanada baş vermiş bütün bu olanlara göz yumur. Nə səbəbə, hansı marağa görə belə etdiyini bilmir. Hətta bölmə müdirlərinin işçilər üzərində nəzarət etməmələri və öz vəzifə səlahiyyətlərini yerinə yetirməmələri ilə bağlı xəstəxana rəhbərliyinə məlumatlar vermişdir. Eləcədə yuxarıda qeyd etdiyi və iddia ərizəsinə əlavə etdiyi müraciətlərdən adları qeyd olunan bölmə müdirlərinin və işçilərin məsuliyyətə cəlb olunması ilə bağlı xəstəxana rəhbərliyinə müraciətlər etdi. Çünki onun həmin şəxsləri məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur, onları tənbeh edə bilmir. Lakin rəhbərlik tərəfindən heç bir tədbir görülmədi. Hətta iş o yərə gəlib çatdı ki, rəhbərliyə müraciət ünvanlayaraq onun xəbəri olmadan və ona xəbərdarlıq edilmədən şöbəyə rəhbərlik tərəfindən verilən tapşırıqlara heç bir məsuliyyət daşımadığını bildirdi. Ona qarşı o qədər qərəzlilik vardır ki, hətta rəhbərlik tərəfindən xəstəxanada aparılan yeniliklər barədə ona məlumat verilmir, həmin yeniliklərdən uzaq tutulur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini madafiə edərək bildirmişdir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Xəstə Xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışmış, vəzifə öhdəliklərini vicdanla və tam şəkildə yerinə yetirmişdir. Onun sözlərinə görə, 2023-cü ilin avqust ayından xəstəxanaya yeni rəhbərlik təyin olunduqdan sonra müəssisədə bir sıra qanunsuz hallar baş vermiş, işçilər arasında intizamın pozulması, davamiyyət qaydalarına əməl edilməməsi və digər nöqsanlar müşahidə olunmuşdur.İddiaçı bildirmişdir ki, həmin hallara göz yummamış, rəhbərliyə və aidiyyəti qurumlara məlumat vermiş, lakin müraciətlərinə adekvat reaksiya verilməmişdir. Əksinə, onun sözlərinə görə, bu müraciətlərdən sonra ona qarşı qərəzli münasibət formalaşmış və rəhbərlik tərəfindən təzyiqlərə məruz qalmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, bəzi əməkdaşlar tərəfindən iş vaxtı rejiminə əməl olunmaması, davamiyyət kitablarının imzalanmaması və verilmiş tapşırıqların icra edilməməsi halları barədə məlumat versə də, bu faktlara münasibətdə tədbir görülməmişdir. O, bu məsələlərə görə məsuliyyət daşımadığını, çünki həmin şəxslər barəsində intizam tədbiri görmək səlahiyyətinin olmadığını bildirmişdir. İddiaçı izahatında göstərmişdir ki, ona qarşı tətbiq edilmiş 08 iyul 2025-ci il tarixli 18-1-35/3-1-937/2025 nömrəli əmrlə verilmiş şiddətli töhmət əsassızdır. Onun sözlərinə görə, əmrdə “işində yol verdiyi nöqsanlar” ümumi ifadə ilə göstərilmiş, lakin konkret hansı hərəkət və ya hərəkətsizliyə görə məsuliyyətə cəlb olunduğu açıqlanmamışdır. Bundan əlavə, iddiaçı bildirmişdir ki, intizam tənbehi tətbiq olunmazdan əvvəl onun yazılı izahatı lazımi qaydada alınmamış, həmkarlar ittifaqının rəyinə müraciət edilməmiş, yoxlama aparılmamış və komissiya yaradılmamışdır. O, həmçinin qeyd etmişdir ki, intizam tənbehi verilərkən onun uzunmüddətli əmək fəaliyyəti, peşəkarlıq səviyyəsi və kollektivdəki nüfuzu nəzərə alınmamışdır. İddiaçı öz izahatında ona qarşı münasibətin qərəzli xarakter daşıdığını, rəhbərlik tərəfindən verilmiş intizam tənbehinin ədalətsiz olduğunu və qanunsuz əmrin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Şirvan şəhər X18 Hüquqi Şəxsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia ərizəsinin əsassız olduğunu, İddiaçı barəsində görülən bütün intizam tədbirlər Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün normativ aktlara uyğun şəkildə həyata keçirilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X48 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi 23 iyun 2025-ci il tarixli, 18-1/2-5273/2025 nömrəli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X48 Daxili nəzarət və monitorinq departamenti tərəfindən hazırlanmış xidməti məruzənin nəticələrinə əsaslanmışdır. Həmin məktubdan görünür ki, xəstəxanada aparılmış yoxlama zamanı elektron sistemlərdə və tibbi sənədləşmədə çoxsaylı və sistemli xarakter daşıyan nöqsanlar aşkar edilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilmiş həkimlərin e-təbib sistemində deaktiv edilmədiyi halda onların adlarına 2024 və 2025-ci illər ərzində tibbi xidmətlərin rəsmiləşdirilməsi, xəstəxanada faktiki fəaliyyət göstərməyən şəxslərin adlarına tibbi xidmət qeydlərinin aparılması, müxtəlif ixtisaslı həkimlərin sistemdə başqa ixtisas adı ilə daxil edilərək onların adlarına tibbi xidmətlərin qeyd olunması müəyyən edilmişdir. Bundan əlavə, vəfat etmiş şəxslərin adlarına e-təbib və VSİS sistemlərində tibbi xidmətlərin və reseptlərin rəsmiləşdirilməsi, eləcə də TSERAS alt sisteminə vəfat etmiş vətəndaşlar üzrə göndərişlərin imzalanaraq ötürülməsi halları aşkar edilmişdir. Araşdırma nəticəsində həmçinin 2024-cü il ərzində təqdim edilmiş tibbi arayışlarda və TQS formalarında ciddi nöqsanların mövcudluğu, bir sıra hallarda diaqnozların gücləndirilmiş elektron imza ilə təsdiq edilməməsi, eləcə də elektron sistemlərdə aparılmış təhlil zamanı bir qrup işçi üzrə əlillik diaqnozlarının yetərli əsaslandırılmaması müəyyən edilmişdir. Aşkar edilmiş nöqsanlar vəzifə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə bağlıdır və bu səbəbdən bir neçə struktur rəhbəri, o cümlədən Xəstə xidmətləri şöbəsinin müdiri barədə intizam tənbehi tədbirlərinin tətbiqi məqsədəuyğun hesab edilmişdir. İddiaçı həmin dövrdə Xəstə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışmış və elektron tibbi xidmətlərin təşkili, qeydiyyat proseslərinə nəzarət və sistem üzrə koordinasiya onun funksional vəzifə dairəsinə daxil olmuşdur. Elektron platformalarda real vəziyyətə uyğun olmayan qeydlərin aparılması, deaktiv edilməli şəxslərin sistemdə aktiv qalması və vəfat etmiş vətəndaşların adlarına tibbi xidmətlərin rəsmiləşdirilməsi kimi hallar struktur rəhbəri tərəfindən lazımi nəzarətin təmin edilmədiyini göstərir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs hesab etmişdir ki, aşkar olunmuş pozuntular təsadüfi və ya sırf texniki xarakter daşımamış, təşkilati və nəzarət mexanizmlərindəki boşluqlar nəticəsində baş vermişdir. Bu isə vəzifəli şəxs kimi iddiaçının əmək funksiyalarının lazımi səviyyədə yerinə yetirilməməsi ilə əlaqələndirilmişdir. İntizam tənbehi tətbiq edilərkən yuxarı orqanın rəsmi xidməti məruzəsi əsas götürülmüş, qərar araşdırma materialları əsasında qəbul edilmiş və tətbiq olunan tədbir pozuntuların xarakteri ilə mütənasib hesab edilmişdir. Bu səbəbdən iddiaçının intizam tənbehinin əsassız olması barədə iddiasını qəbul etmədiyini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X58 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X48 07 aprel 2025-ci il tarixli, 18-1-35/3-1- 362/2025 nömrəli inzibati tənbehi haqqında əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xəstə xidmətləri şöbəsinin müdiri İddiaçı əmək və icra intizamını pozduğu üçün töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X58 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X48 xx.xx.2025-ci il tarixli, 18-1-35/3-1- 937/2025 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xəstə xidmətləri şöbəsinin müdiri İddiaçı işində yol verdiyi nöqsanlar nəzərə alınmaqla sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X58 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X48də keçirilən yoxlama barədə 16 may 2025-ci il tarixli aktdan görünür ki, Xəstəxanada aparılan yoxlamalar nəticəsində aşağıdakı nöqsanlar aşkarlanmışdır: • Əmək müqaviləsinə xitam verilmiş həkimlərin (X41-xx.xx.2022, X42-xx.xx.2023, X54-xx.xx.2023, X33-xx.xx.2023, X14-xx.xx.2024, X28-xx.xx.2024, X49-xx.xx.2024, X43xx.xx.2024, Fərəc-zadə Gülnur Teyfur-xx.xx.2025) adlarının e-təbib portalında deaktiv edilməməsi və 2024-cü və 2025-ci il ərzində sözügedən portala adlarına tibbi xidmət qeyd edilməsi; • Xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi vəzifəsində çalışmış X34, X46, X50, X21, X2 adlarının e-təbib elektron portalında “həkim-terapevt”, İbrahimov Bəxtiyar Bakı, X55, X35, X8 adlarının e-təbib elektron portalında “həkim-pediatr” kimi daxil edilməsi və adlarına tibbi xidmətlərin qeyd edilməsi; • Xəstəxanada əmək fəaliyyəti göstərməmiş X40, X23, X24 və X30 adlarına e-təbib elektron portalında tibbi xidmət qeyd edilməsi; • Xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi vəzifəsində çalışan X20 e-təbib elektron portalında “həkim-terapevt” kimi daxil edilməsi və adına tibbi xidmətlərin qeyd edilməsi; • 2024-cü il ərzində xəstəxanada əməliyyat olunmuş və stasionar müalicə almış vətəndaşlara məxsus 153675 (yüz əlli üç min altı yüz yetmiş beş) AZN məbləğində tibbi xidmət sənədlərinin ekspertiza prosesinə müvafiq qaydada təqdim edilməməsi (radioloji nəticələr olmamaqla) səbəbindən ödənişdən imtina edilməsi; • X1 (FİN-3GBB9ZC) xx.xx.2024-cü il tarixində “vəfat” etməsinə baxmayaraq, X22 Sisteminin (VSİS) “Həkim-endokrinoloq” modulunda xx.xx.2024-cü il tarixində “Dispanser xəstənin müşahidəsi” və 52742290 nömrəli “resept”in yazılması; • X4 (FİN-3VC08KS) xx.xx.2020-ci il tarixində “vəfat” etməsinə baxmayaraq e-təbib elektron portalında xx.xx.2024-cü il tarixində həkim-endokrinoloq adına “ixtisaslı tibbi xidmət”in qeyd edilməsi və müraciətin E11.4-İnsulindən asılı olmayan şəkərli diabet, Nevrologiya ağırlaşmaları diaqnozu ilə bağlanması, vətəndaş X31 (FİN-006NE2C) xx.xx.2024-cü il tarixində “vəfat” etməsinə baxmayaraq e-təbib elektron portalında xx.xx.2024-cü il tarixində həkim-kardioloq adına “ixtisaslı tibbi xidmət” və “ən azı 12 aparmalı elektrokardioqram (EKQ) qeydi, izah və nəticə” qeyd edilməsi və müraciətin İ11- “Ürəyin hipertenziv xəstəliyi” diaqnozu ilə bağlanması, vətəndaş X26 (FİN-3FG18BT) xx.xx.2024-cü il tarixində “vəfat” etməsinə baxmayaraq e-təbib elektron portalında xx.xx.2024-cü il tarixində həkim-kardioloq adına “ixtisaslı tibbi xidmət” və “ən azı 12 aparmalı elektrokardioqram (EKQ) qeydi, izah və nəticə” qeyd edilməsi və müraciətin İ21.0-“Miokardın ön divarının kəskin transmural infarktı” diaqnozu ilə bağlanması, vətəndaş X11 (FİN-3QJ5698) xx.xx.2024-cü il tarixində “vəfat” etməsinə baxmayaraq etəbib elektron portalında xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixlərində həkimkardioloq adına “ixtisaslı tibbi xidmət” və “ən azı 12 aparmalı elektrokardioqram (EKQ) qeydi, izah və nəticə” qeyd edilməsi və hər iki müraciətin İ25.5-“İşemik kardiomiopatiya” diaqnozu ilə bağlanması və vətəndaş X17 (FİN-48A36B1) xx.xx.2024-cü il tarixində “vəfat” etməsinə baxmayaraq e-təbib elektron portalında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində həkim-kardioloq adına “ixtisaslı tibbi xidmət” və “ən azı 12 aparmalı elektrokardioqram (EKQ) qeydi, izah və nəticə” qeyd edilməsi və hər iki müraciətin İ25.5- “İşemik kardiomiopatiya” diaqnozu ilə bağlanması; • Xəstəxanada çalışan və əlilliyi olan 34 işçinin sənədlərinə elektron sistemlər (etəbib, VSİS) üzərindən baxış keçirilmiş, 7 işçinin əlillik diaqnozunu təsdiq edən ambulator və ya stasionar müayinə və müalicələrin yetərsiz olduğu, nəticədə ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinə (tibbi rəy) və müalicə olunmasına ehtiyac yarandığı; • Xəstəxana tərəfindən 2024-cü ilin yanvar-2025-ci ilin may ayları çərçivəsində vətəndaşlara təqdim edilən tibbi arayışlarda (23 ədəd sürücülük, 50 ədəd sağlamlıq, ümumilikdə 73 ədəd olmaqla) müəyyən nöqsanlar (vətəndaşlara aid əlillik diaqnozlarının gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş formalarda (TQS № 083 və 086) qeyd olunmaması, əlillik diaqnozları “xroniki böyrək çatışmazlığı terminal mərhələ, renal anemiya, nefrogen hipertenziya, ekstrakorporal dializ, proqramlı hemodializ, böyrəklərin polikistozu, insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip ağır forma, uremik” qeyd edilməməsi. ensefalopatiya - əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var”, “Keçirilmiş ağır açıq KBT-nin davamlı fəsadı, sağ tərəfli dərin spastik hemiparez, kobud motor afakiya - əmək qabiliyyətsizdir”, “Oliqofreniya, ağır debillik dərəcəsində davranış pozğunluğu ilə, keçirilmiş poliomielitin davamlı qalıq əlamətləri, sağ aşağı ətrafın üstünlüyü ilə paraparez - əmək qabiliyyətsizdir”, “Uşaq serebral iflici, atonik-astatik forma, tez-tez müşahidə olunan qıcolma tutmaları ilə, intellekt inkişafdan qalmış”, “Postradiasion toksik ensefalopatiya, kəskin ifadəli asteno nevrotik vəziyyət - əmək qabiliyyətsiz”, “Şizofreniya paranoid forma fasiləsiz tip gedişli nevrozabənzər əlamətlərin üstünlüyü, psixi qüsur halı əmək qabiliyyətsizdir”, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli sensorinevral ağır eşitmə İV dərəcəli, praktik karliq “birinci”, “ikinci” və “üçüncü” dərəcəli əlil (əmək zəmanəti-əmək qabiliyyətsiz” daxil olmaqla) olan vətəndaşlara “sürücülüyə yararlıq” (işə qəbul olmaqla yararlıdır, B və C kateqoriyaları) və “əmək zəmanəti”-əmək qabiliyyətsizdir-“ÜİX sakitlik və gərginlik stenokardiyası İİ-İİİ f.s., sol mədəciyin ön divarının intramural infarktı, hipertoniya xəstəliyi İİ mərhələ, QDC İİ dərəcə, işləmə qabiliyyəti məhdudlaşdırılmış, hissəvi bağırsaq keçməməzliyi, irinli nekrotik enterit entero qastrit, xroniki xolesistit, nevrosteniya”, “ağır fiziki işlərdən azaddır”-“Oliqofreniya debillik dərəcəsində nitq və davranış pozuntusu ilə”, “görmə itiliyi tələb olunmayan işlərdə işləyə bilər”-“Mürəkkəb hipermetropik astiqmatizm, sağda Hm 4,0 və 3,0, solda Hm 7,0 və 4,0 oxlarla, VİSOD=0,3/ki/e 0,7(onda yeddi), VİSOS=0,02 kütm/üz(iyirmi iki), anopsiya nəticəsində ambliopiya, monokulyar korluq, müştərək daxili çəpgözlük”, “Eşitmənin aktiv iştirakı olmayan işlərdə işləyə bilər”- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV dərəcəli neyrosensor ağır eşitmə”, “məhdud əmək qabiliyyətli”-“Oliqofreniya, ağır debillik dərəcəsində, psixopatozabənzər davranış” olan vətəndaşlara “işə daxil olmaq” üçün (peşə yararlılığı haqqında həkim rəyi-yararlı”, yəni müvafiq “əmək zəmanətləri” qeyd edilmədən) “sağlamlıq” arayışlarının təqdim edilməsi, ambulator tibbi kitabçaların (TQS № 025) bir qismində müayinə nəticələrinin müvafiq həkimlər tərəfindən qeyd olunmaması və ümumilikdə 12 ədəd TQS № 025-in təqdim edilməməsi); • Aşağıda adları qeyd olunan “vəfat” etmiş vətəndaşların “əlilliyin qiymətləndirilməsi” məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X16 (TSERAS) ötürülməsi:

1. X9 (FİN-45DZ3JS) xx.xx.2025-ci il tarixində “vəfat” etməsinə baxmayaraq adına rəsmiləşdirilmiş göndərişin (TQS № 088) e-təbib portalında xx.xx.2025-ci il tarixində “imzalanaraq” TSERAS-a ötürülməsi;

2. X12 (FİN-379AHC4) xx.xx.2025-ci il tarixində “vəfat” etməsinə baxmayaraq adına rəsmiləşdirilmiş göndərişin (TQS № 088) e-təbib portalında xx.xx.2025-ci il tarixində “imzalanaraq” TSERAS-a ötürülməsi;

3. X13 (FİN-3HU1G2Z) xx.xx.2025-ci il tarixində “vəfat” etməsinə baxmayaraq adına rəsmiləşdirilmiş göndərişin (TQS № 088) e-Təbib portalında xx.xx.2025-ci il tarixində “imzalanaraq” TSERAS-a ötürülməsi; İş materiallarına əlavə edilmiş 12 iyun 2025-ci il tarixli xidmət məruzəsindən və 23 iyun 2025-ci il tarixli məktubdan görünür ki, xəstəxanada elektron səhiyyə informasiya sistemlərində və tibbi sənədləşmə prosesində aşağıdakı nöqsanlara yol verilmişdir:

1. Əmək müqaviləsinə xitam verilmiş həkimlərin e-təbib elektron portalında deaktiv edilməməsi və 2024-cü və 2025-ci illər ərzində həmin şəxslərin adlarına tibbi xidmətlərin qeyd edilməsi faktları aşkar edilmişdir.

2. Təcili və təxirəsalınmaz tibbi yardım üzrə çalışmış həkimlərin e-təbib elektron portalında ixtisaslarına uyğun olmayan (“həkim-terapevt”, “həkim-pediatr”) formada daxil edilməsi və adlarına tibbi xidmətlərin rəsmiləşdirilməsi halları müəyyən edilmişdir.

3. Xəstəxanada faktiki əmək fəaliyyəti göstərməmiş şəxslərin adlarına e-təbib elektron portalında tibbi xidmətlərin qeyd edilməsi halları mövcuddur.

4. 2024-cü il ərzində xəstəxanada əməliyyat olunmuş və stasionar müalicə almış vətəndaşlara dair 153.675 AZN məbləğində tibbi qeydiyyat sənədlərinin ekspertiza prosesinə müvafiq qaydada təqdim edilməməsi səbəbindən ödənişdən imtina olunmuşdur.

5. “Vəfat” etmiş şəxslərin adlarına sonrakı tarixlərdə e-təbib və VSİS sistemlərində tibbi xidmətlərin, reseptlərin və ixtisaslı tibbi müdaxilələrin qeyd edilməsi faktları müəyyən edilmişdir.

6. Əlilliyi olan 34 işçinin sənədlərinə elektron sistemlər üzərindən baxış keçirilmiş, onlardan 7 nəfər üzrə əlillik diaqnozunu təsdiq edən ambulator və ya stasionar müayinə və müalicələrin yetərsiz olduğu müəyyən edilmişdir.

7. 2024-cü ilin yanvar – 2025-ci ilin may ayları ərzində vətəndaşlara təqdim edilmiş tibbi arayışlarda (TQS № 083 və 086), habelə ambulator tibbi kitabçalarda (TQS № 025) müayinə nəticələrinin müvafiq qaydada qeyd olunmaması və bir hissəsinin təqdim edilməməsi halları aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, iş materiallarını və tətbiq edilməli hüquq normalarını araşdırıb qiymətləndirərək aşağıdakı nəticəyə gəlmişdir. İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona inzibati tənbehin (sonuncu xəbərdarlıqla şiddətli töhmətin) verilməsi barədə 18-1-35/3-1-937/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli əmrin ləğv edilməsini xahiş etmiş, tələbin əsasını, əsasən, xəstəxanada rəhbərlik tərəfindən yol verilən qanunsuzluqlar, ona qarşı qərəzli münasibət, müraciətlərinə reaksiya verilməməsi, eləcə də intizam tənbehinin tətbiqi zamanı əmrdə “işində yol verdiyi nöqsanlar” ifadəsinin ümumi göstərilməsi, ondan yazılı izahatın alınmaması, komissiya yaradılmaması və həmkarlar ittifaqının rəyinə müraciət edilməməsi kimi hallar ilə izah etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Xəstə Xidmətləri şöbəsinin müdiri kimi vəzifə öhdəliklərini vicdanla yerinə yetirmiş, xəstəxanada baş verən intizamsızlıq və özbaşınalıqlar barədə rəhbərliyi və aidiyyəti qurumları xəbərdar etmiş, lakin bunun nəticəsində ona qarşı təzyiq formalaşmış və əsassız intizam tənbehi tətbiq edilmişdir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada həyata keçirilmiş, intizam tədbiri işəgötürənin səlahiyyətləri daxilində, mövcud pozuntuların xarakteri və işdə mövcud materiallar nəzərə alınmaqla tətbiq edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs – Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X48 nümayəndəsi məhkəmədə izahat verərək bildirmişdir ki, iddiaçı barəsində intizam tənbehi 23 iyun 2025-ci il tarixli, 18- 1/2-5273/2025 nömrəli məktubla xəstəxanaya təqdim edilmiş yoxlama nəticələrinə, həmin yoxlamaya dair xidmət məruzəsinə və aktlara əsasən tətbiq edilmişdir. Həmin sənədlərdən görünür ki, elektron səhiyyə sistemlərində və tibbi sənədləşmə prosesində çoxsaylı, sistemli və təşkilati nəzarətə birbaşa bağlı pozuntular aşkar olunmuş, o cümlədən əmək münasibətlərinə xitam verilmiş şəxslərin e-təbib sistemində deaktiv edilməməsi və onların adlarına tibbi xidmətlərin rəsmiləşdirilməsi, faktiki fəaliyyət göstərməyən şəxslərin adlarına tibbi xidmətlərin daxil edilməsi, həkimlərin ixtisasına uyğun olmayan statuslarla sistemə daxil edilməsi, “vəfat etmiş” şəxslərin adlarına müxtəlif tarixlərdə tibbi xidmətlərin, reseptlərin və göndərişlərin rəsmiləşdirilməsi, 153.675 AZN məbləğində tibbi xidmət sənədlərinin ekspertiza prosesinə müvafiq qaydada təqdim edilməməsi səbəbindən ödənişdən imtina edilməsi, əlilliyi olan işçilər üzrə sənədlərin yetərsizliyi, TQS formaları üzrə qeydlərdə çatışmazlıqlar, TQS № 025 üzrə kitabçaların bir qismində müayinə nəticələrinin qeyd edilməməsi və bir qisminin təqdim edilməməsi kimi hallar müəyyən edilmişdir. 3-cü şəxs izahatında həmin pozuntuların təsadüfi deyil, təşkilati və nəzarət mexanizmlərində boşluqlar nəticəsində baş verdiyini, iddiaçının isə həmin dövrdə Xəstə Xidmətləri şöbəsinin müdiri kimi elektron tibbi xidmətlərin təşkili və qeydiyyat proseslərinə nəzarət funksiyalarını icra etdiyini qeyd etmiş, bu səbəbdən intizam tədbirinin məqsədəuyğun hesab edildiyini bildirmişdir. Məhkəmə, ilk növbədə, mübahisənin predmetini müəyyən edir ki, hazırkı işdə yoxlanılmalı olan əsas məsələ, 08 iyul 2025-ci il tarixli 18-1-35/3-1-937/2025 nömrəli əmrlə iddiaçıya tətbiq edilmiş intizam tənbehinin hüquqi əsasının olub-olmaması və həmin intizam tənbehinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş tətbiq qaydasına uyğun həyata keçirilib-keçirilməməsidir. İddiaçının ərizəsində geniş yer tutan rüşvətxorluq, qohumbazlıq, saxta sənədlər verilməsi, konkret şəxslərin guya cinayət xarakterli əməlləri, prokurorluq orqanlarında araşdırmaların aparılması, o cümlədən təhqiramiz ifadələrə dair iddialar mübahisənin birbaşa predmeti olan intizam tənbehinin qanuniliyini yalnız o həcmdə təsirləndirə bilər ki, həmin hallar konkret sübutlarla intizam tənbehinin məhz qeyri-qanuni motivlə, yəni xidmət zərurəti və intizam qaydaları ilə əlaqəsiz şəkildə tətbiq edildiyini etibarlı şəkildə göstərsin. Bu baxımdan, MPM-in 76.1, 76.2, 77.1 və 81-ci maddələrinin tələblərinə əsasən, iddiaçının ümumi xarakterli bəyanatları, emosiya və mülahizələrdən ibarət izahatları işin halları üzrə təkbaşına sübut kimi qəbul edilə bilməz, onlar işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçının barəsində daha əvvəl 07 aprel 2025-ci il tarixli 18-1-35/3-1-362/2025 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun töhmət tətbiq edilmiş, sonradan 08 iyul 2025-ci il tarixli 18-1-35/3-1-937/2025 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hər iki əmrin mövcudluğu iş materialları ilə təsdiq olunur. Habelə iş materiallarında 16 may 2025-ci il tarixli yoxlama aktı, 12 iyun 2025-ci il tarixli xidmət məruzəsi və 23 iyun 2025-ci il tarixli 18-1/2-5273/2025 nömrəli məktub mövcud olmaqla, həmin sənədlərdə elektron səhiyyə sistemlərində və tibbi sənədləşmə prosesində geniş spektrli nöqsanların aşkar edildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, intizam tənbehinin qanuniliyi baxımından iki əsas aspekt qiymətləndirilməlidir: (1) intizam tənbehinin maddi əsasının – yəni intizam xətasının mövcudluğu və iddiaçının əmək funksiyası ilə əlaqəliliyi; (2) intizam tənbehinin prosessual əsasının – yəni tətbiq qaydasına (müddət, izahatın alınması, eyni xətaya görə bir neçə tənbeh verilməməsi və s.) riayət edilməsi. Maddi əsasla bağlı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi işçinin əsas vəzifələrini, o cümlədən əmək funksiyasını vicdanla yerinə yetirməyi, əmək və müəssisədaxili intizam qaydalarına əməl etməyi, əmək qanunvericiliyinin tələblərinə riayət etməyi nəzərdə tutur. Əmək Məcəlləsinin 311-ci maddəsinə görə tərəflərdən biri əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri və əmək qanunvericiliyinin tələblərini pozaraq digər tərəfə ziyan vurarsa, 186-cı maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir; həmin maddənin 2-ci hissəsində isə bu hallarda işəgötürənin tətbiq edə biləcəyi intizam tənbehləri, o cümlədən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” nəzərdə tutulur. İş materiallarında olan 16 may 2025-ci il tarixli aktda, 12 iyun 2025-ci il tarixli xidmət məruzəsində və 23 iyun 2025-ci il tarixli məktubda sadalanan pozuntuların xarakteri və miqyası, onların elektron sistemlərdə xidmətlərin qeydiyyatı, göndərişlərin rəsmiləşdirilməsi, arayışların və formaların doldurulması, tibbi sənədləşmə və ekspertiza proseslərinə sənədlərin təqdim edilməsi kimi məhz “xəstə xidmətləri” və ona bağlı qeydiyyat-təşkilati mexanizmlərlə birbaşa bağlı sahələrdə baş verməsi, məhkəməyə əsas verir ki, həmin pozuntular struktur bölmə səviyyəsində təşkilati nəzarətin zəifliyini və əmək funksiyasının lazımi qaydada icra edilməməsi riskini göstərə bilən hallardır. Burada vacib məqam odur ki, intizam tənbehi işçinin mütləq şəkildə bütün pozuntuları şəxsi icra etməsinə görə deyil, onun vəzifə səlahiyyətləri çərçivəsində təşkilati nəzarət və koordinasiya öhdəliklərinin lazımi səviyyədə icra edilməməsinə görə də tətbiq oluna bilər. Çünki Əmək Məcəlləsi intizam məsuliyyətinin yaranmasını təkcə bilavasitə hərəkətlə deyil, həm də əmək funksiyasının keyfiyyətsiz icrası və müəssisədaxili intizam qaydalarının pozulması ilə əlaqələndirir. İddiaçının məhkəmə iclasında “mənim həmin şəxsləri tənbeh etmək səlahiyyətim yoxdur” məzmunlu izahatı, öz-özlüyündə, struktur rəhbəri kimi nəzarət, koordinasiya, xəbərdarlıq və təşkilati tədbirlərin görülməsi borcunu aradan qaldırmır və bu izahat intizam tənbehinin maddi əsasını avtomatik şəkildə istisna etmir. Əksinə, iş materiallarından görünür ki, pozuntuların bir qismi sistemlərdə qeydiyyatın düzgün aparılmaması, statusların yanlış seçilməsi, deaktiv etmə prosedurlarının icra edilməməsi, sənədlərin ekspertizaya tam təqdim olunmaması kimi idarəetmə və təşkilati nəzarət müstəvisində olan hallardır. İddiaçının “əmrdə konkret hansı nöqsanlara görə tənbeh verildiyi göstərilməyib” arqumentinə gəldikdə, məhkəmə qeyd edir ki, intizam tənbehi barədə əmrdə qısa ifadələrin işlədilməsi təkcə ona görə əmri qanunsuz etmir ki, həmin əmrin qəbul edilməsinə əsas olmuş materiallar – bu halda yoxlama aktı, xidmət məruzəsi və yuxarı orqanın məktubu – iş materiallarında mövcuddur, məhkəmə baxışında tədqiq edilmişdir və tənbehin məhz hansı faktiki hallara istinadən tətbiq olunduğunu müəyyən etməyə imkan verir. Digər tərəfdən, Əmək Məcəlləsi işəgötürənin intizam tənbehini tətbiq etmək hüququnu işçinin əmək funksiyasının yerinə yetirilməməsi və ya keyfiyyətsiz yerinə yetirilməsi ilə bağlayır. İşəgötürənin bu qiymətləndirməsi isə müvafiq xidmət araşdırması və ya yoxlama materialları ilə əsaslandırıldıqda, məhkəmə həmin qiymətləndirmənin obyektiv əsaslarının olub-olmamasını yoxlayır. Hazırkı işdə belə əsaslar kimi təqdim edilən akt, xidmət məruzəsi və məktub mövcuddur və onların məzmunu pozuntuların çoxsaylı və sistemli olduğunu göstərir. Prosessual əsasla bağlı, iddiaçı intizam tənbehinin tətbiqi zamanı ondan yazılı izahatın alınmadığını, komissiya yaradılmadığını, həmkarlar ittifaqının rəyinin alınmadığını bildirmişdir. Məhkəmə bu arqumentləri ayrıca qiymətləndirir. Əmək Məcəlləsinin 187.1-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, intizam tənbehi verilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat tələb etməlidir və işçinin izahat verməkdən imtina etməsi intizam tənbehinin verilməsinə mane olmur. İş üzrə məhkəmə iclasında iddiaçının geniş izahatı dinlənilmiş, iddiaçı intizam tənbehi ilə bağlı öz mövqeyini ətraflı təqdim etmişdir. Lakin, iddiaçının “izahatım tələb olunmayıb” iddiasını təsdiqləyən elə sübutlar təqdim olunmamışdır ki, məhkəmə həmin prosessual pozuntunu mübahisəsiz və qəti şəkildə müəyyən etsin. Bu hissədə sübutetmə yükü MPM-in 77.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfin üzərindədir. İddiaçının təkcə bəyanatı ilə, işəgötürənin izahat tələb etmədiyi faktı məhkəmə tərəfindən mütləq həqiqət kimi qəbul edilə bilməz. Bundan başqa, hətta izahatın alınması prosedurunda qüsur olduğu fərz edilsə belə, məhkəmə hər bir prosessual qüsurun avtomatik olaraq əmrin ləğvini şərtləndirmədiyini, qüsurun işin nəticəsinə təsir dərəcəsinin də qiymətləndirilməli olduğunu nəzərə alır. Hazırkı işdə isə intizam tənbehinin maddi əsaslarını təşkil edən yoxlama materialları mövcud olmuş, iddiaçı isə həmin materiallarda göstərilən faktların böyük hissəsini məhz “mən tənbeh edə bilmirəm, səlahiyyətim yoxdur” arqumenti ilə izah etməyə çalışmışdır ki, bu da özlüyündə təşkilati nəzarət borcunu istisna etmir. Komissiya yaradılmaması ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsində intizam tənbehinin tətbiqi üçün mütləq qaydada komissiya yaradılması tələbi ümumi qayda kimi təsbit edilməmişdir. İşəgötürən intizam tənbehini mövcud araşdırma materialları əsasında, işçinin izahatı alınmaqla tətbiq edə bilər. İddiaçı komissiyanın yaradılmasının məhz hansı normativ aktla məcburi olduğunu, habelə bu məcburiyyətin hazırkı işə tətbiq edildiyini təsdiq edən hüquqi və faktiki əsaslar təqdim etməmişdir. Həmkarlar ittifaqının rəyinin alınmaması ilə bağlı isə məhkəmə nəzərə alır ki, həmkarlar ittifaqının rəyinin məcburiliyi, bir qayda olaraq, əmək müqaviləsinə xitam verilməsi kimi daha ağır tədbirlər üzrə xüsusi hallarda və ya kollektiv müqavilə ilə nəzərdə tutulmuş prosedurlarda aktuallaşa bilər. Hazırkı işdə isə mübahisə əmək müqaviləsinə xitam barədə deyil, intizam tənbehi (sonuncu xəbərdarlıqla şiddətli töhmət) barədədir. İddiaçı tərəfindən kollektiv müqavilənin və ya daxili normativ sənədlərin məhz bu növ tənbeh üçün həmkarlar ittifaqının rəyini məcburi şərt kimi nəzərdə tutduğunu təsdiqləyən sübut təqdim edilməmişdir. Bu baxımdan, təkcə “rəyi alınmayıb” iddiası, normativ əsas göstərilmədiyi və sübutla təsdiqlənmədiyi halda, əmrin qanunsuzluğu nəticəsinə gətirib çıxarmır. Müddətlərə münasibətdə, Əmək Məcəlləsinin 187.2-ci maddəsinin məzmunu ondan ibarətdir ki, intizam tənbehi xətanın aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, yoxlama aktı 16 may 2025-ci il tarixlidir, xidməti məruzə 12 iyun 2025-ci il tarixlidir, məktub isə 23 iyun 2025-ci il tarixlidir, intizam tənbehi barədə əmr isə 08 iyul 2025-ci il tarixlidir. Məhkəmə hesab edir ki, yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi və işəgötürənə çatdırılması prosesinin məntiqi ardıcıllığı nəzərə alındıqda, intizam tənbehinin tətbiqi xətanın aşkar edildiyi və işəgötürənə məlum olduğu tarixlərdən etibarən bir ay müddəti daxilində həyata keçirilmişdir və bu hissədə müddət pozuntusu müəyyən edilmir. İddiaçı həmçinin əvvəlcədən ona töhmət verildiyini, indi yenidən şiddətli töhmət verilməsini ədalətsiz saymışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin mahiyyəti eyni intizam xətasına görə bir neçə intizam tənbehinin verilməsinin yolverilməzliyinə yönəlmişdir. Hazırkı işdə isə iş materialları 07 aprel 2025-ci il tarixli əmrlə verilmiş töhmətin başqa tarixli və başqa əsaslı intizam tədbiri olduğunu, 08 iyul 2025-ci il tarixli əmrin isə daha sonrakı dövrdə aparılmış yoxlamanın nəticələri ilə əlaqədar tətbiq edildiyini göstərir. İddiaçı tərəfindən hər iki əmrin eyni konkret xətaya görə verildiyini təsdiqləyən dəlil təqdim edilməmişdir. Digər tərəfdən, intizam tənbehlərinin ardıcıllığı (töhmət, sonra sonuncu xəbərdarlıqla şiddətli töhmət) əmək intizamı tədbirlərinin mərhələli tətbiqi məntiqinə zidd deyil və işəgötürənin qiymətləndirmə səlahiyyəti çərçivəsində mümkündür. Məhkəmə iddiaçının şəxsi keyfiyyətləri, uzunmüddətli fəaliyyət, peşəkarlıq və kollektivdə nüfuzun nəzərə alınmaması barədə arqumentinə də münasibət bildirir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinin mahiyyəti işəgötürənin intizam tənbehini seçərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini və törədilmiş xətanın xarakterini nəzərə almalı olmasını tələb edir. Lakin bu norma işəgötürənin intizam tənbehini tətbiq etmək hüququnu aradan qaldırmır. Nəzərəalma tələbi qiymətləndirmə kateqoriyasıdır və məhkəmə, əsasən, həmin qiymətləndirmənin tamamilə əsassız, faktlara zidd və ya aşkar mütənasibsiz olub-olmadığını yoxlayır. Hazırkı işdə isə yoxlama materiallarında əks olunan pozuntuların miqyası və sistemliliyi, xüsusən elektron sistemlərdə “vəfat etmiş” şəxslər üzrə xidmətlərin rəsmiləşdirilməsi, deaktiv prosedurlarının pozulması, ekspertizaya sənədlərin natamam təqdim edilməsi nəticəsində ödənişdən imtina edilməsi kimi hallar, işəgötürənin daha sərt intizam tədbiri seçməsini izah edən obyektiv əsaslar kimi çıxış edir. Məhkəmə bu mərhələdə işəgötürənin intizam tənbehi seçimini əvəz edən qiymətləndirmə aparmır. Yalnız həmin seçimin qanuna uyğun sərhədlərdə olub-olmadığını yoxlayır və iş materialları bu sərhədlərin aşılması qənaətinə gəlməyə əsas vermir. Nəhayət, iddiaçının “mənim xəbərim olmadan şöbəyə tapşırıqlar verilib və mən məsuliyyət daşımıram” məzmunlu izahatı da mübahisənin həlli üçün həlledici hesab edilmir. Çünki bu iddia konkret tapşırıqların nədən ibarət olduğunu, hansı tarixdə kim tərəfindən verildiyini, həmin tapşırıqların yoxlama materiallarında göstərilən pozuntularla hansı səbəb-nəticə əlaqəsində olduğunu, iddiaçının bu barədə rəhbərliyə hansı yazılı müraciətləri etdiyini və nəticədə hansı hüquqi vəziyyətin yarandığını konkret sübutlarla təsdiqləmir. MPM-in 76, 77, 89 və 106-cı maddələrinin tələblərinə uyğun olaraq, faktiki hal kimi qəbul edilə bilən məlumatlar yazılı sübutlarla və digər sübutlarla təsdiqlənməlidir. Beləliklə, məhkəmə gəldiyi nəticəyə görə, iş materiallarında olan yoxlama aktı, xidmət məruzəsi və yuxarı orqanın məktubu intizam tənbehinin tətbiqi üçün maddi əsasların mövcudluğunu göstərir, intizam tənbehinin tətbiqinin qanunla müəyyən edilmiş müddət çərçivəsində həyata keçirildiyi müəyyən olunur, iddiaçı tərəfindən isə intizam tənbehinin məhz qanunsuz motivlərlə tətbiq edildiyini və ya tətbiq prosedurunda elə kobud pozuntuya yol verildiyini sübut edən dəlillər təqdim edilməmişdir. Məhkəmə iddiaçının göstərdiyi ümumi xarakterli və mübahisənin predmetindən kənara çıxan iddiaları intizam tənbehinin ləğvi üçün kifayət hesab etmir və bu baxımdan iddianın təmin edilməməsi qənaətinə gəlir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, intizam tənbehi tədbiri olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət” hüquqi nəticə doğuran müddətli tədbirdir və qanunvericiliyin məzmunundan çıxış edərək belə nəticəyə gəlir ki, həmin intizam tənbehi tətbiq edildiyi tarixdən etibarən altı ay müddətində qüvvədə qalmaqla, göstərilən müddət başa çatdıqdan sonra hüquqi baxımdan qüvvəsini itirmiş (götürülmüş) hesab olunur. Bu səbəbdən, hazırkı iş üzrə mübahisə predmeti olan 08 iyul 2025-ci il tarixli 18-1-35/3-1-937/2025 nömrəli əmrin tətbiq etdiyi intizam tənbehinin müddətinin artıq başa çatdığı şəraitdə, həmin tənbehin “ləğvi” ilə bağlı tələb ayrıca müstəqil hüquqi nəticə doğurmur və iddianın bu hissədə də təmin edilməsi üçün hüquqi əsas mövcud hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X45rşı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X58 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X48in ona inzibati tənbehin verilməsi barədə 18-1-35/3-1-937/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli əmrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar