Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1567/2024 03.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, iddiaçının İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehə qarşı “əmrin ləğvi və işə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri N.Quliyev adına 9 saylı tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 151 nömrəli əmrin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinə dair dəqiqləşdirmə verərək Şirvan şəhəri N.Quliyev adına 9 saylı tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Şirvan şəhəri 1 nömrəli Liseydə müəllimlərin (ibtidai sinif üzrə) sertifikasiya imtahanında iştirak etmişdir. Ali təhsilli müəllimədir, imtahan başlamazdan öncə pin-giriş kodunda texniki nasazlıqlar səbəbindən 4 cəhd uğursuz olmuşdur. Daha sonra imtahan keçirilərkən kompüter proqramlarında nasazlıq səbəbindən hesablama və cavabların qeydiyyatında nasazlıqlar olmuşdur. Saat 15:00-dan 17:00-dək imtahan nəticələri 24 balla qiymətləndirilmişdir. Hesab edir ki, imtahan sullarının cavabları texniki nasazlıq səbəbindən qeydə alınmamışdır. Sualların cavablarını qeyd etdiyi halda cavablar qeydə alınmamışdır. Texniki nasalıqlar barədə nəzarətçilərə bildirmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Şirvan səhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin rəhbərliyi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası''nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar serlifikallaşdırmada" Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X2 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla tələbələrinin dərs davamiyyəti, təhsil mərkəzi tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi və işə bərpa edilməyinə görə məhkəməyə müraciət etmək fikirindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 08 iyun 2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanın video görüntülərinin ona təqdim olunması barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, onu Şirvan-Salyan Regional Təhsil İdarəsinə yönləndirmişlər. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ona təsərrüfat müdiri vəzifəsi təklif olunmuş, o onların iş təklifi ilə razılaşmamışdır. Hesab edir ki, onun işdən çıxarılması barədəCavabdeh direktoru tərəfindən verilmiş əmr qanunsuzdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasındaCavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndində göstərilir ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. O da Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını icra etmiş, qanunsuz heç bir hərəkət etməmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, 01 sentyabr 2000ci il tarixdə X1 ixtisaslı kadr gələnə qədər ibtidai siniflərdə 6 saat əmək dərslərini aparmasına icazə verilməsi barədə Şirvan şəhər N.Quliyev adına 9 saylı orta məktəbin direktoru tərəfindən 26 nömrəli əmr, 27 iyun 2024-cü il tarixdə isə təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə 151 nömrəli əmr verilmişdir. İş materiallarında olan Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli 151 nömrəli əmrdə görünür ki, 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-14F/2024 nömrəli əsasən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X2 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 13 iyul 2024-cü il tarixli 42 nömrəli məktubundan görünür ki, Şirvan səhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin rəhbərliyi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası''nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar serlifikallaşdırmada" Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X2 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan 08 avqust 2024-cü il tarixli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar serlifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdə mövcud olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4cü bəndində əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ―c bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci və 4-cü bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin maddənin Qeyd hissəsinə əsasən : Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh Şirvan şəhər N.Quliyev adına 9 saylı orta məktəbin 27 iyun 2024-cü il tarixli 151 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq çıxarıldığından qanunidir, onun ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1567/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1567/2024
03.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver