Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1576/2025 25.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla, yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Şirvan şəhəri 1 May küçəsində yerləşən 54 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla, yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri 1 May küçəsində yerləşən 54 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evi onun mülkiyyətində olsa da, hal-hazırda həmin ünvanda onun gəlini Cavabdeh pasport qeydiyyatındadır. Cavabdeh oğlu Yusifov Azadla xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikaha daxil olduqdan sonra onun evinə gəlin köçmüşdür. Bu müddət ərzində ailədaxili münaqişələr çox olmuşdur. Hal-hazırda cavabdehin ona məxsus evdə qeydiyyatda olması, müəyyən vaxtlarda həmin evdə yaşaması onun mənəvi-psixoloji vəziyyətnə, ən əsası isə səhhətinə ciddi təhlükə yaradır. Belə ki, onun daimi olaraq onunla münaqişəli hərəkət və davranışlarından bu yaşlı vaxtında artıq bezmiş və buna görə də cavabdehin evində qeydiyyatda olmasına, eləcə də ara-sıra da olsa yaşamasına qətiyyən razı deyil. Ona görə də mülkiyyəti olan evin pasport qeydiyyatında olmasını istəmədiyini, lakin hal-hazırda pasport qeydiyyatında olan adı çəkilən şəxsin pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Polis şöbəsindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda adı çəkilən şəxsin qeydiyyatdan çıxarlması üçün yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onun qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göründüyü kimi adı çəkilən şəxsin qeydiyyatdan çıxarılması üçün yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olsa da, Şirvan şəhər Polis şöbəsi əsassız olaraq onun qeydiyyatdan çıxrılmasından imtina etmişdir. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatında olması mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır və onun xeyrinə kommunal xərclər ödəməyə məcbur qalır. Qeyd etdiyi əsaslara və mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinin mümkün olmamasına görə cavabdehin mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçının ona qarşı mülkiyyətində olan ünvan 2di yaşayış evindən məcburi qaydada çıxarılmaqla, yaşayış və istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılması barədə iddia tələbini qəbul edir və həmin tələbi ilə razıdır. İşə onun iştirakı olmadan baxılaraq iddiaçının tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və əlavə edilməklə məhkəmədə tədqiq edilən: Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 27 sentyabr 1990-cı il tarixli iclasının 15 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsi qərarı ilə ünvan 3 “A” nömrəli sahədə 6 sot torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 1 May küçəsi ev 54 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət resyetrində 3 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 1 May küçəsi ev 54 fərdi yaşayış evi (ümumi sahəsi 461,2 kv.m) tam mülkiyyət hüququ üzrə ölçüsü 0,06 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət resyetrində 3 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmışdır. 23 may 2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, a) Hədiyyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 461,2 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən (A, 104,6 kv.m) nəvəsi olan hədiyyə alan X5, b) ünvan 3 ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,01429 ha nəvəsi olan hədiyyə alan X5 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 1 May küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1812, Şirvan şəhəri 1 May küçəsi giriş 237) fərdi yaşayış evi (356.6 kv.m) tam mülkiyyət hüququ üzrə ölçüsü 0,0457 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət resyetrində 33 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şirvan şəhər Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli,1-Y- 18847/25 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhəri 1 May küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1812, Şirvan şəhəri 1 May küçəsi giriş 237) fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh 09 yanvar 2012-ci il tarixdə iddiaçının oğlu X4 ilə rəsmi nikaha daxil olmuş və həmin tarixdən mübahisəli mənzilə köçüb yaşamışdır. Hal-hazırda iddiaçının cavabdehlə olan münasibətləri pozulduğundan cavabdehin mübahisəli mənzildə qeydiyyatda olmasına istinad edərək sonuncunun istifadə hüququna xitam verilərək məcburi qaydada mənzildən çıxarılmasını tələb edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun» hüquqi əsaslarını yoxlamışdır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şirvan şəhəri 1 May küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1812, Şirvan şəhəri 1 May küçəsi giriş 237) fərdi yaşayış evi İddiaçı adına 2010-cu ildə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri tərəflər arasında 2012-ci ildə yaranmışdır. Ona görə də, məhkəmə mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, Cavabdeh ailə qanunvericiliyi əsasında mübahisəli Şirvan şəhəri 1 May küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1812, Şirvan şəhəri 1 May küçəsi giriş 237) fərdi yaşayış evin mülkiyyətçisi olan iddiaçı X1 özünün saxlanılmasını tələb etmək hüququ olmadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olan halda isə məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli evin mülkiyyətçisi olan İddiaçı ailə üzvü olmadığından, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh ilə Şirvan şəhəri 1 May küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1812, Şirvan şəhəri 1 May küçəsi giriş 237) fərdi yaşayış evindən mülkiyyətçinin ailə üzvü olmadığından Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə etmək hüququna malik olmamış, ona görə də mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir. O ki qaldı Cavabdeh onun mülkiyyətində olan Şirvan şəhəri 1 May küçəsində yerləşən 54 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə məhkəmə hesab edir ki, бу мясяля «Иъра щаггында» Азярбайъан Республикасы Ганунунун 72-ъi маддяси иля щялл едилдийиня эюря iddia бу щиссядя də rədd edilməlidir. Beləliklə məhkəmə işin hallarına qiymət verərək yekun olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycn Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Şirvan şəhəri, 1 May küçəsində yerləşən, 54 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla, yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1576/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1576/2025
25.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver