Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1579/2024 26.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs1, Cəfərova (Bağırova) Leyla Əlibala qızı) ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs1, Cəfərova (Bağırova) Leyla Əlibala qızı) iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən görünür ki, Ərizəçi X2 ilə Ərizəçi nikahının qeyd edilməsi faktının müəyyən edilməsi, X2 ilə Cəfərova (Bağırova) Leyla Əlibala qızı ilə olan nikahın etibarsız hesab edilməsi və Şirvan şəhər Məhkəməsinin 2(032)-899/2015 saylı, xx.xx.2015-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Ərizəçi X2 ilə Ərizəçi nikahının qeyd edilməsi faktının müəyyən edilməsi , X2 ilə Cəfərova (Bağırova) Leyla Əlibala qızı ilə olan nikahın etibarsız hesab edilməsi və Şirvan şəhər Məhkəməsinin 2(032)-899/2015 saylı, xx.xx.2015-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələblərini bir iddia ərizəsində birləşdirmiş, halbuki həmin tələblər ayrı-ayrı icraatda (iddia icraatı, xüsusi icraat) baxılmalı olduğundan həmin tələblərə baxılması zamanı ərazi aidiyyətinin müəyyənləşdirilməsi zamanı qeyri-müəyyənlik yaranır. MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Ərizəçi hər cavabdehə qarşı ayrıca iddia ərizəsi ilə təkrarən ərazi aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılsın. Ərizəçi izah olunsun ki, hər cavabdehə qarşı ayrıca iddia ərizəsi ilə ümumi qaydada təkrarən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1579/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1579/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver