Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1638/2024 04.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Kreditor Şirvan şəhər Bələdiyyəsinin borclu Cavabdeh qarşı torpaq və əmlak vergisi borcunun alınması tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə, müəyyən etdi : Kreditor Şirvan şəhər Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü il tarixə qədər son üç il üçün 78 manat 90 qəpik torpaq və əmlak vergi borcunun Şirvan şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, kreditor Şirvan şəhər Bələdiyyəsi tərəfindən verilmiş ərizədə borclu Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü il tarixə qədər son üç il üçün 78 manat 90 qəpik torpaq və əmlak vergi borcunun tutulması xahiş edilsə də, həmin tələbi təsdiq edən sənəd (maliyyə arayışı) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin maddənin 4-cü hissəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə hesab edir ki, kreditor Şirvan şəhər Bələdiyyəsi tərəfindən verilmiş ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmadığından ərizənin qəbul olunmasından imtina edilməli, bununla əlaqədar tələbkara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-cü, 264-cü 275-ci, 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Şirvan şəhər Bələdiyyəsinin borclu Cavabdeh qarşı torpaq və əmlak vergisi borcunun alınması tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunması ona həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1638/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1638/2024
04.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver