Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-166/2023 03.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh öz vəsaiti hesabına cehiz əmlakı ilə birlikdə Şirvan şəhəri Xaqani küçəsi 1 saylı evin 50 nömrəli mənzilindən çıxarılmasını, iddiaçıların həmin mənzilə köçürülmələri və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi-84.54 kv.m, yaşayış sahəsi-59,46 kv.m-dən ibarət olan 4 otaqlı mənzil mərhum X2na məxsus olmuşdur. Həmin mənzildə dogulmuşlar və boya-başa çatmışlar.Mərhum ataları həmin mənzili xx.xx.2088-ci il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsində dövlət qeydiyyatına aldıraraq mənzilin tam pay hüquqlu mülkiyyətçisi olmuşdur. Mərhum X2 mərhum anaları Hüseynova (Əhmədova) Pikə Musa qızı ilə 13 mart 1970-ci il tarixdə rəsmi nikaha girərək, ailə həyatı qurmuşlar. Həmin nikah həmin tarixli akt qeydində 44 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahından xx xxxx 1972-ci il tarixdə Əhmədova (Rəhimova) İradə Ramazan qızı, xx xxxxxx 1973-cü il tarixdə İddiaçı1, xx xxxxxx 1978-ci il tarixdə İddiaçı3 və İddiaçı4 anadan olmuşdur. X5 22 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. X2 07 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. X1 ünvan 1 ünvanda yerləşən mənzil miras qalmışdır. Həmin əmlak onlar tərəfindən vərəsəlik qaydasında qəbul edilmiş və vərəsələrə xx.xx.2022-ci il tarixli ve xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhndətnamə verilmiş və həmin şəhadətnamə əsasında çıxarış alınmışdır. X7 ilə Cavabdeh 2010-cu ildə el adətl İlə toy edərək ailə həyatı qurmuşlar, nikahlarını rəsmi olarıq Şirvan şəhər qeydiyyat şöbəsində 02 fevral 2012-ci il tarixdə, 36 nömrə ilə qeyd edilmişdir. Onlurin birgə nikahlarından 22 fevral 2011-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir, Onların nikahları Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)727/2022 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı3 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və hal-hazırda da orada yaşamaqdadır. Hər iki qardaşları Aqil və Arif uzun illərdir Rusiya Federasiyasında yaşayırlar və İddiaçı3 vərəsəlik payını nümayəndəsi, Vəkil vasitəsilə qəbul etmişdir və miras payını aldıqdan və mülkiyyət hüquqlarını dövlət qeydiyyatına nümayəndəsi vasitəsilə aldırdıqdan sonra və ordan əvvəlki vaxtlarda da cavabdehlə həmin mənzildə yaşamamış və birgə təsərrüfat aparmamışdır. Cavabdeh atalarına tam mülkiyyət hüququ ilə məxsus olmuş ünvan 1 ünvana gəlin köçmüş, cehiz əmlaklarını həmin mənzilə yerləşdirmiş, həmin mənzilə pasport qeydiyyatına düşmüş və gəlin köçdüyü 2010-cu il tarixdən hal-hazıradək həmin mənzildə azyaşlı uşağı ilə birlikdə yaşayır. Hal-hazırda həmin mənzildən istifadə edə bilmirlər. Öz mülkiyyətlərində olan mənzilə daxil ola bilmirlər. Cavabdeh həmin mənzildən çıxmır və onları mənzilə buraxmır. Cavabdeh dəfələrlə mənzili tərk etməsi barədə bildirilsə də, o, mənzildən çıxmayacagını, onun həmin mənzildə istifadə hüququnun oldugunu bildirmişdir. Belə olduğu təqdirdə, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, onların nümayəndələrinin və vəkilinin məhkəmə iclasında iştirak etdiyindən, məhkəmə mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, hazırda Cavabdeh ilə mübahisəni barışıq sazişi ilə məhkəmədənkənar qaydada həll etmişlər. Barışıq sazişinə əsasən onlar aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər. Belə ki, hazırki barışıq sazişinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 19 iyun 2023-cü il-29 iyun 2023-cü il tarixi aralığında, lakin 29 iyun 2023-cü il tarixdən gec olmayaraq 7000 (yeddi min)məbləğində pulu cavabdehə verməyi öz öhdələrinə götürürlər. Cavabdeh həmin pul müqabilində 19 iyun 2023-cü il-29 iyun 2023-cü il tarix aralığında,lakin, 29 iyun 2023-cü il tarixdən gec olmayaraq ünvan 2 ünvandakı mənzildən özünə məxsus cehiz əmlaklarını da çıxarmaqla həmin mənzili tərk edəcəyini, həmin mənzildən qeyd olunan tarixdə qeydiyyatdan çıxmağı və gələcəkdə həmin mənzillə bağlı hər hansı bir tələbinin olmayacağı barədə öhdəlik götürmüşlər. Odur ki, barışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdim olunmuş barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq , qərara aldı: Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil ilə Cavabdeh təqdim etdikləri aşağıda göstərilən barışıq sazişinin şərtləri təsdiq edilsin:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 19 iyun 2023-cü il-29 iyun 2023-cü il tarixi aralığında, lakin 29 iyun 2023-cü il tarixdən gec olmayaraq 7000 (yeddi min)məbləğində pulu cavabdehə verməyi öz öhdələrinə götürürlər;
2. Cavabdeh həmin pul müqabilində 19 iyun 2023-cü il-29 iyun 2023-cü il tarix aralığında lakin, 29 iyun 2023-cü il tarixdən gec olmayaraq ünvan 2 ünvandakı mənzildən özünə məxsus cehiz əmlaklarını da çıxarmaqla həmin mənzili tərk edəcəyini, həmin mənzildən qeyd olunan tarixdə qeydiyyatdan çıxmağı və gələcəkdə həmin mənzillə bağlı hər hansı bir tələbinin olmayacağı barədə öhdəlik götürmüşlər. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Etibar Hümbətov