Məhkəmə qərarları › İş №2(032)-168/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-168/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-168/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh4 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 3 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən, 28 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evi onun mülkiyyətində olsa da, hal-hazırda həmin ünvanda onun qardaşı Cavabdeh4, qardaşı oğlu Cavabdeh1, qardaşı oğlu Cavabdeh3 və qardaşı Cavabdeh2 başqa ünvanlarda yaşamaqlarına baxmayaraq pasport qeydiyyatındadırlar. Qardaşı Cavabdeh4 və onun övladları Cavabdeh1, Cavabdeh3 qardaşına məxsus evdə yayaşayırlar, amma uzun müddətdir ki, onlarla heç bir əlaqə olmadığı üçün harada yaşamaları barədə məlumatı yoxdur. Digər qardaşı Cavabdeh2 isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və eşitdiklərinə görə həmin ölkənin vətəndaşlığını da almışdır. Həmin şəxslər mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olmaqla onun üçün müəyyən çətinliklər yaradırlar. Belə ki, onların evin qeydiyyatında olduqlarına görə o həmin şəxslərin adına mənzil-komunal xərclərini ödəyir. Ona görə də Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tapa bilməməyi səbəbindən həmin şəxslərə müraciət edərək ona məxsus evin pasport qeydiyyatından çıxmalarını tələb etmək imkanı olmadığından, məqsədinə çatmamışdır. Bu günədək başqa daimi yaşayış ünvanı olan həmin şəxslər evin pasport qeydiyyatından çıxmaqdan imtina edirlər. Bu səbəbdən də o mülkiyyətində olan evin pasport qeydiyyatında olmalarını istəmədiyi, lakin hal-hazırda pasport qeydiyyatında olan adı çəkilən şəxslərin pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Polis Şöbəsindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılması üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onların qeydiyyatdan çıxarılmasının qanına zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəyəmə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh4 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi razı deyil. Belə ki, 2007-ci ildən anasına məxsus evdə yaşayır. Hazırda yaşadığı evin sahibi rəhmətə getdiyinə görə yaşadığı evə qeydiyyata düşə bilmir, özünün, həmçinin övladları Yahya və Yusifin qeydiyyata düşə biləcəyi ev olmadığından iddia tələbi ilə razı deyil. Qardaşı Nazim isə təxminən 20 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır. Qeyd olunan səbəblərə görə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli iclasının 90 nömrəli protokolundan çıxarışdan görünür ki, Əli Bayramlı şəhər Ş.Qurbanov küçəsi ev 23 nömrəli mənzilində yaşayan X4 fərdi evə tikdirmək və evini təmir etmək üçün 700 manat kredit verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına mülkiyyət hüququ əsasında 4 №-li reyestr kitabında 111 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsininin surətindən görünür ki, X1 şəhəri Notariat Kontorunun Notariusu tərəfindən xx.xx.2014-cü il tarixli 4-Ə-2/184 nömrəli reyestrlə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini əlavə tikililəri ilə birlikdə oğlu İddiaçı bağışlamışdır. İddiaçı həmin bağışlanan əmlakı atası X2 qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 4 №-li reyestr kitabında 111 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-8-1/2-22/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən ünvan 4 ünvanında İddiaçı, X7, X9, Cavabdeh4, X8, X15 və X10 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-111/2025 saylı məktubundan görünür ki, Cavabdeh1, X9, Cavabdeh4 və Cavabdeh3 adına hər hansı daşınmaz əmlak barədə məlumat daşınmaz əmlakın elektron məlumat bazasında aşkar olunmamışdır. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında dövlət mənzil fonudan ail olmuş ünvan 3 fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu ilədək yaranmışdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ və İİİ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər X9 və Cavabdeh4 dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı olmuş atası X7 birlikdə yaşayaraq onunla bərabər mənzildən istifadə etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan «hüquqdan sui-istifadə qadağası»na zidd olar. «Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərdə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər : onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Bununla yanaşı məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinəəsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə məhkəmə cavabdehlər X5 və Cavabdeh4 (övladları Cavabdeh1 və Cavabdeh3) mübahisəli mənzildən istifadə hüquqlarına malik olmalarını, lakin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə könüllü surətdə köçməsi ilə mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsini nəzərə alıb, hesab edir ki, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub qət etdi: İddia təmin edilsin. Cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 evə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar