Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-170/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək atası X3 xx.xx.1943-cü ildə ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1941-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Mərhum atası X9 onun doğma atasıdır və müraciətinin səbəbi onun ölüm haqqında şəhadətnaməsini almaqdır ki, bunun üçün də məhkəmə vasitəsilə onun ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinə zərurət yaranmışdır. Belə ki, mərhum atası X10 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-216/2024 Ne-li arayışına əsasən xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 19411945-ci illərdə gedən keçmiş SSRİ ərazisində gedən X12 göndərilmiş, lakin 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşmüşdür. Lakin nəvələrindən biri təsadüfən internetdə “Tik-Tok” səhifəsini izləyərkən mərhum atası X3 1942-ci iin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olması barədə məlumata rast gəlmiş və həmin məlumatı skan edərək surətini çıxartmışdır. Mərhum atasının 1942-ci il tarixdə müharibədə itkin düşməsi məlumatını ailəsi aldıqdan sonra həmin tarixdən internetin “Tik-Tok” səhifəsində çıxmış məlumat əldə edilənə kimi axtarış aparılmış və hər an yolunu gözləmişdirlər. Lakin hər il X14 veteranlarına və onların ailələrinə verilmiş birdəfəlik yardımdan bu günə kimi məhrum olmuşdur. Bu səbəbdən də, mərhum atamın ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan mən ərizəçi illər boyunca mərhum atasının vəfat etməsi barədə məlumatsız olduğundan onun ölüm haqqında şəhadətnaməsini də ala bilmir. Hal-hazırda mərhum atasının ölüm haqqında şəhadətnaməsi yuxarıda qeyd etdiyi halla bağlı zəruri olduğundan ilk olaraq Yardımlı rayon Qeydiyyat Şöbəsinə və sonra Maraqlı şəxsnə onlardan imtina verdiyi üçün qeydiyyatda olduğu və yaşadığı Şirvan şəhər məhkəməsinə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. O, mərhum atasının ailəsinə verilmiş hər il birdəfəlik yardımdan məhrumdur. Bununla bağlı aidiyyatı orqanlara müraciət etdikdə onlar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin olmasının zəruriliyini bildirmişlər və ondan sonra qeydiyyata alındıqdan sonra həmin halla bağlı verilə biləcəyini bildirmişlər. Bununla bağlı yaşadığı yer üzrə maraqlı tərəf Maraqlı şəxsnə ərizə ilə müraciət etməyini və oradan imtina edildiyi halda fakt təsdiqi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. O maraqlı tərəfə ərizə ilə müraciət etmiş, lakin oradan da ona imtina məktubu verilərək mərhum atasının ölmüş elan edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Bu səbəbdən də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum atasının ölüm haqqında şəhadətnaməsinin alınmamasına səbəb kimi o və eləcə də, digər övladları onun 1942-cı il tarixdən, yəni vəfat etdiyi vaxtdan bu günə kimi mərhum atasının X7 veteranı olaraq müharibədə vəfat etdiyi üçün ailəsinə verilməli olan hər il birdəfəlik yardımın alınması üçün tələb olunduğundan qeyd hallara əsasən, ölüm haqqında şəhadətnaməsini almamışlar. Hal-hazırda yuxarıda qeyd etdiyi hallarla bağlı aidiyyatı orqana müraciət etdikdə oradan ona yuxarıda qeyd edilən hallara əsasən hərəkət edilməsi, yəni ölüm haqqında şəhadətnamənin alınması üçün ilk olaraq yaşadığı ərazi üzrə qeydiyyat şöbəsinə, sonra isə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişdirlər. Bu səbəbdən də, mərhum atasının ölüm haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Bu barədə maraqlı tərəf Maraqlı şəxsnə müraciət etsə də, oradan mərhum atası X3 qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin ölüm və bərpa akt qeydləri, eləcə də, “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama və mərhum atasının ölümü haqqında akt qeydləri aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Mərhum atası 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olunduğuna və hal-hazırda məzarı həmin qəbiristanlıqda yerləşdiyinə görə ona dair hər hansı bir foto-şəkillər təqdim edə bilmir. Lakin bu barədə yalnız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-216/2024 Ne-li arayışına əsasən xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 1941-1945-ci illərdə gedən X12 göndərilmiş, lakin 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşməsini təsdiq edən arayış və həmçinin, internetdə “Tik-Tok” səhifəsini izləyərkən mərhum atası X3 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olması barədə məlumata dair çıxarış mərhum atamın vəfat etməsini bir daha təsdiq edir. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini isə başqa yolla əldə etmək mümkün olmadığından hüquqlarının müdafiəsi olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum atası X10 xx.xx.1943-çü il tarixdə ölməsi faktı internetdə “Tik-Tok” səhifəsini izləyərkən mərhum atası X3 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması va Almaniya Respublikasının Gerlits şəhərində dəfn olması barədə məlumata dair çıxarışa əsasən təsdiqini tapır. Bundan başqa onun 1942-ci il tarixdə naməlum şəkildə itkin düşməsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-216/2024 nömrəli arayışına əsasən təsdiq edilir. Bunun əsası olaraq yuxarıda göstərilənlər barədə hüquqi fakta əsaslanan internetdə “Tik-Tok” səhifəsini izləyərkən Mərhum atam X3 1942-ci ilin oktyabr ayında Krımda əsir düşməsi, amma xx.xx.1943-cü il tarixdə həlak olması və Almaniya Respublikasının Qerlits şəhərində dəfn olması öz əsasını tapmışdır. Göründüyü kimi, mərhum atası X3 xx.xx.1943-cü il tarixdə Almaniya Respublikasının Qerlits şəhərində dəfn edilmişdir. Bütün bu hallar ərizəmə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Bütün bunlara əsaslanaraq, hesab edir ki, mərhum atası X3 xx.xx.1943-cü ildə ölmüş elan edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əli-Bayramlı rayon Zaks bürosu tərəfindən xx.xx.1962-ci ildə verilmiş AZ210624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 1941-ci ildə Yardımlı rayon Avaş kəndində doğulmuş Ərizəçi atası X11, anası X4r. Əli-Bayramlı şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci ildə verilmiş Xİİ-KQ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş X1 atası Ərizəçi, anası X2r. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-15-211 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, mərhum atası X3 ölüm faktının qeydə alınması barədə müraciətinizə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən olunmuşdur ki, müraciətinizə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilməmiş, eyni zamanda verdiyiniz məlumatda ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. Görülmüş tədbirlər üzrə xx.xx.2024-ci il tarixədək ”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5.-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdiyiniz ölüm faktının qeydə alınmasından imtina olunur. Yardımlı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-231/2024 saylı arayışdan görünür ki, Yardımlı rayon Avaş kəndində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Yardımlı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-R-232/2024 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, mərhum atası X5 ölüm haqqında təkrar şəhadətnamə və ya arayış almaq istəməyi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, Yardımlı rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin ölüm və bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və mərhum atasının ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə və ya arayış ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsi tərəfindən 1941-ci il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli 3-43-65/2-216/2024 saylı arayışdan görünür ki, həqiqətən onun atası X10 xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon hərbi komissarlığı tərəfindən 1941-1945-ci illər X12 göndərilmiş, 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşmüşdür. Əsas olaraq, 1941-1945-ci illərdə X14 zamanı itkin düşmüş vətəndaşların qeydiyyatı aparılmış kitab, “ E” hərfi sıra sayı 1565 göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsi tərəfindən 1941-ci il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli 3-43-65/2-166/2025 saylı məktubdan görünür ki, həqiqətən onun atası 1912-ci il təvəllüdlü X10 xx.xx.1942-ci il tarixdə keçmiş Yardımlı rayon hərbi komissarlığı tərəfindən 1941-1945-ci illər X12 göndərilmiş, 1943-cü ilin iyun ayında naməlum şəraitdə itkin düşmüşdür. Əsas olaraq, 1941-1945-ci illərdə X14 zamanı itkin düşmüş vətəndaşların qeydiyyatı aparılmış kitab, “ E” hərfi sıra sayı 1565 göstərilmişdir. Şirvan şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 itkin düşməsi ilə əlaqədar cinayət xarakterli material araşdırılmamış və cinayət işinin istintaqı aparılmamışdır. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 itkin düşməsinə dair Şirvan şəhər Polis Şöbəsində heç bir cinayət işi və ya araşdırma materialı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, 1912-ci ildə Yardımlı rayonunda anadan olmuş, Yardımlı rayonunda qeydiyyatda olan X3 1943-cü ilin iyun ayında xəbərsiz itkin düşməsi faktı müəyyən edildiyindən və yaşayış yerində harada olması barədə beş ildən artıq müddət ərzində məlumat olmadığından, o məhkəmə qaydasında ölmüş elan edilməli, XX.06.1943-cü il həlakının güman edildiyi gün X3 ölüm günü sayılmalı, bununla da ərizə təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 1912-ci ildə Yardımlı rayonunda anadan olmuş, Yardımlı rayonunda qeydiyyatda olmuş X10 ölmüş elan edilsin. X3 XX.06.1943-cü ildə həlakının güman edildiyi gün onun ölüm günü sayılsın. X6 ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-170/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-170/2025
10.03.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver