Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-171/2024 14.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 29 iyul 2022-ci il tarixdə Şirvan şəhərində doğulmuş Xədicə adlı uşağın doğum faktının müəyyən edilməsi və onların Xədicənin valideynləri qismində yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 2021-ci il tarixdə ailə həyatı qurmuş, nikahlarını isə 25 sentyabr 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə 29 iyul 2022-ci il tarixdə Xədicə adlı bir nəfər uşaqları doğulmuşdur. Doğum haqqında həkim arayışı olmadığı üçün 29 iyul 2022-ci il tarixdə doğulmuş Xədicəyə doğum haqqında şəhadətnamə ala bilmirlər. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığına görə onu qeydiyyata götürmürlər. Bu barədə Sabirabad Regional “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada onlara məhkəməyə müraciət etməyi bildirmişlər. Hal-hazırda həmin uşaq sağlam olmaqla onların himayəsində yaşayır. Bunu şahidlərdə təsdiq edilər. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdilər. Ərizəçi1 nümayəndəsi və vəkili X9 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçilərin, nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 ilə X6 arasında xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş və bu bardə nikah haqqında akt qeyd kitabında 935 nömrəli akt tərtib edilmişdir. Nikahdan sonra arvada Əlizadə soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Reginoal “ASAN xidmət” Mərkəzində Qeydiyyat X1 xx.xx.2023-cü il tarixli 3-16-5/8-15/680/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Kaxrimanovna Gülşahra XXX bildirmişdir ki, kəndin xəstəxanasında mamaça işləmiş, indi isə təqaüdçüdür. Tünzalənin doğumunda köməklik etmişdir. Qız uşağı dünyaya gəlmişdir, çəkisi 2 kq 800 qram olardı. Uşaq olandan sonra demişdir ki, aparsınlar həkimə rəsmi sənəd alsınlar, lakin aparmamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, Tünzalənin anasıdır. Tünzaləyə elçi gəlib-gedirdilər, lakin onun yaşı az olduğundan razılığı olmamışdır. Tünzalə 2011-ci ildə qoşulub qaçmış, sonra onun başını aldadıb qonaq çağırmaq adı ilə evə gətirmiş, 18 yaşın olandan sonra toy edəcəklərini demişdir. Tünzadə razı olmamış, yenidən qaçdığı evə qayıtmışdır. Qızı hamilə idi. Qızımın qaynanası yataq xəstəsidir, ərini də maşın vurmuşdu. Maddi vəziyyətləri ağır olduqları üçün həkimə apara bilmədilər. Qonşusu Gülşahra xalanı çağırmışdır ki, qızı yoxlasın. Uşaq ev şəraitində 29 iyul 2022-ci il tarixdə doğulmuşdur. Uşağın doğulmasında Gülşahra həkim kömək etmişdir. Uşağın qırxı çıxmamış, Tünzalənin 18 yaşı olmuşdur. Sonradan uşağı həkimə apara bilməmişlər,ona görə də hələdə uşağın doğum haqqında şəhadətnaməsi alınmamşdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X7 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.2004-cü il təvəllüdlü Sabirabad rayonu, Qaragüney kəndində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi1 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı Ərizəçi1 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-171/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-171/2024
14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver