Məhkəmə qərarları › İş №2(032)-1780/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1780/2023

18.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1780/2023 18.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş matriallarını araşdırarkən müəyyən olunur ki, iddia ərizəsi üzrə cavabdeh "xxxx" QSCnin hüquqi ünvanı ünvan 1ayəndəsi Nümayəndə məhkəməyə vəsatət ünvanlayaraq işin aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa hakim işi aidiyyəti üzrə göndərməlidir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün verilməsini və mülki işə baxılmasını imperativ qaydada tənzimləyir, təbii ki, işə iddiaçının ərazi seçimi əsasında da baxılması qeyd olunsa da, hazırki tələb üzrə mövcud normaların tətbiqini mümkün edən hal aşkar edilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanun normalarını rəhbər tutub, tərəfin mövqeyini, işin faktiki halları ilə birlikdə nəzərə alıb belə qənaətə gəlir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı işə bərpa tələbinə dair iddiası üzrə 2(032)-1780/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar