Məhkəmə qərarları › İş №2(032)-18/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-18/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-18/2024 27.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 nümayəndəsi-vəkili Nümayəndə2 və X5 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Şirvan şəhərində anadan olmuşdur. X10 ilə X4nın birgə nikahlarından Abdullayeva (Səmidova)Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X19 və İddiaçı adlı uşaqları anadan olmuşdur. X4 xx.xx.2019-cu ildə, atası X34 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Atadan miras qalmış əmlak Şirvan şəhəri, L-NT İbrahimov küçəsi ev 18/60 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzildir. Həmin mənzil xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş və dövlət reyestrində 42 nömrəli kitabın 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Atadan miras qalmış əmlakın qəbulu ilə bağlı digər vərəsələr Abdullayeva (Səmidova) Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X19 notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. Miras əmlakdan pay almaq üçün notariat orqanına müraciət etsə də xx.xx.2023-cü il tarixli 415 nömrəli məktubla “miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürdüyünüz üçün məhkəməyə müraciə etməliyəm” cavab verilmişdir. X4 xx.xx.2019-cu ildə vəfat edən zaman Azərbaycana gəldi və bir müddət orada qaldı. Lakin Qazaxıstan Respublikasının X2 şəhərində mühafizəçi işlədiyi üçün geri qayıtmalı olmuşdur. Bütün dünyada tüğyan edən “Covid 19” virusunun yayılması səbəbindən qadağa rejimləri olduğundan və uçuşlar, respublikaya giriş-çıxışlar bağlı olduğundan Azərbaycan Respublikasına gələ bilməmişdir. Üzürlü səbəblərdən miras əmlakdan ona çatası payı ala bilmədi. 1987-ci ildən ailə həyatı qurduqdan sonra həmin evdə ailəsi ilə birlikdə yaşamışlar, 1988-ci ildə ailəsi ilə birlikdə Qazaxıstan Respublikasına gedərək orada 1991-ci ilə qədər yaşamışlar. 1991-ci ilin may ayında Azərbaycan Respublikasına gələrək miras əmlak olan evdə ailəsi ilə birlikdə 1994-cü ilə qədər yaşamışlar. 1995-ci ildə ailəsi həmin evdə qalmış, amma yenidən Qazaxıstan Respublikasına getmişdir. 1997-ci ilə qədər orada yaşamışlar. 2004-cü ildə oğlu ailəsi Azərbaycan Respublikasına gəlmiş, oğlu 2-3 ay qalıb geri qayıtmış, 2010-cu ildə oğlu Elsevər hərbi xidmətə gəlmiş, 2012-ci ildə hərbi xidmətini başa vurmuş, 2013-cü ildə ailəsi Azərbaycana gəlmiş və ailədaxili münaqişələr olduğuna görə Talış kəndinə köçdülər. 2019-cu ildə anası vəfat etdiyi üçün Azərbaycana gəldi. Yas mərasimində iştirak etdikdən sonra Qazaxıstan Respublikasına qayıtdı, daha sonra atası xx.xx.2021-ci ildə vəfat etsə də, karantin rejimi ilə əlaqədar yas mərasiminə gələ bilmədi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə düzəliş təqdim edərək bildirmişdir ki, xx.xx.1964-cü ildə Şirvan şəhərində anadan olmuşdur. X10 ilə X4nın birgə nikahlarından dünyaya gəlmiş uşaqları aşağıdakılardır: Abdullayeva (Səmidova) Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X21 və İddiaçı. Anası X38 qizi xx.xx.2019-cu ildə atası X34 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Atadan miras qalmış ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzildir. Həmin mənzil xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli ÇİXARİŞ-la mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş və dövlət reyestrində 42 nömrəli kitabın 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Atadan miras qalmış əmlakın qəbulu ilə bağlı digər vərəsələr Abdullayeva (Səmidova) Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X19 notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. Miras əmlakdan pay almaq üçün notariat orqanına müraciət etsə də, xx.xx.2023-cü il tarixli, 415 nömrəli məktubla ona cavab verilmişdir ki, "miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürdüyünüz üçün məhkəməyə müraciət etməliyəm". X4 xx.xx.2019cu ildə vəfat edən zaman Azərbaycana gəldi və bir müddət orada qaldı. Lakin Qazaxıstan Respublikasının X2 şəhərində mühafizəçi işlədiyi üçün geri qayıtmalı oldu. Bütün dünyada tüğyan edən "COVİD 19" virusunun yayılması səbəbindən qadağa rejimləri olduğundan və uçuşlar, respublikaya giriş-çıxışlar bağlı olduğundan Azərbaycan Respublikasına gələ bilmədi. Göstərdiyi üzrlü səbəblərdən dolayı miras əmlakdan ona çatan payı ala bilməmişdir. 1987-ci ildən ailə həyatı qurduqdan sonra həmin evdə ailəsi ilə birlikdə yaşamışlar. 1988-ci ildə ailəsi ilə birlikdə Qazaxıstan Respublikasına gedərək orada 1991-ci ilə qədər yaşamışlar. 1991-ci ilin may ayında Azərbaycan Respublikasına gələrək miras əmlak olan evdə ailəsi ilə birlikdə 1994cü ilə qədər yaşamışdır. 1995-ci ildə ailəsi həmin evdə qaldı, amma o, yenidən Qazaxıstan Respublikasına getmişdir. 1997-ci ilə qədər orada yaşamışlar. 2004-cü ildə oğlu, ailəsi Azərbaycan Respublikasına gəldi, oğlu 2-3 ay qalıb geri qayıtdı, 2010-cu ildə oğlu Elsevər hərbi xidmətə gəldi, 2012-ci ildə hərbi xidmətini başa vurdu, 2013-cü ildə ailəsi Azərbaycana gəldi və ailədaxili münaqişələr olduğu üçün Talış kəndinə köçdülər. 2019-cu ildə anası vəfat etdiyi üçün Azərbaycana gəldi. Yas mərasimində iştirak etdikdən sonra Qazaxıstan Respublikasına qayıtdı. Daha sonra atası xx.xx.2021-ci ildə vəfat etsədə, karantin rejimi ilə əlaqədar yas mərasiminə gələ bilməmişdir. Odur ki, Şirvan şəhəri, L-NT İbrahimov küçəsi ev 18/60 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edib təmin edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən miras əmlakdan pay almasına vərəsəlik üzrə buraxılmış müddətin bərpasına etirazı yoxdur. Qardaşına miras əmlakdan pay verilməsinə etiraz etmir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 və X1 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin hazırlıq iclasında vərəsəliklə bağlı verilmiş iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə iddiaçının ərizəsi üzrə yazılı ərizə yazaraq müddətin bərpa edilməsinə etiraz etmədiyini bildirsə də, əslində həmin iclasda səhhəti ilə bağlı nasazlığı olduğu, şəkərinin qalxdığı, özünü narahat hiss etdiyi üçün hansı mövzuda ərizə yazdığını, nəticələrini dərk etməyərək səhvən müddətin bərpasına etiraz etmədiyini bildirmişdir. Vəkillə məsləhətləşərək, eləcədə mübahisə üzrə iddiaçının ərizəsinin hüquqi və faktiki tərəflərini öyrənərək hazırda müddətin bərpa edilməsinə etiraz edir və iş üzrə iddianın mümkünsüz olmasını hesab edirlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən miras əmlakdan pay almasına, vərəsəlik üzrə buraxılmış müddətin bərpasına etiraz etmir. Qardaşına vərəsəlik üzrə ona çatası payın alınmasına razıdır. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 nümayəndəsi-vəkili Nümayəndə2 məhkəməyə icraatın dayandırılması barədə vəsatət təqdim edərək Şirvan şəhər Məhkəməsinin icraatında olan 2(032)-968/2024 saylı iş üzrə yekun qərar çıxarılana qədər iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. həmçinin məhkəmə iclasında iddiaya münasibət bildirərək - İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin 415 nömrəli xx.xx.2023-cü il tarixli İddiaçı göndərilmiş cavab məktubundan görünür ki, xx.xx.2021ci ildə vəfat etmiş mərhum atası X23 qanun üzrə vərəsələri Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət etmişdirlər. Qanun üzrə vərəsələr olan X11 və X17 ərizə verməklə qanunvericiliklə müəyyən edilən müddətə mirasdan onlara çatası paydan digər qanun üzrə vərəsə X6 xeyrinə imtina etmişdirlər. Mülki Məcəllənin 1322-ci maddəsində nəzərdə tutulan müddətdə X12 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir), digər halda Mülki Məcəllənin 1273.1-ci maddəsinin tələbinə görə isə (Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X28 küçəsi ev 18, mənil 60 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti başçısına Talış kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 04 aprel 2023-cü il tarixli arayışında göstərilmişdir ki, Nümayəndə3 və Nümayəndə1 hazırda Şirvan şəhərində qeydiyyatda olmalarına baxmayaraq, Hacıqabul rayonu, Talış kəndində yaşayır. Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, X20 21 yanvar 2019-cu il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 01 ayının 31 günündə 65 nömrə ilə qeyd edilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən görünür ki, X33 ilə X24 arasında nikah Sabirabad rayonu Güdəcühür KİN-də 18 oktyabr 1962-ci il tarixdə 48 nömrə ilə qeydə alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında nikah Əli-Bayramlı şəhər Nikahın Qeydə alınması evində xx.xx.1987-ci ildə 206 nömrə ilə qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20210-ci ilin 02 ayının 17 günündə 97 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. X10, X4dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə3 xx.xx.1988-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, atası İddiaçı, anası Nümayəndə1dır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 05 iyul 2023-cü il tarixli 5-8-1/2-396/2023 nömrəli məktubunda göstərilmişdir ki, X16, X9, Nümayəndə3, Nümayəndə1, X3 şəhəri, L.İbrahimov küçəsi ev 18, mənzil 60 ünvanında qeydiyyatdadırlar. Hal-hazırda göstərilən ünvanda heç kim yaşamır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3/38/2-1747/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixində mənzilə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə X23 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 2V-240 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədi əsasında X6 miras əmlak olan həmin mənzildən tam hissədə pay almaq hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixində isə mənzilə dair mülkiyyət hüququ **********2 qeydiyyat nömrəli “Hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə X6 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X28 küçəsi ev 18, mənil 60, yeni qaydalarla AZ 1800, ünvan 6 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X23 vərəsələri X14r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən X15 xx.xx.2020-ci il tarixdən məhdudiyyətlər tətbiq edilmiş və 2021-ci ilin noyabr ayından Azərbaycan Respublikasından Qazaxıstan Respublikası istiqamətində hava yolu ilə aviareyslər uçuşlara başlamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Dəniz Limanlarında xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sərnişinlərin dövlət sərhədindən buraxılışı müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin sorğusu əsasında Şirvan şəhəri 1 saylı Notariat Ofisindən tələb edilmiş notariat işindən görünür ki, X22 ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 8 evin, 60 saylı mənzildə yaşayan atası X34 ölmüşdür. ünvan 8 evin, 60 saylı mənzili, ünvan 7 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və digər daşınar və daşınmaz əmlaklar, ondan irs qalmış mirası qəbul edir. X11 ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci ildə ölmüş atası X18 irs qalmış ünvan 8 evin, 60 saylı ünvanda yerləşən mənzildən və Şirvan şəhəri, ünvan 9 torpaq sahəsindən mirasın ona çatan hissəsindən X6 xeyrinə imtina etmişdir. X16 da X11 ilə eyni məzmunlu ərizə yazmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-858/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbinə dair mülki iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair müvafiq qərarının qəbul edilməsinədək dayandırılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X29 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Sözügedən qərarda həmçinin : Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Qərarda göstərilmişdir ki, qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarına əsasən hazırki mülki işin icraatına xitam verilməli, vərəsəlik qaydasında mübahisəsinin olduğu təqdirdə isə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz 27409) Nümayəndə3 qaytarılsın. İddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın mübahisələndirilməsi ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar