Məhkəmə qərarları › İş №2(032)-192/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-192/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-192/2023 24.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 11 mart 2022-ci il tarixdə Bakı şəhəri X3 12 saylı qeydiyyat aparılmaqla bağlanılmış nikahın etibarsız hesab olunmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsində 12 saylı qeydiyyat aparılmaqla rəsmi nikaha daxil olmuşlar. Bu nikahı toy şənliyindən öncə rəsmiləşdirmişlər. Lakin sonra aralarında olan anlaşılmazlıqlara görə evlənmək qərarından imtina etdilər. Heç bir toy baş tutmadı. Yəni rəsmi nikah qeydinə düşsədə ər evinə gəlin köçməmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində 11 mart 2022-ci il tarixli 12 № ilə bağlanmış nikahlarının pozulmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında ərizə təqdim edərək tərəflər arasında bağlanmış nikahın pozulmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın bağlanması haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində xx.xx.2022-ci ildə 12 nömrə ilə qeydə alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ailə tamamilə dağılmış, bərpası mümkün deyil və cavabdehin boşanmağa razı olduğunu nəzərə alaraq tərəflərə vaxt verilmədən və boşanmanın səbəblərini araşdırmadan bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında nikah bağlansa da, ailə münasibətləri yaranmamış, nikah formal xarakter daşıyır, tərəflərin bir ailə əlaraq birgə yaşaması mümkün deyil və bu səbəbdən iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində bağlanmış 12 nömrəli nikah akt qeydi pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumundan və 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 manat, cəmi 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində bağlanmış 12 saylı nikah qeydi pozulsun. Dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar