Məhkəmə qərarları › İş №2(032)-192/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-192/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-192/2024 27.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 Soltana oğlunun, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2, digər Cavabdeh2 Afizəli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Afizəli oğluna qarşı mənzilin boşaldılmaqla ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri 1 May küçəsi 138 saylı evdə yerləşən ona məxsus üç otaqlı mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla ona qaytarılmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışlar ki, Əli-Bayramlı şəhər Palata Komitəsi (indiki Şirvan şəhər İcra Hakimiyyəti Ərazi X38) tərəfindən 13 yanvar 1981-ci il tarixli, 739046 nömrəli sənəd əsasında ünvan 1 ünvanında yerləşən binadan 3 otaqlı mənzil daimi yaşamaq üçün ona və ailə üzvlərinə verilmişdir. Həmin tarixdən evin pasport qeydiyyatına alınaraq orada yaşamağa başlamışlar. Hal-hazırda ailə üzvləri və o, həmin ünvanda pasport qeydiyyatındadırlar. Mənzil verildikdən sonra ailəsi ilə birlikdə 1992-ci ilə kimi həmin mənzildə yaşamışlar. X2 xx.xx.1992-ci ildə X15i ilə ailə həyatı qurduqdan sonra o, həmin mənzili müvvəqəti yaşamaq üçün ona vermişdir. Bir müddət qardaşı ailəvi olaraq həmin ünvanda yaşadıqdan sonra 1998-ci il tarixində həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. O, Rusiya Federasiyasında olduğu müddətdə o ailəsi ilə bərabər başqa ünvanda yaşadığından ,adı çəkilən mənzildə heç kim yaşamamışdır. X59 2003-cü ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra o onun ailəvi olaraq yenidən həmin mənzildə yaşamasına etiraz etməmişdir. X39 Nərimanovla birgə nikahlarından övladları olmamış, bu səbəbdən də onlar 2004-cü ildə rəsmi qaydada ayrılmışlar. Qardaşı həyat yoldaşından ayrıldıqdan sonra təkrar Rusiya Federasiyasına getmiş və bu günə kimi orda yaşayır. Qardaşı gedərkən həyat yoldaşı olmuş Sənubər Nərimanovanın yaşamağa yerinin olmadığından onun gələcəkdə ailə həyatı qurana kimi həmin ünvanda müvəqqəti yaşamğına icazə verməyini xahiş etmişdir. O, Sənubər Nərimanovanın övladsız olduğunu və qardaşının xahişini nəzərə alaraq onun mənzildə müvəqqəti yaşamasına etiraz etməmişdir. Sənubər Nərimanova xx.xx.2023-cü ildə vəfat etmişdir. Bu hadisədən sonra cavabdehlər adiçəkilən mənzili mərhum bacılarına məxsus olduğunu iddia edərək ələ keçirmək istəyirlər. Bu məqsədlə onlar həmin mənzilin qapısını bağlayaraq onun mənzilə daxil olmağına və mərhum bacılarına məxsus əmlakın çıxarılmasına imkan vermirlər. Halbuki onların əlində həmin mənzilə dair hər hansı bir sənəd yoxdur. Cavabdehlərdən mənzilin geri qaytarılmasını və bacılarına məxsus əmlakın çıxarılmasını tələb edəndə ondan 5000 (beş min) manat pul tələb etmişlər. Hal-hazırda ona məxsus mənzildə cavabdehlərin xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacıları X5 məxsus olan əmlak vardır. Həmin əmlaklar : 1 ədəd divar mebeli yerli istehsal, 50 manat; 1 ədəd stol-stul dəsti, yerli istehsal, 60 manat; 1 ədəd çarpayıdan ibarət yataq dəsti, yerli istehsal, 30 manat, 1 ədəd soyuducu “Abşeron” 50 manat, 2 ədəd yorğan-döşək dəsti 70 manat , cəmi 260 manat. Cavabdehlər mərhum bacıları Sənubər Nərimanova məxsus əmlakları evdən çıxarmaqdan imtina edirlər.Həmin əşyların mənzildən çıxarılmaması mənzildən isifadə olunmasına maneçilik törədəcəkdir.Bu halın yaranmaması üçün həmin əmlakın mənzildən çıxarılması zəruridir. O cavabdehlərə dəfələrlə müraciət edərək mənzili geri qaytarmalarını və hal-hazırda mənzildə mərhum Sənubər Nərimanovaya məxsus əmlaklarını çıxartmalarını xahiş etsə də , bu günə kimi heç bir nəticəsi olmamışdır. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, bacısı Sənubər 35 ildir ki, ünvan 1-də yaşamışdır. O bacısı ilə qonşu olmuşdur. Evin komunal xərclərin bacısı ödəmişdir. Mübahisəli evin yerində mənzillər tikiləcək ona görə də, iddiaçı mübahisə yaradır. 1981-ci ildən həmin evdə başqa adamlar yaşamışdır. Həmin ev Rəfiqə adlı xanıma məxsus olub. Mənim bacım Sənubər və onun yoldaşı Vidadi balıq sata-sata həmin evi alıblar. Övladları olmadığına görə onlar ayrılıblar. Ayrıldıqdan sonra Vidadi həmin evi bacım Sənubərə verdi, özü isə Rusiya Federasiyasına gedib orada evləndi. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, Vidadi Nərimanovun nikahın pozulmasına görə verdiyi iddia ərizəsində də, göründüyü kimi onun Sənubər ilə heç bir mülki mübahisəsi yoxdur. İddiaçının ünvan 1-də yalnız qeydiyyatı var. 1992-ci ildən Sənubər həmin evdə yaşamışdır. İddiaçıda olan kartoçka yalnız qeydiyyat üçün verilən sənəddir. Vətəndaşların qeydiyyata alınması üçün ev kitabında da yalnız X7 adı göstərilmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Afizəli oğlu iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçının dedikləri yalan və əsassızdır. Bacısı həmin evdə yaşamışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Qasımova Hicran Əziz qızı ifadə verərək göstərdi ki, iddiaçı onun qardaşıdır, iddiaçı ilə qonşuluqda yaşayırlar. Qardaşı həmin evi 1981-ci ildə Evlər İdarəsindən almışdır. Qardaşında olan evin sənədindən onda da vardır. Onlardda həmin sənəddən başqa evə dair başqa sənəd yoxdur. Həmin ərazidə yeddi bina yerləşir, o qardaşı ilə eyni binada yerləşən evlərdə yaşayır. Qasımova Sənubər onun qardaşının yoldaşı olmuş, 1992-ci ildə qardaşı ilə ailə qurub Mirzağaya məxsus evdə yaşamışlar. Sonradan onlar boşanmış, mərhum atası qardaşı Mirzağaya demişdir ki, Sənubər hələki o evdə yaşamağa davam etsin, onsuzda ev sənindir. Sənubər 2023-cü ildə vəfat etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Əvvəla məhkəmə onu qeyd edir ki, iddia tələbinin qanuni əsasını müəyyən etməmişdən əvvəl mübahisə predmeti olan Şirvan şəhəri 1 May küçəsi 138 saylı evin hüquqi statusu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan : Şirvan şəhər 1 May küçəsi 138 nömrəli evdə yaşayan “Vətəndaşların qeydiyyata alınması üçün ev kitabı”nın surətindən görünür ki, Şirvan şəhər 1 May küçəsi 138 nömrəli evdə X16 qeydiyyatdadır. Ev dəftəri yarasız olduğundan yeni ev dəftəri tərtib edilir. xx.xx.2011-ci il, Evlər müdüri Ə.Ə.Mirzəyev. Abonentin saldosu sənədindən görünür ki, abonent X6 ünvan 4 ünvanına ZENNER G-4T mexaniki tipli sayğac xx.xx.2020-ci ildə quraşdırılmışdır. Qeydiyyat kartoçkasının əslindən görünür ki, xx.xx.1959-cu ildə Sabirabad rayonunda anadan olmuş İddiaçı xx.xx.1981-ci ildən ünvan 5 ünvanda xx.xx.1987-ci il təvəllüdlü X10, xx.xx.1988-ci il təvəllüdlü X21, xx.xx.1990-cı il təvəllüdlü X3 və X22 qeydiyyatdadırlar. Şirvan şəhəri 1 May küçəsi ev 138 saylı evdə yaşayanlar X11, X12 və X8 qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şirvan şəhəri 1 May küçəsi ev 138 saylı evdə yaşayan mərhum X23 xx.xx.2023-cü ildə vəfat etmişdir. Dəfini qardaşı X56 etmişdir. Akt tərtib etmiş şəxslər və Şirvan şəhəri KKM-ın sahə rəisi X.Əzizov tərəfindən imzalanmış, möhürlənmişdir. Şirvan şəhəri 1 May küçəsi ev 138 saylı evdə yaşayanlar X17, X18, X57, X43, X26, X9, X8 və X4 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X23 1995-ci ildən ünvan 7 ünvanında yaşamışdır. xx.xx.2023-cü ildə rəhmətə gedənə qədər. Onlar həmin ünvanda İddiaçı yaşadığını görməmişlər. Həmin ev mərhum X13 aid və məxsus olduğunu öz imzaları ilə təsdiq edirlər. Şirvan şəhər Məhkəməsinin 2(032)-192/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-476/2024 saylı məktubdan görünür ki, arxiv məlumatlarına əsasən, ünvan 9 ünvanında 3 fərqli şəxsin adına əmlakların olduğu, həmçinin müvafiq iş üzrə iddiaçı və cavabdeh qismində çıxış edən şəxslərin adına ünvan 10 ünvanında hər hansı bir daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-192/2024 saylı xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Kommunal Kombinatı Müssisəsinin xx.xx.2024-cü il tarixli, 5-8-5/2-16/2024 saylı məktubundan görünür ki, Şirvan şəhəri küçəsi 138 saylı evin ilkin qeydiyyata alınmasına dair heç bir hüquqi sənədləri Kommunal Kombinatı Müəssisəsində olmadığı üçün lazım olan sənədləri təqdim edə bilməmişlər. Göstərilən birmərtəbəli barak evinin müəssisənin balansında olmasına dair hər hansı təsdiqedici sənəd mövcud deyil. Lakin həmin ərazilərə müəssisə tərəfindən xidmət göstərilir. Şirvan şəhər Məhkəməsinin 2(032)-192/2024 saylı xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli , 5-8/2-298/2024 saylı məktubundan görünür ki, Şirvan şəhəri 1 May küçəsi 138 saylı evin ilkin qeydiyyata alınması və hüquqi rejimi barədə Şirvan şəhər Kommunal Kombinatı Müəssəsinin təqdim etdiyi məlumat məhkəməyə göndərilmişdir. Həmin məlumat əsasən , Şirvan şəhəri küçəsi 138 saylı evin ilkin qeydiyyata alınmasına dair heç bir hüquqi sənədləri Kommunal Kombinatı Müəssisəsində olmadığı üçün lazım olan sənədləri təqdim edə bilməmişlər. Göstərilən birmərtəbəli barak evinin müəssisənin balansında olmasına dair hər hansı təsdiqedici sənəd mövcud deyil. Lakin həmin ərazilərə müəssisə tərəfindən xidmət göstərilir. Şirvan şəhər Məhkəməsinin 2(032)-192/2024 saylı xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X83 Ərazi X38nin xx.xx.2024-cü il tarixli ,5-81/2-105/2024 saylı məktubundan görünür ki, 1 may küçəsi 138 ünvanı barak tipli evlər olduğu üçün bu ünvan müxtəlif təsərrüfatlarda mövcuddur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X83 Ərazi X38ndə olan məlumata əsasən bu ünvanın qeydiyyatçıları olan Nərimanovlar və Qasımovların ünvan qeydiyyatçılarının adlı siyahısı aşağıdakı kimidir : 1) xx.xx.1980-ci il təvəllüdlü X44, 2) xx.xx.1986-cı il təvəllüdlü X24 . 3) xx.xx.1985-ci il təvəllüdlü X19 . 4) xx.xx.1997-ci il təvəllüdlü X45 . 5)xx.xx.1959-cu il təvəllüdlü X27; 6) xx.xx.1993-cü il təvəllüdlü X28 ; 7) xx.xx.1956-cı il təvəllüdlü X29 ; 8) xx.xx.1972-ci il təvəllüdlü X30 ; 9) xx.xx.1991-ci il təvəllüdlü X31; 10) xx.xx.1975-ci il təvəllüdlü X46 ; 11) xx.xx.1954-cü il təvəllüdlü X32 ; 12) xx.xx.1995-ci il təvəllüdlü X33 ; 13) xx.xx.1980-ci il təvəllüdlü X47 ; 14) xx.xx.1955ci il təvəllüdlü X48 ; 15) xx.xx.1984-cü il təvəllüdlü X34 ; 16) xx.xx.1955-ci il təvəllüdlü Qasımova Hicran Əziz qızı ; 17) xx.xx.1973-cü il təvəllüdlü X25; 18) xx.xx.1975-ci il təvəllüdlü X49 ; 19) xx.xx.1993-cü il təvəllüdlü X35 ; 20) xx.xx.1969-cu il təvəllüdlü X16; 21) xx.xx.1944-cü il təvəllüdlü X36 ; 22)xx.xx.1975-ci il təvəllüdlü X50 ; 23) xx.xx.1973cü il təvəllüdlü X37 ; 24) xx.xx.1996-cı il təvəllüdlü X22 ; 25) xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ; 26)xx.xx.1990-cı il təvəllüdlü X3 ; 27)xx.xx.1988-ci il təvəllüdlü X21 ; 28) xx.xx.1964-cü il təvəllüdlü X1. Əlavə olaraq bildirilmişdir ki, göstərilən ünvanda digər qeydiyyatçılarda mövcuddur. Hazırki iş üzrə məhkəmə iclasında verilmiş izahatlardan , tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçının iddia irəli sürdüyü Şirvan şəhəri 1 May küçəsi 138 saylı ev İddiaçı mülkiyyətində olan ev deyil, İddiaçı onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmayan Şirvan şəhəri 1 May küçəsi 138 saylı evdə yerləşən ona məxsus üç otaqlı mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla ona qaytarılması tələbini irəli sürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmayan Şirvan şəhəri 1 May küçəsi 138 saylı evdə yerləşən ona məxsus üç otaqlı mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla ona qaytarılması tələbini irəli sürmək subyektiv hüququna malik olmadığından, iddiası təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Afizəli oğluna qarşı mənzilin boşaldılmaqla ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar