Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-2015/2024 19.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı iddia ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vüqar oğlu, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ üzrə məxsus olan Şirvan şəhəri, S.Zeynalov küçəsi ev 6, 24 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vüqar oğlunun, Cavabdeh3, Cavabdeh4 və X1 istifadə etmək hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. İnzibati prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı inzibati aktın qəbul edilməsi və ya ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməli, nəticə etibarı ilə inzibati orqanın qərarından və ya inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı inzibati qaydada yuxarı inzibati orqana və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia tələbi inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı olduğundan, həmçinin mübahisə mülki hüquq subyektlərinin hüquq və vəzifələrin icrası ilə bağlı yaranmadığından mübahisəyə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İşin faktiki hallarından görünür ki, iddiaçı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vüqar oğlu, Cavabdeh3, Cavabdeh4 və X1 mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı hərəkətlərini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı mübahisə üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Həmçinin iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən Şirvan şəhər Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddianın qəbul edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vüqar oğlu, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı ona mülkiyyət hüququ üzrə məxsus olan Şirvan şəhəri, S.Zeynalov küçəsi ev 6, 24 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vüqar oğlunun, Cavabdeh3, Cavabdeh4 və X1 istifadə etmək hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin müvafiq inzibati aktı qəbul (və ya ləğv edilməsi) ilə bağlı iddiaçı əsaslandırıcı hissədə qeyd edilmiş aidiyyəti üzrə inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu (Əməliyyat İD:707912198, qəbzin nömrəsi: 31940, terminal nömrəsi: ADM000030, xx.xx.2024-cü il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-2015/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-2015/2024
19.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver