Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-2019/2025 14.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə, ərizənin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Göründüyü kimi qanuna müvafiq olaraq bu faktlar və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya ona xitam verilməsinə əsas verməlidir. Xüsusi icraat qaydasında müəyyən edilən hüquqi faktların bu əlaməti ərizədə faktın müəyyən edilməsinin məqsədinin göstərilməsini tələb edir. Çünki məhkəmə hüquqi əhəmiyyəti olmayan faktı müəyyən edə bilməz. Faktın hüquqi əhəmiyyəti isə onunla müəyyən olunur ki, bu fakt hüquq münasibətinin yaranmasına, dəyişməsinə və ya xitamına imkan verir. Buna görə də ərizədən aydın olmalıdır ki, bu hüquqi faktın müəyyən edilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hansı şəxsi və ya əmlak hüquqları əmələ gəlir,dəyişir və ya ona xitam verilir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti isə maddi hüquqla (məsələn mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Ərizəçi Bakı şəhəri Qobustan rayonu Cəyirli ərazi dairəsi Çalov kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Ərizəçi özünün rəsmi qeydə alındığı yer üzrə Qobustan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 152, 263, 264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi iddia tələbi ilə həm özünün rəsmi qeydə alındığı yer üzrə Qobustan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-2019/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-2019/2025
14.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver